GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ÖLÜMSÜZLƏŞƏN QƏHRƏMAN

ÖLÜMSÜZLƏŞƏN QƏHRƏMAN

Tarix: 29-01-2021, 12:09 Bölmə :Cəmiyyət Baxış: 423
ÖLÜMSÜZLƏŞƏN QƏHRƏMAN


Ən pak sevgidir vətən sevgisi. Onu sevən yəqinsiz, tərəddüdsüz sevir. Heç bir qarşılıq gözləmədən, təmənnasız, canından keçərcəsinə sevir. Düşüncələrinin hər başlanğıcı və bitişi vətən olur vətəni sevənlərin. Bu sevgi alidir, müqəddəsdir. Onun üçün bu sevgi uğrunda canından keçənlər müqəddəs sayılır. Vətən adlı sevgiyə qurban gedən qəhrəmanlar sırasında bir qəhrəmanın adı özünə yer edir ki, bu qəhrəman hər nəfəsdə vətən düşünüb.
      Eyvazov İslam Həsən oğlu. İslam 1999-cu il aprelin 7 - də Naxçıvan Muxtar Respublikasında anadan olub. Ailədə 2 bacı 2 qardaş olublar. Ata-anasının son beşiyi 2005-ci ildə şəhid Mirələsgər Seyidov adına 39 N-li məktəbə qədəm qoyub. Məktəbi bitirdikdən sonra 2017-ci il aprelin 12-də hərbi xidmətə yollanıb. Xidmətini Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsində keçib.

ÖLÜMSÜZLƏŞƏN QƏHRƏMAN


2018-ci ildə xidmətini başa vurduqdan sonra Türkiyəyə gedib və iki il orda müxtəlif işlərdə işləyib. Vətənə qayıtdıqdan sonra könüllü olaraq ordu sıralarına yazılmağa çalışsa da müəyyən səbəblərdən alınmayıb. İslamın hərbçi formasına, beretə olan sevgisi böyük idi. Nəhayət ki, 2020 - ci ilin avqust ayında İslam arzusuna çatıb. O Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sırasına qoşulub. Cəmi bir ay sonra Vətən müharibəsi başlayıb. Əsgərlər döyüşə seçilən zaman general İslamı seçməyib. İslam önə çıxaraq "Mən illərdi bu arzu ilə yaşayıram. Mən vətənimin bu günündə savaşmalıyam. Məni də seçin" deyib. General İslamın sözlərindən heyrətə gəlib və onun da adı döyüşə göndərilənlər sırasında yer alıb. O bu sevinci ailəsi ilə bölüşüb. Oktyabrın 17- i ailəsi ilə halallaşmağa gəldiyi zaman anası oğlunun qanayan qollarını görüb "bunun üçünmü illərdi hərbçi olmaq istəyirdin" deyib. İslamın cavabı isə "bu nədir ki, mən vətənə canımı belə qurban verməyə hazıram" olub. Beləcə İslam vətənin ən dar məqamında vətənin dadına yetişib. Döyüşə qatıldığı ilk gündən ön cəbhədə vuruşan qəhrəman qorxu nədi bilməyib. Düşmənin ağır məğlubiyyətə uğramasında böyük rolu olub. Cəbhədən anasına zəng edəndə anasına şəhidlərin, yaralıların düşmən əlinə keçməməsi üçün çalışdığını və azad olunan torpaqların günbəgün artdığını deyib. Ana zəyif cüssəli oğlunun böyük şücaətlərini duyduqca heyrətə gəlib.Bir addım belə geri çəkilməyən qəhrəman irəli getməkdə döyüş yoldaşlarını ruhlandırıb. Hər dəfə "hücum" əmri verildikdə İslam öndə gedib. Sonuncu hücumda isə yoldaşı " İslam bu dəfə sən önə atılma" deyib. Ancaq İslam onun sözünə baxmayıb və yenə öndə gedib. Qələbəyə 2 saat qalmış İslam gilin dəstəsinin yanına F 1 bombası atılıb. İslamın vətən sevgisi ilə döyünən ürəyi mərmiyə tuş gəlib. Vətən sevgisi ilə döyünən ürəyindən vurulub.
      İslamın şəhid olduğundan xəbərsiz olan ailəsi isə Zəfəri bayram edir. Aytən ana bilmir ki, o zəfər oğlunun qanı ilə qazanılıb. 4 - 5 gün İslamdan heç bir xəbər ala bilməyən ailənin nigarançılığı artır. Artıq ailə Qaynar xəttə müraciət ətmək məcburiyyətində qalır. Noyabrın 18-i İslamın qohumlarına zəng edib İslamın bəlli nişanəsi olub olmadığını soruşurlar. Morqa gedən qohumlar acı xəbəri alırlar. Atasının adını qoluna yazdıran şəhidin nəşi noyabrın 19-da daha 4 şəhidlə bərabər Naxçıvana göndərilir. Son dəfə cəmi bir neçə saatlıq evinin qonağı olan İslam elə həmin gün Qaraçux qəbirsanlığında torpağa tapşırılır. Həyatda təkcə bir arzuya çatan şəhidin qalan arzuları özü ilə bərabər dəfn olunur. Nə ilk maaşını almır, nə arzuladığı kimi atasına maşın almır, nə də əlləri sevdiyinin əllərini tutmur. Nakam ömürlü şəhidimin arzularının ömrü də nakam olur.
    Şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən Uğrunda" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.
       Ölümü ilə ölümsüzləşən qəhrəmanların hər birinin həyatına nəzər saldıqda bir amalları olduğuna şahid oluram. Təki vətən yaşasın...

ŞƏHİD İSLAM

Ən ali sevgidi vətən sevgisi,
Sevgim ürəyimdə coşub çağladı.
Hər dəfə vətənin həsrətin duydum,
Həsrət ürəyimi çarpaz dağladı.

Əl açıb Allahdan hey diləyirdim,
Alım şəhidlərin mən də qisasın.
Ölsəm də vətənim uğrunda ölüm,
Millətim hür olsun, azad yaşasın.

Allah qəbul etdi dualarımı,
Vətənçün can verib torpağa döndüm.
Şəhid dərdi ilə sızlayanların,
Qəmli baxışına mən də büründüm.

Məni unutmayın siz xatırlayın,
Vətənə can verən şəhid İslamı.
Bilin ki, son nəfəs verənə qədər,
Düşməndən almışam çox intiqamı.


     
Manya Səxavətqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vətən uğrunda daha bir şəhidimiz Laçın rayonundan

    Vətən uğrunda daha bir şəhidimiz Laçın rayonundan ...

    6-04-2016, 21:10

  • 
  • Mübariz İbrahimovun şəhadətindən 7 il ötür

    Mübariz İbrahimovun şəhadətindən 7 il ötür ...

    18-06-2017, 13:54

  • 
  • Turqut Xəlilbəyli – Vətən müharibəsinin ilk şəhid həkimi

    Turqut Xəlilbəyli – Vətən müharibəsinin ilk şəhid ...

    13-10-2020, 18:06

  • 
  • Mübariz İbrahimovun şəhid olduğu gündür

    Mübariz İbrahimovun şəhid olduğu gündür ...

    18-06-2019, 13:18

  • 
  • 44 günlük Vətən müharibəsinin qəhrəman qazisi - VİDEO

    44 günlük Vətən müharibəsinin qəhrəman qazisi - ...

    29-12-2020, 13:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu