GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 10-yaşlı Nərminin ölüm işi: ‘Bu qədər haqsızlıq, ədalətsizlik olmaz axı…’

10-yaşlı Nərminin ölüm işi: ‘Bu qədər haqsızlıq, ədalətsizlik olmaz axı…’

Tarix: 3-02-2021, 10:15 Bölmə :Cəmiyyət Baxış: 315
10-yaşlı Nərminin ölüm işi: ‘Bu qədər haqsızlıq, ədalətsizlik olmaz axı…’


Tovuzun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi və meyitin yandırılmasında suçlanan İlkin Süleymanov haqqında yenidən həbs qərarı çıxarılıb. Fevralın 1-də Nəsimi rayon Məhkəməsində Baş prokurorun onunla bağlı təqdimatına baxılıb.

Təqdimatda göstərilib ki, bu iş üzrə istintaq araşdırmaları başa çatmayıb, bu üzdən İ.Süleymanov haqqında həbs-qətimkan tədbirinin müddətinin daha dörd ay uzadılmasına ehtiyac var. Məhkəmə də təqdimatı təmin edib və İ.Süleymanovun ilkin istintaq dövrü üçün həbsdə saxlanma müddəti daha dörd ay artırılıb.
Qapalı keçirilən məhkəmə iclasında İ.Süleymanov özü də iştirak edib. O, günahsız olduğunu, uşağın ölümünə heç bir aidiyyəti olmadığını vurğulayıb, həbsdən buraxılmasını istəyib.
İ.Süleymanovun vəkilləri onun həbsdə saxlanma müddətinin növbəti dəfə uzadılması haqda məhkəmə qərarının qanunsuz və əsassız olduğunu deyir.
“Heç bir mötəbər sübut yoxdur, ona görə də uzadırlar”
47-yaşlı İ.Süleymanov 2020-ci ilin yanvarından həbsdədir. Cinayət Prosessual Məcəllənin 159.7 maddəsinə əsasən, istintaq dövründə təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti 13 aydan çox ola bilməz. Amma istisna hallarda – işin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu istintaqı gecikdirərsə, bu halda müddət 6 aya qədər uzadıla bilər. Bundan ötrü Baş prokuror və ya onun birinci müavini məhkəməyə təqdimat verməlidir.
Vəkil Əlibaba Rzayev bildirib ki, artıq 13 aydır həbsdə saxlanan İ.Süleymanovun işində müddətin uzadılması üçün hüquqi əsas yoxdur. Çünki qanunun müəyyənləşdirdiyi istisna halların heç biri bu işə aid deyil: “Bir nəfər təqsirləndirilən şəxs var. İş materiallarının həcmi də həddindən böyük deyil, bir cinayət epizodundan söhbət gedir. 13 ay bu iş üzrə istintaqı yekunlaşdırmaq üçün yetərli idi. Sadəcə, istintaqın əlində İlkinin təqsirliliyinə dair heç bir mötəbər sübut yoxdur, ona görə də uzadırlar. Əgər cinayəti gerçəkdən İlkin törətmiş olsaydı, bu müddətdə yüzlərlə sübut tapmaq olardı”.
Ə.Rzayev deyir ki, istintaq İ.Süleymanovu sübut yetərsizliyinə görə həbsdən buraxa da bilmir. Çünki onun həbsinin ilk günlərində Baş Prokurorluğun o dövrdəki rəhbərliyi cinayətin üstünün açıldığını, İ.Süleymanovun olayı etiraf etdiyini bildirmişdi: “İndi buraxılsa, sual yaranacaq ki, sübutlar yox idisə, İlkin niyə həbs olunmuşu?”.
“Onlarda o uşağa aid heç nə yoxdur”
Vəkil növbəti 4 ay ərzində də mötəbər sübutların ortaya qoyulacağını düşünmür. İstintaq davam etdiyinə görə bir çox məsələləri hələ açıqlaya bilmədiyini deyən müdafiəçinin sözlərinə görə, işdə 20-dən çox ekspertiza rəyi var. Onların da bir çoxu İ.Süleymanovun təqsirsizliyinə dəlalət edir.
Ə.Rzayev müvəkkili haqqında həbs müddətinin daha 4 ay artırılmasına dair məhkəmə qərarından apellyasiya şikayəti verəcək.
İ.Süleymanovun yaxınları da istintaqın uzanmasından narazıdır.
“Evdən çarpayı, palaz və başqa şeyləri aparıblar ki, ekspertizadan keçirsinlər. Bir ildir, xəbər yoxdur. Çünki onlarda o uşağa aid heç nə yoxdur, ola da bilməzdi. Amma uşağın meyitini cəmi 3 saata ekspertizadan keçirib, tələsik dəfn elədilər”, – İ.Süleymanovun yaxınları belə deyir.
Qardaşı Adil Süleymanov bildirib ki, məhkəmənin qərarı onlar üçün gözlənilməz olmadı. Amma ədalətli qərara inanmasalar da, son ümidlərini də itirməmişdilər: “Bu qədər də haqsızlıq, ədalətsizlik olmaz axı…”./Azadlıq radiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nərminin qətlində təqsirləndirilən İlkinlə bağlı QƏRAR VERİLDİ

    Nərminin qətlində təqsirləndirilən İlkinlə bağlı ...

    30-07-2020, 11:35

  • 
  • Nərminin qətlində təqsirləndirilən şəxs barədə qərar verildi

    Nərminin qətlində təqsirləndirilən şəxs barədə ...

    24-01-2020, 11:28

  • 
  • Nərmin Quliyevanın qətli ilə bağlı sensasion səs yazısı yayıldı - VİDEO

    Nərmin Quliyevanın qətli ilə bağlı sensasion səs ...

    5-02-2020, 13:33

  • 
  • AXCP üzvlərinin həbs müddəti üç ay artırıldı

    AXCP üzvlərinin həbs müddəti üç ay artırıldı ...

    18-09-2018, 19:51

  • 
  • “Kanal 13”-ün direktorunun həbs müddəti artırıldı

    “Kanal 13”-ün direktorunun həbs müddəti artırıldı ...

    29-08-2017, 16:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (277)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu