GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bu il ümumiyyətlə toy olmayacaq? - Şadlıq saraylarında son vəziyyət - ARAŞDIRMA

Bu il ümumiyyətlə toy olmayacaq? - Şadlıq saraylarında son vəziyyət - ARAŞDIRMA

Tarix: 19-02-2021, 19:53 Bölmə :Cəmiyyət Baxış: 376
Bu il ümumiyyətlə toy olmayacaq? - Şadlıq saraylarında son vəziyyət - ARAŞDIRMA


COVİD-19 pandemiyası ilə bağlı 1 ilə yaxındır şadlıq saraylarının bağlı olması sahibkarlarla yanaşı toy etmək istəyənlərin, cütlüklərin də günbəgün narahatlığının artmasına səbəb olur.

Gundemxeber.Az bildirir ki, elə bu məqsədlə Milli.Az paytaxtın bir neçə şadlıq sarayları arasında sorğu keçirib.
Əlaqə saxladığımız "Arena" şadlıq sarayının administratoru Əli bəy rezerv etmək istəyənlərin hələ də olduğunu bildirib:
"Şadlıq sarayımız bağlıdır. Toyla bağlı güclü müraciətlər yoxdur. Maraqlananlar da ancaq yay ayları üçün maraqlanırlar, əsas da aprel, iyun aylarına. Bir ara söhbət gedirdi ki, toyların keçirilməsinə icazə veriləcək, o ərəfədə müraciətlərin sayı artmışdı. Sözün açığı, indi elə deyil. Maraqlananlar isə ancaq aprel, iyun aylarını soruşurlar. Ümid edirlər ki, həmin vaxtı toyların keçirilməsinə icazə verilə bilər".
"Xan sarayı" şadlıq evinin baş adminstratoru Vaqif bəy bildirib ki, rezerv etmək istəyənlər onları da çıxılmaz vəziyyətdə qoyurlar:
"Bizə nadir hallarda müraciətlər olur, uzağı 10 gündə bir dəfə kimsə maraqlana, ya yox. Amma rezerv etmək istəyənlər heç özləri də bilmirlər hansı ay üçün rezerv etsinlər. Bizdən soruşurlar ki, "nə vaxt icazə veriləcək?", deyirəm "Vallah, Qərargaha gəlməmisiniz ki. Bura Qərargah deyil ki, mən sizə deyim nə vaxt olacaq". Qərargah necə demədi ki, fevralın 1-i dərslər açılacaq, toyların keçirilməsi barədə də belə bir qərar versin ki, filan tarixdən şadlıq sarayları fəaliyyətini bərpa edir. Ondan sonra hamı xəbər tutacaq".
Milli.Az-a danışan "Şahənşah" şadlıq evinin administratoru Zaur bəy isə deyib ki, 50 nəfər qonağa görə şadlıq evində toy etməzlər:
"Müraciət edənlər, zəng edənlər var. Açığı mən heç indi işə də getmirəm. Arada gedib baş çəkib gəlirik. Faktiki olaraq işləmirik deyə, bu gün müştəriyə nəsə deyə bilmirsən. Maraqlananlar vəziyyəti soruşurlar. Biz də hamı kimi Operativ Qərargahın, TƏBİB-in qərarını gözləyirik ki, bizə bir xəbər versinlər nədir, nə deyil. Zəng edib rezerv etmək istəyənlər çoxdur. Əvvəlcə soruşurlar ki, "toylara icazə veriləcəkmi, vəziyyət necədi. Birdən qərar verilər, açılar. Sonradan biz də əl-ayağa düşüb axtarmayaq". Mən də yalandan nə deyim?!. Açığı deyim, bizim keçən ildən qalan toylarımız var ki, mənim üçün əsas məsələ onlardır. Ən azından bir aylıq da toyların keçirilməsinə icazə veriləsi olsa, biz onları yerləşdirməliyik. Onların da işləri əllərində qalıb.
Söhbət gəzir, biri deyir martda icazə veriləcək, biri deyir apreldə, biri deyir Ramazan ayından sonrayadır. Hamı proqnoz verir, amma ortada konkret bir qərar yoxdur ki, biz də planlaşdırıb işimizi görək. Çıxılmaz vəziyyətdə qalırıq. Konkret bir qərar yoxdur, desinlər ki, bu il ümumiyyətlə toy olmayacaq, biz də işimizi bilək. 1 ilə yaxındır işləmirik, vallah heç soruşan da yoxdur ki, "qardaş, siz necə dolanırsınız?". Müşştərilərim var idi ki, xaricə getməli idilər, tələsik zəng etdilər ki, "Zaur müəllim, biz daha toy edəsi olmadıq. Məcbur kiçik kampaniya etdik". Amma eləsi də var ki, deyir "Bir övladım var, mən onun toyunu görmək istəyirəm". Biri çıxır deyir 50 nəfərlə... 50 nəfərlə toy necə olar?! 500-600 nəfərlik zalda 200 nəfərlə toya icazə versinlər. Heç olmasa bir 100 nəfər qız evindən olanda, 100 nəfər də oğlan evindən olsun. Adicə özümüzdən götürək, mənə sual verirlər ki, "50 nəfərlə olacaq?". Deyirəm, şəxsən mən toy edəsi olsam, elə evimin içi 50 nəfərdir. 50 nəfərə görə mən neynirəm gedim restorana o qədər xərc çəkim. Reallıq budur!"

Gundemxeber,Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şadlıq evlərində yoxlama

    Şadlıq evlərində yoxlama ...

    12-06-2013, 11:52

  • 
  • Bakıda şadlıq evinin administratoru xadiməni zorladı

    Bakıda şadlıq evinin administratoru xadiməni ...

    19-09-2018, 16:34

  • 
  • Şadlıq saraylarında reydlər keçiriləcək

    Şadlıq saraylarında reydlər keçiriləcək ...

    25-11-2013, 17:19

  • 
  • Bakıda şadlıq sarayında dava: administrator xəstəxanalıq oldu

    Bakıda şadlıq sarayında dava: administrator ...

    5-10-2015, 13:07

  • 
  • Bakıdakı “Bəyoğlu“ şadlıq evinin qarşısında qətl

    Bakıdakı “Bəyoğlu“ şadlıq evinin qarşısında qətl ...

    5-08-2015, 14:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (520)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu