GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Metronun bağlı qalması yoluxmanı artıracaq: - "Operativ Qərargahdakılar avtobuslara baxsın...”

Metronun bağlı qalması yoluxmanı artıracaq: - "Operativ Qərargahdakılar avtobuslara baxsın...”

Tarix: 8-02-2021, 16:34 Bölmə :Cəmiyyət Baxış: 311
 Metronun bağlı qalması yoluxmanı artıracaq: - "Operativ Qərargahdakılar avtobuslara baxsın...”


Metronun bağlı qalması yoluxmanı artıracaq:
Yanvarın 18-dən etibarən sərt karantin rejiminin yumşaldılması Bakı metrosunda sərnişindaşımanın bərpa olunacağı ilə bağlı ümidlər yaratdı.

Bununla bağlı sosial şəbəkələrdə, mediada ard-arda xəbərlərin yayılmasından, fevralın 15-də metronun fəaliyyətə başlayacağına dair müzakirələrdən sonra "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti məsələyə aydınlıq gətirdi və yayılan məlumatlar təkzib olundu:

““Bakı Metropoliteni” QSC bir daha bildirir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah hələ heç bir qərar verməyib. Məlumat üçün onu da əlavə edirik ki, xüsusi karantin rejiminin tətbiq edildiyi pandemiya dövründə Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir".

Lakin məktəblərdə yuxarı siniflərdə və bəzi universitetlərdə əyani təhsilin bərpası metroların açılmasını da zəruri edir. Pandemiyanın əvvəllərindən nəqliyyatdakı problemlər göz önündədir.

Dayanacaq və avtobuslardakı sıxlıq, avtobuslar arasındakı intervalın çox olması, tıxaclarda keçən saatlar yoluxma təhlükəsini də artırır. Halbuki avtobusların qət etdiyi uzun məsafələri metro daha tez gedir, sərnişin tıxacda zaman itirmir, sıxlıqda keçən uzun müddətdə yoluxma təhlükəsi ilə üz-üzə qalmır.

Belə olan halda metronu bağlı saxlamaq nə qədər məntiqlidir?

Cebhe.info-ya açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, yuxarı sinif şagirdlərinin əyani dərsə başlamasından sonra dəhşətli mənzərənin şahidi olacağıq:

"Tıxaclar qaçılmaz olacaq, dayanacaqlarda insan selini müşahidə edəcəyik. Bəzi valideynlər bundan ehtiyat edib uşaqlarını məktəbə göndərməyəcəklər. Koronavirusa yoluxma azalıbsa, deməli, metronun fəaliyyətə başlaması da mümkündür. Müəyyən qaydalar tətbiq etməklə, metronun fəaliyyətini bərpa etmək olar. Bunu idarə etmək o qədər çətin deyil. Bu gün avtobusa nisbətən metroda səfər müddəti daha qısadır. Avtobusla 1 saata gedəcəyimiz yolu metro ilə yarım saata gedə biliriksə, metronu bağlı saxlamağın nə adı var? Metronun 1 qatarında 5 vaqon var, hər bir vaqon ən azı 3 avtobus sərnişinin yükünü çəkə bilir. Deməli, bu, 15 avtobusun sərnişinini aparır və mənzil başına da daha tez çatdırır".

E.Muradlı qeyd edib ki, hər bir dönəmdə metro daha əlverişlidir:

"Avrobusda dayanacaqların hərəsində bir əməkdaş dayanıb nəzarət edə bilmir, amma metronun bir girişi, bir çıxışı var, nəzarət etmək də daha rahatdır. Metro da hansısa məhlədə dayanmır ki, deyək, kimisə mindirəcək və ya düşürdəcək. Avtobusların sayı hətta metro işləyəndə belə yetərli deyildi. Bundan sonra bizə ən azı, 400-500 avtobus lazımdır ki, 2 milyon civarında sərnişini daha rahat daşıya bilsin. Bu gün yüklərin hamısı avtobusların üzərindədirsə, təbii ki, çatdırmayacaq. Metro bu işdə avtobusun köməyinə gəlir. Ona görə metro ilə bağlı yekun qərar verilməlidir".

Tibb sahəsi üzrə ekspert, həkim-terapevt Rasif Bağırovun sözlərinə görə, metronun bağlı olması yoluxma sayını daha da çoxaldır:

"Metronun bağlanması yoluxmanı artırır, yoluxmanın qarşısını almır. İnsanlar demir ki, metro bağlıdır, mən daha heç yerə getmirəm, onlar da digər seçim kimi avtobusdan istifadə edirlər. Kimsə metro ilə şəhərə bekarlıqdan getmir, işindən ötrü gedir və avtobusların hamısında sıxlıq olur. Bu da yoluxmanı artırır. Operativ Qərargahdakılar gedib heç olmasa, “Koroğlu” stansiyasına kəndlərdən gələn avtobuslara baxsınlar, camaat bir-birinin üstünə çıxır. Bu yoluxmanın çoxalması deməkdir. Bunun da qarşısını almaq üçün avtobusun sayını çoxltmaq, ya da metroda stansiyalar arasında intervalı azaltmaq lazımdır. Elektrik enerjisinə görə bu məsələdə də problem var. İkincisi, yoluxma ölkəmizdə o qədər aşağıdır ki, maskanı taxıb istənilən şagird dərsdə iştirak edə bilər”.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Metro fevralın 15-dən fəaliyyətə başlayacaq? - AÇIQLAMA

    Metro fevralın 15-dən fəaliyyətə başlayacaq? - ...

    30-01-2021, 10:55

  • 
  • Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın işi bərpa olundu

    Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın ...

    28-09-2020, 10:14

  • 
  • Rayonlara gediş-gəliş açıldı

    Rayonlara gediş-gəliş açıldı ...

    8-09-2020, 12:03

  • 
  • Metro nə vaxt fəaliyyətə başlayır? - Rəsmi açıqlama

    Metro nə vaxt fəaliyyətə başlayır? - Rəsmi ...

    8-09-2020, 12:35

  • 
  • Rayonlara gediş-gəliş açılır

    Rayonlara gediş-gəliş açılır ...

    5-09-2020, 11:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu