Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində əyani formada dərslərə davamiyyət 95 faiz təşkil edir.
İdarədən verilən məlumata görə, fevralın 1-dən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 1 müəllimdə koronavirus infeksiyası (COVID-19) aşkar olunub. İki şagird və bir təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.
İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1 106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?