GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası: Daha bir ailə “şirkəti”… - İLGİNC FAKTLAR

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası: Daha bir ailə “şirkəti”… - İLGİNC FAKTLAR

Tarix: 3-02-2021, 15:06 Bölmə :Cəmiyyət Baxış: 669
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası: Daha bir ailə “şirkəti”… - İLGİNC FAKTLAR


Azərbaycanda işçilərin hüquqlarını müdafiə edən Həmkarlar İttifaqlarları fəaliyyət göstərir. Hətta bu Həmkarlar İttifaqlarını bir əldə cəmləyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da var. Bu qurum 1992-ci ildə Səttar Möhbalıyevin rəhbərliyi altında qurulub. Hər halda Möhbalıyevin “Vikipediya” səhifəsində belə yazır. Qurum yaranan gündən də rəhbəri elə Səttar Möhbalıyev olub. Ondan əvvəl də, yəni sovet dönəminin son illərində də Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqlarına rəhbərlik edib.

Səttar Möhbalıyev 2000-cı ildən Millli Məclisdə təmsil olunur. Lakin onun Milli Məclisdə kimləri təmsil etdiyi hələ də bilinmir. Çünki bu günə qədər Səttar Möhbalıyev kütləvi şəkildə hüquqları pozulan və həmkarlar ittifaqlarının üzvü olan 100 minlərlə insanın hüquqlarını qorumaq üçün heç bir dəfə də səsini qaldırmayıb. Heç seçildiyi dairənin seçicilərinin problemlərini də dilə gətirməyib. Sual olunur, bəs müstəqil Azərbaycanın Həmkarlar İttifaqları Konfederasiyasının sədri kimi, Səttar Möhbalıyev bu 28 ildə hansı işlərlə məşğul olub?

Ümumiyyətlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu illərdə nə iş görüb? Hansı hüquqları tapdalanmış işçilərin hüquqları uğrunda mübarizə aparıb? Və ən əsası hər il təqribən 100 milyon manat üzvlük haqqı toplayan həmkarlar ittifaqları bu vəsaitləri hara və kimlərə sərf edirlər? Səttar Möhbalıyev bunun hesabatını verə bilərmi?

Özəl sektorda böyük istismarı Səttar Möhbalıyev niyə görmür?

Bu gün bu yazının yaılmasında əsas məqsəd məhz özəl sektorda çalışan insanların dözülməz şəraitdə çalışmalarıdır. Azərbaycanda özəl sektorda çalışanların böyük əksəriyyəti 19-cu əsr səviyyəsində istismar olunur. Böyük və kiçik özəl müəssələrdə çoxunda ya həmkarlar ittifaqları yoxdur, ya da ancaq pul yığmaq üçün var. İşçilər 10-12 saat çalışırlar və bu zaman onların maaşlarına əlavələr olunmur, əksinə bir-iki dəqiqə işə gecikənlərin maaşlarından cərimə tuturlar. İşçilər bir qayda olaraq şənbə günləri də çalışırlar. Bəzən isə işçiləri bazar günləri də çalışdırır və buna görə ödəniş belə etmirlər. Ağzını açıb etiraz edənlər isə qapı arxasında qoyulur. Çünki Azərbaycanda işbazarında ucuz işçi qüvvəsi çoxdur. Çox ağır şəraitdə istirahətsiz və bayramsız çalışan işçilərin rəsmi olaraq aldıqları maaş isə minimum əmək haqqı səviyyəsində olur.

Misal üçün Azərbaycanın qida sektorunda monopoliyaya sahib olan şirkətlərdən biri olan “Veysəloğlu” şirkətindən bizə daxil olan şikayətdə bildirilir ki, onlar əvvəllər əmək haqqını iki siyahı üzrə alıblar. Bir hissə karta köçür, qalanını isə hağd şəkildə verirmişlər. Ümumi maaş isə ortalama 300-400 manat arasındadır. Son bir ildə isə vəziyyət bir qədər dəyişib.

Vergidən gələn təzyiqlər hesabına şirkət “qara mühasibat”dan imtina edib. Lakin bu işçilərin əmək şəraitinə təsir etməyib. Onlar yenə də minimum əmək haqqına şənbə bazar da daxil olmaqla gündə ən azı 10 saat çalışırlar. Şirkətdə ümumiyyətlə həmkarlar ittifaqı da yoxdur. Bəlkədə kağız üzərində həmkarlar ittifaqı var, amma işçilər həmkarlar ittifaqı deyilən bir qurumu tanımırlar.

Şirkətdə çalışan işçilərə xəstələnmək də olmaz və xəstələnən işçilər sadəcə işdən atılırlar. Onların yerini isə hər hansı bir iş axtaran insanlarla doldururlar. Etiraf etməliyik ki, Azərbaycanda işə ehtiyacı olan insan həddindən artıq çoxdur və bu da işçilərin açıq şəkildə istismarına yol acır.

Qeyd edək ki, eyni vəziyyət qida sektorunda daha böyük monopoliyaya sahib olan “Azərsun” şirkətində də hökm sürür. Ümumiyyətlə isə bütün özəl sektorda eyni vəziyyətdir və işçilər bütün ölkə miqyasında ən ağır şəkildə istismar olunurlar.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası isə bütün bu vəziyyəti çox yaxşı bilməsinə baxmayaraq səsini çıxarmır. Hər halda biz bu günə qədər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının heç bir rəsmisinin, o cümlədən Səttar Möhbalıyevin ağzından bu həqiqətləri eşitməmişik. İllərdir istismara məruz qalan işçilərin problemləri də onların dilindən səsləndirilməyib.

Sual olunur, bu halda həmkarlar ittifaqları bir sosial institut olaraq nəyə lazımdır? Ancaq pul toplamağamı? Bəs o pullar hara sərf olunur?

Azərbaycan Həmkarlar İttifaqları təşkilatları Səttar Möhbalıyevin ailə biznesidir...

Normal ölkələrin sosial və siyasi həyatında həmkarlar ittifaqları aktiv və aparıcı rol oynayır və onlarla istər siyasətçilər, istərsə də biznes aləmi sözün həqiqi mənasında hesablaşır. Çünki həmkarlar ittifaqları əsas güc mənbəyinin, yəni işçilərin təmsilçiləridir və onların hüquqlarını qoruyurlar. Bəs Azərbaycanda həmkarlar ittifaqları niyə öz funksiyalarını yerinə yetirmirlər? Niyə vəzifələrini ancaq işçilərdən məcburi qaydada pul toplamaqda görürlər?

Çünki Səttar Möhbalıyevin rəhbərliyi altında qurulan həmkarlar sistemi əslində böyük korrupsiya bataqlığıdır. Onlar öz qarşılarında heç bir halda işçinin hüququnu qorumaq kimi bir vəzifə görmürlər. Ona görə ki, onları işçilər yaratmayıb, sovet dönəmində olduğu kimi məcburi qaydada dövlət tərəfindən yaradılan istismar qurumudur. Sadəcə istismar qurumu.

Bu üzdən də “Səttar Möhbalıyev və komandası” işçinin qarşısında heç bir məsuliyyət daşımır. Öz işini işçidən məcburi qaydada aldığı 2%-lik üzvlük haqqını basıb yeməkdə görür. Başqa heç bir şeydə.

İndi Azərbaycanda bir çox sosial və iqtisadi sahələr ayrı-ayrı məmurların “ailə biznesi”nə çevrildiyi ki, Azərbaycan Həmkarlar İttifaqı da Səttar Möhbalıyevin və onun yaxın ətrafının “ailə biznesi”nə çevrilib. Burdakı böyük korrupsiyanı, yəni məcburi qaydada işçilərdən toplanan pullarıın mənimsənilməsini təsəvvür eləmək belə çətindir. Söhbət hər il toplanan 100 milyon manatlarla vəsaitdən gedir və bu vəsait hər il Həmkarlar İttifaqlarının geniş şəbəkəsində sadəcə yoxa çıxır. Yəni “Səttar Möhbalıyev və komandası” heç çalışmadan ağır şəkildə istismar olunan işçilərin ciblərindən çıxarılan milyonları yeyib-içib, keflərinə baxırlar.

Qurumda korrupsiya təkcə üzvlük haqqları ilə bağlı deyil. Eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının çox saylı əmlaklarından və “putyovka”ların satışından külli miqdarda gəlilər əldə edilir.

Səttar Möhbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı, 1988-ci il təvəllüdlü Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir. Yəni tam bir “ailə konfederasiyası”...

Səttar Möhbalıyevin korrupsiyasının statistikası

Yerli mətbuatda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının korusiyası barədə kifayət qədər məlumatlar var. Son olaraq ötən ilin sentyabrında “virtualaz.org” saytında dərc olunan məqlədə bildirili ki, sovet dövründən bu yana həmkarlar ittifaqlarında “at oynadan” Səttar Möhbalıyevin varidatı hazırda 10 milyonlarla ölçülür. İllərdir ki, AHİK-in Möhbalıyevin “ailə konfederasiyası” kimi idarə olunması kimsəyə sirr deyil.

İşləyən vətəndaşların maaşlarından tutulan üzvlük haqları hesabına saxlanılan AHİK-ə hər il toplanan milyonlarla vəsaitin necə xərclənməsi Səttar Möhbalıyevdən başqa kimsəyə məlum deyil. Bilinən odur ki, AHİK sədri böyük biznesə sahibdir. İntəhası, bu böyük biznesi açığa çıxara bilmir. Böyük biznesin böyük də ilkin kapitalı olmalıdır və bu böyük pulların mənbəyi də açıq göstərilməlidir. AHİK sədri isə bu məsələdə susmağa üstünlük verir.

Səttar Möhbalıyevin xanımı Türkiyədə “Sat Turizm Diş Ticaret Limited” şirkətini təsis edib. 2009-cu ildə Səttar və Böyükxanım Möhbalıyevlər şirkəti 380 min lirə (o zamankı valyuta kursu ilə 250 min dollar) İstanbulda qeydiyyatdan keçiriblər. Şirkətin digər ortağı 20 min lirəlik cüzi sərmayə ilə öncə Murat Bakındı olub. Sonradan Murat Bakındı özünə aid 5 faizlik payı Nigar Eyvazova adlı şəxsə satıb. İstanbul Ticarət Sicili Müdirliyinə aid sənədlərə görə 701623 saylı şəhadətnamə alan şirkətin hüquqi ünvanı belədir: Merkezi: İstanbul Bakırköy Yeşilköy Mah.Bostan Sk.Aslan Apt.N.12 D.3.

Nizamnaməyə görə, şirkətin ticarət, turizmlə məşğul olmaq, səyahət büroları, gözəllik salonları (saç əkimi, lazer epliyasiya, botoks, mezzoterapi), gimnastika zalları, bərbərxanalar, restoranlar açmaq hüququ var.

Səttar Möhbalıyev prezidentin sabiq köməkçisi Əli Həsənovun qudasıdır. O, 27 ildir ki, konfederasiyanın “toxunulmaz” sədridir, 2000-ci ildən indiyə kimi parlamentdəki yerini əldən vermir. Dəfələrlə mətbuatda onun “Kurort” Səhmdar Cəmiyyəti vasitəsi ilə əlində böyük sərvət saxladığı barədə yazılıb.

Səttar Möhbalıyev “putyovka” biznesini əsasən iki deputatın istirahət mərkəzi üzərində fokuslaşdırıb. AHİK tərəfindən göndəriş vərəqələri daha çox Lənkərandakı “Palıdlı sahil” və Lerikdəki “Relax” istirahət guşələrinə yönəldilir. Bu obyektlər isə heç də müstəqil sahibkarlar tərəfindən idarə olunmur. Sirr deyil ki, “Palıdlı sahil” eks-deputat Hadı Rəcəbli, “Relax” isə hazırda deputat olan İqbal Məmmədova aiddir.

Maraqlıdır ki, ölkənin müxtəlif bölgələrində istirahət mərkəzləri, hotellər, sanatoriyalar olsa da, S.Möhbalıyev parlamentdəki həmkarlarının obyektlərinə üstünlük verib. Məsələn, Quba, Şəki, Oğuz, İsmayıllı, Qəbələ və s. zonalarda istirahət mərkəzləri var. Onlar normal fəaliyyət göstərsələr də, AHİK-in diqqətindən və monopoliyasından kənarda saxlanıblar.

AHİK-in nəzdində “Kurort” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyətdədir ki, QSC-yə 8 sanatoriya, 1 müalicə pansionatı və 10 istirahət bazası daxildir. Bu müalicə-istirahət zonalarına “putyovkaları” almaq üçün Səttar Möhbalıyevin qaydaları mövcuddur və bu qaydalar heç yerdə yazılmayıb! Sadəcə Möhbalıyevin yazılmayan qaydalarıdır və onlara riayət etməyənlər çətin ki, AHİK xətti ilə müalicə-istirahət zonalarına gedib çıxa bilərlər. AHİK-in “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Naftalan”, “Qaranquş” kimi sanatoriyalarına putyovka almaq istəyənlər mütləq Möhbalıyevin topdağıtmaz sərvəti üzərinə özünün “töhfəsi”ni verməlidir.

“Abşeron”, “Qaranquş”, “Naftalan” sanatoriyalarına bir qayda olaraq imkanlılar valideynlərini, ailə üzvlərini və dost-tanışlarını yollayırlar. Bu isə “Həmkarlar İttifaqları haqqında” Qanunun və AHİK-in nizamnaməsinin kobud şəkildə pozulmasıdır.

Üstəlik, Səttar Möhbalıyevin əlində cəmləşən milyonların “silinməsi” də müalicə-istirahət zonaları üzərindən gerçəkləşir. Hamıya bəllidir ki, AHİK nəzdində fəaliyyət göstərən “Kurort” QSC birbaşa Səttar Möhbalıyevin nəzarəti altındadır. QSC-nin tabeliyində və dövlətin balansında olan sanatoriyalar şəxsi biznes obyekti kimi idarə olunur. AHİK sədri Səttar Möhbalıyev həmkarlar təşkilatı adı altında özünün maddi maraqlarına xidmət göstərən çox böyük bir sistem qurub.

Addımbaşı hüquqları pozulan, işdən qovulanları isə ancaq media və bəzi QHT-lər müdafiə edir. AHİK sədrinin deputat olmasına baxmayaraq, bir dəfə də olsa Milli Məclisdə həmkarlar ittifaqlarının problemini qaldırmayıb. Konfederasiyanın sədri ancaq ara-sıra həmkarlarla bağlı problemlərə münasibət bildirməklə kifayətlənir. Vəssalam. Bununla da işini bitmiş hesab edir.

Ancaq daxil olan məlumatlar başında Azərbaycanın ali qanunverici orqanının üzvünün dayandığı AHİK-də böyük maliyyə maxinasiyalarının həyata keçirildiyini göstərir. AHİK sədri Səttar Möhbalıyev həmkarlar təşkilatı adı altında özünün maddi maraqlarına xidmət göstərən çox böyük bir sistem yaradıb.

Həmkarlar ittifaqında baş verən korrupsiya, maliyyə maxinasiyaları və qanun pozuntuları haqda tam təsəvvür yaratmaq üçün bir neçə statistik göstəriciyə nəzər yetirmək kifayətdir. AHİK-in sədri həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbəri olduğundan əvvəlcə elə bu sahədəki qüsurlar diqqət çəkir. Məsələn, ölkə üzrə təxminən 170 min orta məktəb müəllimi var, onların həmkarlara qoşulmaq üçün üzvlük haqqı maaşının 2 faizini təşkil edir. 1 il ərzində bu vəsait 10 milyon manata yaxındır. Nə vaxtsa bu pulla müəllimlər putyovka ilə müxtəlif yerlərə istirahətə göndərilirdi...

Ölkədə təxminən 85 min neftçi var. Onların maaşlarından həmkarlara gedən pul da ən çoxu 2 faizdir. Neft sənayesində orta maaş 500-750 manat olduğunu nəzərə alsaq, neftçilərin həmkarlara aylıq ödənişləri təxminən 1 milyon 250 min manata yaxındır. Bu isə il ərzində 15 milyon manatdan yuxarı məbləğ deməkdir.

Hər kəsə bəllidir ki, ölkədaxili sanatoriya “putyovkaları” həmkarlar üzvlərindən çox həmkarlar təşkilatları ilə heç bir əlaqəsi olmayan insanlara 300-500 manat civarında pula satılır. Ümumiyyətlə, həmkarlar şəbəkəsində daha çox korrupsiyalaşmış mexanizm “putyovkalarla” bağlıdır. Çünki il ərzində toplanan külli-miqdarda vəsaitin böyük bir hissəsi məhz bu vasitə ilə silinir.

Həmkarları İttifaqının nəzdində fəaliyyət göstərən “Kurort” QSC birbaşa AHİK-in rəhbərinin nəzarəti altındadır. Ona görə də cəmiyyətin tabeliyində və dövlətin balansında olan sanatoriyalar şəxsi biznes obyekti kimi idarə olunur. Başqa sözlə, putyovka adı ilə silinən pullardan əlavə bu obyektlər də külli-miqdarda gəlir gətirir. AHİK-dəki qanunsuzluqlar bununla yekunlaşmır.

1994-cü ildə qəbul olunmuş “Həmkarlar ittifaqları haqqında” Qanunda göstərilir ki, həmkarlar müstəqil qurumlardır, dövlət idarələrinə, siyasi partiyalara, ictimai birliklərə tabe deyillər, onlara hesabat vermirlər, öz rəhbər orqanlarını seçir və geri çağırır, plenumlar, qurultaylar keçirirlər. Amma müəssisələrdəki həmkarlar ittifaqı formal xarakter daşıyır. Bu qurumların heç bir real səlahiyyətləri yoxdur, müəssisə rəhbərliyinin onlara ayırdığı dekorasiya rolunu həvəslə oynayırlar. Əksinə, onlar müəssisə rəhbərlərinə işçilərin işdən çıxarılmasına kömək edirlər. Əmək münasibətləri ilə bağlı yaranan mübahisələrdə həmkarlar təşkilatlarının həmişə çox soyuqqanlı davrandığının şahidi oluruq.

Seçmə yolla götürülmüş Bakı şəhərində yerləşən təhsil müəssisələrinin və tibb ocaqlarının heç birində həmkarlar təşkilatlarının yığıncaqları bir qayda olaraq keçirilmir. Bölgələrdə isə həmkarların hər hansı fəaliyyətindən danışmağa dəyməz. Təşkilatlardan əmək haqqı cədvəli üzrə tutulan milyonlarla üzvlük haqları mərkəzləşdirilmiş qaydada yuxarı ötürülür. Məlumat üçün bildirək ki, 16 il əvvəl yaradılmış Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası hazırda özündə 18 min 610 həmkarlar ittifaqı təşkilatını birləşdirir və 1 milyon 500 min üzvü var.

İl ərzində üzvlük haqqı kimi toplanan məbləğ isə 50 milyon manatı aşır. Üstəlik, putyovka alverindən əldə olunan gəlirlər də var ki, bu da Səttar Möhbalıyevin “xırda” xərclərinə sərf olunur. İllərlə qudasının kölgəsində işlərini ayaqda tutan AHİK sədri indi çox çətin durumdadır. Ən ötəri yoxlama Möhbalıyevə məhbəsin qapılarını taybatay açır. (virtualaz.org)

Budur “Səttar Möhbalıyev və komandası”nın fəaliyyəti və bu böyük “ailə biznesi”nin içində işçinin hüquqlarının bir çöp kimi zibil qutusuna da atılması çox təbiidir…
Birinci yazının sonu…/pia.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - İDDİA

    Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - ...

    17-09-2020, 15:54

  • 
  • Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt başa çatır?

    Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt ...

    30-12-2013, 01:17

  • 
  • Ramiz Mehdiyev və Səttar Möhbalıyev Komissiya üzvlüyündən azad edildi

    Ramiz Mehdiyev və Səttar Möhbalıyev Komissiya ...

    8-09-2020, 17:44

  • 
  • Səttar Möhbalıyevin kürəkəni ABŞ-a qaçdı

    Səttar Möhbalıyevin kürəkəni ABŞ-a qaçdı ...

    12-07-2020, 21:15

  • 
  • Məhkəmə aclıq edən neftçilər haqda qərar çıxarıb

    Məhkəmə aclıq edən neftçilər haqda qərar çıxarıb ...

    24-01-2017, 20:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu