Gürcüstanda son sutkada koronavirusa 1 143 yeni yoluxma faktı qeydə alınıb, 617 nəfər müalicə olunaraq sağalıb, 23 pasiyent isə vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 239 229 nəfər yoluxub. Onların 225 335-i sağalıb, 2 773-ü isə dünyasını dəyişib.
Karantin rejimində 452, stasionar nəzarətdə 3 894 nəfər var. Xəstəliyi yüngül formada keçirən 746 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?