KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasının üzvlüyündən çıxarılıb və Nərimanov rayon təşkilatının sədr müavini vəzifəsindən azad edilib. Bu barədə Turan agentliyinə hakim Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən bildiriblər.
Hazırda həbsdə olan Vüqar Səfərli 10 ildən çox KİV-ə Dövlət Döstəyi Fonduna rəhbərlik edib. 2020-ci ildə o, Fondda oğurluq ilə bağlı cinayət işi çərçivəsində cəlb edilib və Bakıda jurnalistlər evinin tikintisi zamanı vəsait mənimsənilməsi və KİV-in inkişafına ayrılmış vəsaitin mənimsənilməsi ittihamı ilə həbs edilib.
Araşdırma zamanı Səfərlinin bank hesabından təqribən 6 mln. manat müsadirə edilib, prokurorluq bunun oğurlanmış vəsaitin bir hissəsi olduğunu hesab edir.
Səfərli həbsi ilə bağlı şikayət verməyə çalışıb, amma məhkəmə onu ev dustaqlığına buraxmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?