GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Amnistiya və əfv yenidən gündəmdə - Novruzadək hansı olacaq?

Amnistiya və əfv yenidən gündəmdə - Novruzadək hansı olacaq?

Tarix: 23-01-2021, 15:55 Bölmə :Cəmiyyət Baxış: 392
 Amnistiya və əfv yenidən gündəmdə - Novruzadək hansı olacaq?


“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasının keçirilməsi üçün müəyyən hazırlıqlar var. Əfvlə bağlı həddən artıq müraciətlər mövcuddur”.

Bunu “Report”a açıqlamasında komissiyanın üzvü, Milli Məclisin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. O xatırladıb ki, Əfv Komissiyasının yeni tərkibi formalaşıb: “Bu sahədə müəyyən yeniliklər də gözlənilir. Cəza sisteminin humanistləşdirilməsi və əfv addımlarını əldə tutaraq Əfv Komissiyasının yaxın zamanlarda işinə aktiv şəkildə keçməsi və insanların işinə baxılmasına qərar veriləcək”.

Z.Orucun bu açıqlamaları aylardır ki, müzakirə edilən Amnistiya Aktı və Əfv sərəncamı məsələsini bir daha gündəmin əsas mövzularından birinə çevirib. Gözlər indi də mart ayına dikilib. Novruz bayramı ərəfəsində parlamentin ya Amnistiya Aktı qəbul edəcəyi, ya da ölkə prezidenti tərəfindən Əfv sərəncamının imzalanacağı gözlənilir.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a böyük ümidlərlə danışdı: “II Qarabağ savaşında qalibiyyətin əldə olunması, zəfərin qazanılması Böyük Amnistiya Aktının qəbuluna ciddi əsaslar yaradıb. Milli Məclis Böyük Vətən Müharibəsindəki qələbəmizlə bağlı bu aktı qəbul edə bilər. Nəzərə alaq ki, bu qələbəmiz çox böyük bir uğurdur, miqyası çox böyük olan bir hadisədir. Sonuncu dəfə Amnistiya aktı çox hörmətli I vitse-prezident, ”Heydər Əliyev" Fonunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2016-cı ildə qəbul olunub. O zaman Mehriban xanım millət vəkili idi. Ondan əvvəl də Mehriban xanımın təşəbbüsü ilə üç dəfə Amnistiya Aktı qəbul edilib. İndi artıq sonuncu qəbulun üzərindən 4 ildən çox zaman keçib. İndi bu aktın qəbulu üçün böyük əsaslar yaranıb. Bu da heç şübhəsiz ki, Böyük Vətən Müharibəsindəki parlaq qələbəmizdir. Bu təkliflə bir neçə dəfə çıxış etmişəm. Biz hətta ehtiyac yaranarsa, bunu parlamentə təqdim edə bilərik.

Əfv sərəncamının yaxın zamanlarda verilə biləcəyi ilə bağlı deyilənlərə gəlincə, bu barədə dəfələrlə danışmışam. Əfv etmək Azərbaycan Prezidentinin müstəsna səlahiyyətidir. Amma komissiyanın üzvü və vətəndaş cəmiyyətinin nümayəndəsi kimi ümidliyəm. Ali Baş Komandan tərəfindən Böyük Vətən Müharibəsindəki möhtəşəm qələbəmizlə bağlı əfv sərəncamı verilə bilər. Hesab edirəm ki, bu sərəncam geniş olacaq. Xatırlayırsınızsa, 2018-ci ildə Cümhuriyyətimizin yüz illiyi ilə bağlı ölkə başçısı tərəfindən böyük sərəncam imzalandı. Buna hətta kiçik Amnistiya Aktı da deyildi. Belə bir sərəncamın Novruz bayramı ərəfəsində ola biləcəyinə ümidliyəm. Bir də onu nəzərə alaq ki, bir qayda olaraq daha çox əfv sərəncamları Novruz bayramı ərəfəsində verilir. Cənab prezidentin fəaliyyətində humanizm, qayğıkeşlik və bu kimi amillər hər zaman öndə tutulur. Bunu biz hər zaman dediyim kimi müşahidə etmişik. Cəzaların humanistləşdirilməsi istiqamətində də ölkə başçısı tərəfindən çoxlu sayda sərəncamların, fərmanların şahidi olmuşuq. Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, belə bir Əfv sərəncamı hazırda gözləniləndir".

Ə.Nuriyev üzvü olduğu komissiyanın toplanmaması ilə bağlı yaranan suallara da aydınlıq gətirdi: “Bu sırf texniki məsələdir. Bilirsiniz ki, koronavirus dünyanın hər yerinə yayılıb, o cümlədən Azərbaycana da. Bu da istər-istəməz müəyyən məhdudiyyət tədbirlərinin nəzərdə tutulması ilə nəticələnib. Çoxsaylı insanların bir yerə toplanmasına və iclaslar keçirməsinə qanunla yol verilmirdi. Bütün müzakirələr onlayn qaydada da aparılırdı. Amma nəzərə alaq ki, Əfv Komissiyasındakı məlumatların əksəriyyəti şəxsi xarakter daşıyır və bunun sızma ehtimalları ola bilər. Eyni zamanda, fikrimcə, komissiyada müzakirələrin canlı keçməsi daha məqsədəuyğundur. Bilirsiniz ki, komissiyanın iclasları sədr tərəfindən çağırılır. Daxil olan müraciətlərin hər biri barədə arayış hazırlanıb, komissiya sədrinə təqdim olunmalıdır. Bütün hazırlıqlar başa çatandan sonra komissiyanın iclasları çağırıla bilər. İstisna etmirəm ki, texniki məsələlər həll olunandan sonra iclaslar baş tutacaq. Bu məsələ ilə bağlı nikbinəm və inanıram ki, Qarabağ müharibəsində əldə olunan böyük qalibiyyətlə bağlı Ali Baş Komandan tərəfindən əfv sərəncamı veriləcək və bu ölkə əhalisini hər zaman olduğu kimi böyük sevincinə səbəb olacaq”.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu: “Düzü, bu barədə son aylarda çox söz deyiblər. Əvvəl dedilər ki, müharibədən sonra bu olacaq. Doğrudur, müharibədən sonra buna məsul şəxslərin də çox işi var idi. Şəhid ailələri, qazilərlə maraqlanmaq, eləcə də, savaşla bağlı görülən çox işlər var idi. İndi belə bir xəbər eşitmişik ki, fevral ayından əfv sərəncamının verilməsi istiqamətində hazırlıqlar başlayır. Gələn aydan etibarən Əfv Komissiyasının yığışacağı da deyilir. Amnistiya Aktının qəbul oluna biləcəyi də ehtimallar sırasındadır. Hamını əfvlə azadlığa buraxmaq olmaz. Amma amnistiya ilə bu mümkündür. Dəqiq bilirik ki, Prezident Aparatında əfv istiqamətində hazırlıqlar gedir, müəyyən işlər görülür. Sadəcə, insanları koronavirus bir yerə yığışmağa imkan vermir. Yoxsa indi çoxdan bu sərəncam verilmişdi”.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Məclis Mehriban Əliyevanın müraciəti ilə amnistiya aktı qəbul edib

    Milli Məclis Mehriban Əliyevanın müraciəti ilə ...

    20-05-2016, 21:58

  • 
  • Amnistiya səviyyəsində böyük əfvə sayılı günlər qaldı

    Amnistiya səviyyəsində böyük əfvə sayılı günlər ...

    21-05-2018, 09:34

  • 
  • "Qızıl amnistiya" gözlənilir — Millət vəkilindən ŞAD XƏBƏR

    "Qızıl amnistiya" gözlənilir — Millət ...

    12-01-2018, 17:55

  • 
  • Amnistiya Aktının icrasına başlanıldı

    Amnistiya Aktının icrasına başlanıldı ...

    10-05-2013, 19:42

  • 
  • Novruzda əfv gözlənilir

    Novruzda əfv gözlənilir ...

    16-02-2017, 22:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu