GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Küçələrdə dolaşan COVİD-li xəstələr: cəza sərtləşdirilə bilər - həkimdən açıqlama

Küçələrdə dolaşan COVİD-li xəstələr: cəza sərtləşdirilə bilər - həkimdən açıqlama

Tarix: 30-01-2021, 14:55 Bölmə :Cəmiyyət Baxış: 997
 Küçələrdə dolaşan COVİD-li xəstələr: cəza sərtləşdirilə bilər - həkimdən açıqlama


Dünya bir ildən çoxdur COVİD-19 (koronavirus) pandemiyası ilə mübarizə aparır. Ancaq hələlik virusun qarşısını almaq mümkün olmayıb. Düzdür, müxtəlif profilaktik tədbirlər həyata keçirilib, insanlar virusla davranışda təcrübələr əldə edib, bir çox cəmiyyətlər COVİD-lə yanaşı yaşamağı gözə alıb. Son iki ayda isə dünyada koronavirus əleyhinə peyvəndləmə başlanıb. Hazırda 60-a yaxın ölkədə vaksinasiya prosesi həyata keçirilir.

Peyvənd alıb, vətəndaşları mərhələli şəkildə vaksinasiya edən ölkələrdən biri də Azərbaycandır. Azərbaycan dövləti virus yayılan ilk günlərdən əhalinin qorunması üçün əlindən gələni etdi: iqtisadi maraqlar deyil, vətəndaşların sağlamlığı prioritet seçildi.
Təbii, ötən bir il ərzində həm vətəndaşlara, həm də dövlətə ciddi iqtisadi zərbələr dəyib. Bu, bütün dünyada belədir. Hər kəs istəyir ki, pandemiya bitsin və dünya ənənəvi yaşam formasına keçsin.
Lakin hələlik bunun yaxın aylarda baş verəcəyi inandırıcı görünmür. Çünki hazırda COVİD-19-a yoluxmaların dünyada yenidən yüksələn xətlə inkişaf etməsi müşahidə olunur. Təminən 15 gün öncəyədək Azərbaycanda da vəziyyət kritik həddə idi, gündəlik yoluxmalar 4 mini ötmüşdü.
Həmçinin, dünyada virusun yeni ştamları meydana çıxır.

Karantin qaydalarının sərtləşdirilməsi, SMS icazə sisteminin yenidən bərpasına ehtiyac yarandı və nəticələr əldə edildi: artıq yoluxma 150-200 nəfər civarındadır, müəyyən yumşalmalara gedilib. Rayonlara yollar açılıb, SMS-icazə sistemi ləğv edilib, mağazalar, iaşə obyektləri açılıb və s. Vaksinasiya prosesi də sürətlənir.
İndi hər şey vətəndaşların məsuliyyətindən asılıdır: əgər insanlar qaydalara əməl edərsə, yoluxma minimumə enə, yumşalmalar da davamlı olar və bir tədricən – yazadək daha rahat ciddi nəticələr əldə edə bilərik.
Lakin təəssüflər olsun ki, məsuliyyət məsələsində insanlarımız ürəkaçan davranış sərgiləmirlər. Vətəndaşların bir çoxu maskalardan düzgün istifadə etmir, fiziki məsafəni qorumur və s. Ən dəhşətlisi isə koronavirus xəstəsi olduğu halda bir çoxlarının küçələrdə dolaşması, virusu kütləvi şəkildə yaymasıdır.

Ötən il daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə 689, o cümlədən COVID - 19 diaqnozlu şəxslərin evdən çıxması ilə bağlı 674 cinayət işi başlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, həmin şəxslərdən 46 nəfər məsuliyyətə cəlb olunub.

Təsəvvür edin, insan bilir ki, xəstədir, amma çıxır küçəyə, onlarla insanı yoluxdurur. Bu, həm cəmiyyətə hörmətsizlikdir, həm birbaşa cinayət məsuliyyəti yaradır, həm də koronavirusun bitməsini, normal həyata dönməyi qəsdən, bilərəkdən əngəlləməkdir.
Yaşadığı yeri tərk etdiyi üçün saxlanılan 674 nəfər COVİD 19 xəstəsi hələ ələ keçənlərdir. Yüzlərlə saxlanılmayan, ələ keçməyən, yeri, hərəkət trayektoriyası aşkarlanmasın deyə telefonu evdə qoyub küçələrdə dolaşanların sayı da yüzlərlələdir. Başa düşmək lazımdır ki, dövlət hər COVİD xəstəsinə 1 polisi nəzarətçi qoya bilməz. Bu, mümkün deyil. Həmçinin, insanlar normal həyata dönmək, iş yerlərinin tam açılmasını, gəlirlərinin artmasını istəyirsə, bütün dünyanın bəlasına çevrilən koronavirusun bitməsi üçün hər kəs əlindən gələni etməlidir. Məsuliyyətsizliklə bu işi başa çatdırmaq olmayacaq.
İnsanlar arxayın olmamalıdır ki, vaksinasiya başlayıb və hər şey bitdi. Qətiyyən belə deyil. Əvvəla, hələlik vaksinasiya olunan vətəndaşların sayı heç 100 min nəfər deyil. Proses mərhələ ilə gedir. İkincisi, peyvənd olunmaq o demək deyil ki, insan COVİD-ə yoluxmayacaq. Yoluxacaq, sadəcə, xəstəliyi daha yüngül keçirəcək, ölüm riski minimuma enəcək. Ən əsası, əhalinin 50-60 faizi vaksinasiya olunduğu halda kütləvi immunitetdən danışmaq olar.

Fakt bundan ibarətdir ki, bundan sonra da vətəndaşlar məsuliyyətli olmalı və COVİD-lə bağlı təlimatlara, qadağalara əməl etməlidir. Yoxsa qarşıdakı aylarda yoluxmalar daha da arta və biz yenə keçən ilki kimi yaz-yay aylarında evə qapana bilərik.

Ankara Klinikasının baş həkimi, tanınmış doktor Zülfüqar Yusifov Musavat.com-a açıqlamasında dedi ki, nəinki COVİD-li xəstələrin küçəyə çıxması, ümumiyyətlə hər bir əlavə ünsiyyət, əlavə evdən çölə çıxmaq yeni yoluxmalara səbəb olur: “Məlum olan odur ki, həddindən artıq çox xəstə evdə müalicə alır və onların əksəriyyəti özbaşına müalicə almağa çalışır. Bir çoxu da qeydiyyata düşməkdən yayınır, səhhətləri bir qədər yaxşılaşan kimi öz işlərinə davam edir, ictimai nəqliyyatdan istifadə edir və sairə. Bir çox insanlar isə xəstəliyi asimptomatik keçirir, heç özləri də bilmir ki, virusa yoluxub, daşıyıcıdır. Bu səbəbdən vəziyyət təhlükəlidir. Hesab edirəm ki, ümumən yoluxmaların azaldılması üçün maarifçilik işi daha da artırılmalıdır. Eyni zamanda vətəndaş məsuliyyəti ciddi önəm kəsb edir. Biz COVİD-ə yalnız hamılıqla məsuliyyət dərk edərək qalib gələ bilərik.

İnsan düşünməlidir ki, əgər özündə hansısa bir əlamət hiss edirsə, bu durumda küçəyə çıxıb, qohum-qonşu ilə təmasda olacaqsa, virus bumeranq kimi onun evinə qayıdacaq və növbəti dəfə ailə üzvləri yoluxacaq. Yəni bu gün özü ilə küçəyə daşıdığı virus sabah öz evinə geri dönəcək.
Bəzən insanlar virus daşıyıcısı olduğunu bilmirlər. Odur ki, hər bir sağlam insan da özünü potensial daşıyıcı kimi qəbul etməli və ümumi qaydalara – məsafə saxlamağa, maskadan istifadəyə, gigiyenik normalara əməl etməlidir. Bu prosesdə üç amil – maarifçilik, məsuliyyət və məcburetmə paralel olaraq tətbiq olunmalıdır”.
Həkim deyir ki, insanların kütləvi olduğu yerlərdə nəzarət artırılmalıdır: “Məsələn, avtobusda tutaq ki, 20 nəfərin məsafəli şəkildə getməsi mümkündürsə, 21-ci adamın minməsinə yasaq qoyulamlıdır. Banklarda zalın tutumu 10 nəfərdirsə, 11-ci buraxılmamalıdır. Mağazalara kütləvi giriş olmamalıdır və sair. O ki qaldı COVİD olması rəsmən təsdiqləndiyi halda, təcrid tələbinə baxmayaraq küçələrə çıxanlara, bunun cəzası sərtləşdirilməlidir. Məsələn, əvvəllər maska taxmayanlar çox idi. Cərimə 200 manata qaldırıldı və bu gün demək olar ki, hamı maska taxır. Küçələrə çıxan COVİD xəstələrinə də sərt, örnək olası cəza verilməlidir ki, digərləri bunu təkrarlamasın. Paralel olaraq da təcrid edilmiş adamların sosial vəziyyəti ilə də maraqlanmaq, onların qayğılarını qarşılamağa çalışmaq lazımdır ki, onlar küçəyə çıxmağa bəhanə tapmasın. Bu işdə bələdiyyələr aktivliyini artırmalıdır, COVİD xəstəsi olan ailələri diqqətdə saxlamalıdırıar”./Musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş şəxslərə pasport veriləcək

    Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş ...

    18-01-2021, 10:56

  • 
  • Gürcüstanda COVID-19 əleyhinə vaksinasiya planı üzrə işlər yekunlaşıb

    Gürcüstanda COVID-19 əleyhinə vaksinasiya planı ...

    18-01-2021, 15:19

  • 
  • Dünyada koronavirusdan ölənlərin sayı yarım milyonu ötdü

    Dünyada koronavirusdan ölənlərin sayı yarım ...

    27-06-2020, 10:50

  • 
  • İtaliya hökuməti “Pfizer”i məhkəməyə verəcək

    İtaliya hökuməti “Pfizer”i məhkəməyə verəcək ...

    20-01-2021, 15:29

  • 
  • COVİD-19-dan sağalanlar koronavirusun yeni formasına yoluxa bilərlər? - AÇIQLAMA

    COVİD-19-dan sağalanlar koronavirusun yeni ...

    23-12-2020, 18:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu