GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Cəlil Nəzərovun saxlanmasının pərdəarxasının 5 səbəbi... - niyə çoxları ona qəzəblidir?

Cəlil Nəzərovun saxlanmasının pərdəarxasının 5 səbəbi... - niyə çoxları ona qəzəblidir?

Tarix: 26-01-2021, 11:32 Bölmə :Cəmiyyət Baxış: 278
Cəlil Nəzərovun saxlanmasının pərdəarxasının 5 səbəbi... - niyə çoxları ona qəzəblidir?


Bu günlər həbs olunan, dara düşən insanlardan yazmaq çox çətindir. Bir çoxu deyir ki, yıxılana balta vurmazlar, güclü olandan isə yazmağa qorxuruq. Məsələn, bu gün polis rəisindən, prokurordan kim yaza bilər? Əksəriyyət isə tam bitərəf, real informasiya istəyir. Dünən deyə bilmədikləri üçün fürsət yarandığını düşünür? Daha məlumatla, yazını qarışdıranları demirəm.

Sirr deyil ki, istənilən rayonun baş həkiminin fəaliyyətinə bir balaca “solaxay” nəzər salınsa, təxminən bu və digər, bəlkə də daha kəskin nöqsanlarla rastlaşmaq olar.

Bəs insanlar Cəlil müəllimə niyə bu qədər qəzəblidir?

Cəlil Nəzərovun bu 18 ildə doğrudanmı, heç yaxşı işi olmayıb?

Başlığa çıxartdığımız “Pərdəarxası” söhbətlərə aydınlıq gətirməzdən öncə yuxarıdakı sualları cavablandırmağa çalışacağam.

Cəlil Nəzərov 1956-ci ildə Masallı rayonunun Miyankü kəndində anadan olub. Hazırda da orada yaşayır. 2003-cü ilin əvvəlindən, 18 ildir ki, Masallı səhiyyəsinə rəhbərlik edib. 5 icra başçısı ilə işləyib (Azər Səfərov, Oqtay Əliyev, Qəzənfər Ağayev, Rafil Hüseynov və Şahin Məmmədovla). Masallı səhiyyəsinə rəhbərlik edənlər sırasında isə əvvəlki rekord-17 il, hamının hörmətlə xatırladığı Məcid Rəhimova məxsus idi. (Həsən Abdullayev və Vaqif Əhmədov isə hər biri təxminən 10 il baş həkim işləyib).

İndi isə “Cəlil Nəzərovun doğrudanmı heç yaxşı işi olmayıb?” sualına cavab verməyə çalışaq.

Cəlil müəllimi yaxından tanıyanlar, bəlkə də hərdənbir görənlər onu olduqca gülərüz, şən insan kimi tanıyır. Hamının yaralı yeri olan səhiyyədə “yaxşı adam” olmaq çətin olsa da, Cəlil müəllimin ara-sıra xeyirxahlıq etdiyi adamlar da olub. Xüsusən, koronovirusun tüğyan etdiyi vaxtlarda, hətta onun sevməyən bəzi səlahiyyətlilər də Cəlil müəllimin fədakarlıqla çalışdığını deyirdilər.

Bəlkə də mənim bilmədiyim yaxşılıqları da olub.

Amma təəssüf ki, ondan narazı olanlar o qədər çoxdur ki, adam yaxşı işləri deməyə də qorxur.

Cəlil Nəzərovun bəlaları nədən başladı?

Cəlil müəllimin dayaqlarına nəzər salsaq, onun kimi arxalısı çətin tapılar. Dünya şöhrətli iş adamı, indi həbsdə olan Mübariz Mənsimovla həmkəndli, ailəvi gediş-gəlişi olan birisidir. Bundan əlavə yaxın qohumu ölkənin çox nüfuzlu generallardındandır.

Cəlil müəllim tabeliyində olanlara qarşı nə qədər sərt, kobud, deyilənlərə görə hədsiz təhqiramiz ifadələr işlədən biri olsa da, asılı olduğu adamlarla yüksək səviyyədə də dil tapmaq, onların xidmətində durmaq bacarığı var idi.

Ancaq ona gələn bəlalar öncə yaxınlarından gəldi.

1. Belə ki, yeganə oğlunun bir neçə dəfə ağır maşın qəzaları törətməsi, bəzən olduqca xoşagəlməz əməllərlə məşğul olması onu maddi və mənəvi zərbələr vurdu və hələ də vurmaqdadır.

2. “Pensiya əməliyyatları” onu olduqca çıxılmaz “tupik”ə dirəyib. Aramsız yayılan məlumatlara görə, Cəlil Nəzərov “haqq-hesabın” alsa da, 300-400 adamın pensiya işini həll edə bilmir. Özünün aldığı bir yana, mərkəzə ötürdüklərini belə nə geri ala bilir, nə də sahmana sala bilir. Söhbət 100 min manatlarla məbləğdən gedir. (Bir pensiya işinin düzəlməsi ən azı 2-3 min arasıdır). Pensiya ilə bağlı qaydaların daha da sərtləşdirilməsi onun işini daha da çətinləşdirir.

3. Son bir ildə Cəlil Nəzərovun səhhətində olduqca kəskin fəsadlar baş verir. Onun ağır xəstəliyə tutulduğu haqqında ciddi söhbətlər dolaşır.

4. Nəhayət, koronovirusla bağlı söz-söhbətlər. Bizə bir neçə mənbədə verilən məlumata görə, bu virusun nə qədər bəlaları olsa da, bəzilərinin bu sahədə qazancları da az olmayıb.

Ölkə başçısının bu sahədə son xeyirxah sərəncamlarına görə, koronavirus xəstələri ilə məşğul olan həkimlərin, tibb işçilərinin əmək haqlar 4-5 dəfə artırılmalıdır. Yəni, 250 manat alan tibb işçisi, ən azı 1000 manat əlavə almalıdır. Həmin ödənişlərin ödənilməsi Cəlil Nəzərovun saxlanması ilə eyni günə düşüb. Kartların isə yad əllərdə olduğu vurğulanır. Məhz bu sahədə ciddi saxtakarlıq olduğu və digər istiqamətdə saxtakarlıqların baş verməsi, eləcə də pensiya əməliyyatları ilə bağlı kütləvi şikayətlər Cəlil Nəzərovun “qara maskalılar”la görüşünü labüd edib.

5. Bu olayın onun həmkəndlisi və yaxını Mübariz Mənsimovla bağlı olduğunu düşünənlər də var.

Yayılan məlumatlara görə, Cəlil Nəzərov bir ilə yaxındır ki, vəzifədən könüllü getmək istəyirmiş. Lakin “pensiya əməliyyatlarında” açıq qalmış yaralar buna imkan verməyib. Ötən il, səhiyyə işçilərinin ənənəvi bayram ərəfəsində Cəlil

Nəzərovun “Əməkdar həkim” adına layiq görülməsi isə onu daha da ürəkləndirib və hələlik vəzifəsində qalıb köhnə günahlarını yumağa şans verib.

“Qara maskalılar”ın Masallıya tez-tez gəlişi bizə nə verir?

Son bir ildə “qara maskalılar” Masallıya 3 dəfə səfər edib. İlk dəfə Masallıda DSMF-nin rayon şöbəsinin qapısını döydülər. Bu şöbədə “Ünvanlı yardımlar üzrə” saxtakarlıq simvolu kimi tanınan həmin təşkilatın Mətləb adlı məsul işçini hay-küylə apardılar, sonra buraxdılar, sonra yenə apardılar, deyilənə görə, hazırda yenə evindədir.

Bundan bir neçə ay sonra rayonun Qarğalıq Ərazi Dairəsinə 30 ildən artıq rəhbərlik etmiş Sübhan Zaliyevi də 65 yaşı tamam olan ərəfədə həmin maskalılar apardı, hələ də həbsdədir. Bu iki olay haqqında ancaq cenub.az məlumat yazsa da, rəsmi qurumlar nə yazılanları təkzib, nə təsdiq etdi, nə də digərləri kimi video məlumatlar yaydı.

Bu da 3-sü. Cəlil Nəzərovun gözlənilən süqutu. Dünən yazdığımız məlumatlar rəsmi təsdiqini tapdı.

Xüsusi qeyd. Belə bir fikir var ki, inqilab yolları hamarlamır, daha da kələ-kötür edir. Gözlənilənlər odur ki, bir neçə nəfərin neçə illər qazandığı cəhənnəmə gedəcək, ölkə başçısı demişkən gorbagor olacaq, bəzi kosmetik dəyişikliklər istisna olmaqla, köklü dəyişikliklər olmayacaq.

Rabil Abdinovun dili ilə desək, bu durumda- xəstəlik, borclar və sair-adamın Cəlill Nəzərova lap yazığı gəlir.

Ən son məlumatlar

Yenə də əldə rəsmi məlumat olmadığından yalnız deyilənlərə əsasən bildiririk ki, olay yanvarın 22-si günorta saatlarında baş verib. Xəstəxananın qarşısında Cəlil Nəzərov çay içərkən ona qəfil zəng gəlir və o, təcili Bakıya yollanır. Yarı yolda onun maşını saxlanılır. Maşında çoxlu pul olduğu barədə də məlumatlar dolaşır. Daha sonra Mərkəzi Xəstəxananın mühasibi ilə birlikdə saxlanılır. Hazırda baş mühasibin xəstəxanada iş başında olduğu bildirilir. Cəlil Nəzərovun isə saxlanıldıqdan sonra səhhətinə görə Bakıya aparılmadığını, Masallıda, təcridxanada saxlanıldığı, ümumiyyətlə səhətiunə görə oba güzəşt ediləcəyi haqqında məlumatlar dolaşır.

Dolaşan məlumatlar sırasında Cəlil Nəzərovun himayəsində olan Gəmo istirahət mərkəzinin və rayon mərkəzindəki poliklinika binasının satışa çıxarıldığı haqq söz-söhbət də var.

Masallı Mərkəzi Xəstəxanası isə hazırda sanki sahibsizdir

Baş həkimin müavini Asif Əliyevin uzun müddətdir ki, ciddi xəstəliklə bağlı işə təsadüfü hallarda çıxdığını, baş həkimin, baş mühasibin həbs təhlükəsi ilə üz-üz qaldığı zamanda birmənalı demək olar ki, Masallı səhiyyəsi “xəstədir”.

Bütün hallarda Allah işləri yaxşılığa doğru yozsun. Həmin “yaxşılığı” isə hər öz marağına, öz düşüncəsinə uyğun yozur.

Sonda bütün izləyicilərimizdən xahiş edirik ki, olaya obyektiv, qərəzsiz münasibətlərini bildirsinlər. Bəlkə, biz nələri isə düz demirik?

Cenub.az. Zahir Əmənov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Zəhərlənmə” adı verilən uşağın Masallıda boğulma anı

    “Zəhərlənmə” adı verilən uşağın Masallıda boğulma ...

    20-07-2014, 13:33

  • 
  • Nurlana Cəlil Məzahir Pənahova "siz saxtakarsız" dedi və zaldan çıxarıldı

    Nurlana Cəlil Məzahir Pənahova "siz ...

    28-02-2020, 13:51

  • 
  • Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıqlanıb

    Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin ...

    16-07-2018, 16:07

  • 
  • PKK sevdalısı Nurlana Cəlil Azərbaycanda deputatlığa namizəddir –FOTOFAKT

    PKK sevdalısı Nurlana Cəlil Azərbaycanda ...

    4-02-2020, 13:57

  • 
  • Nehrəm sakini: Polis mayoru ailəmizə zülm edir

    Nehrəm sakini: Polis mayoru ailəmizə zülm edir ...

    7-04-2016, 16:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu