Sosial şəbəkələrdə paytaxtın Nizami rayonunda yerləşən “Muğam ocağı” restoranında təşkil olunan şənliyin görüntüləri yayılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, yayılan videogörüntülər araşdırılaraq obyektin icarədarı, tədbirin təşkilatçıları və iştirakaçıları müəyyən olunub, müvafiq polis orqanına dəvət olunaraq inzibati məsuliyyətə cəlb olunublar.
Bildirilib ki, fevralın 2-də xüsusi karantin rejim qaydalarını pozaraq ətriyyat şirkətlərindən birinin bir qrup əməkdaşı toplaşaraq “karantin rejiminin bitməsi bayramı” adı altında şənlik keçiriblər.
Restoranın icarədarı və xidmət personalı ilə profilaktik söhbətlər aparılıb, karantin qaydalarına əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb. Ümumilikdə 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) protokol tərtib edilib. Qanunvericiliyə uyğun olaraq obyektin icarədarı 4000 manat, digərləri barəsində 200 manat məbləğində inzibati tənbeh tədbirləri tətbiq olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?