GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 17 saylı Yİİ- nin rəisi büdcənin "altından girib üstündən çıxıb" - ŞOK İDDİA

17 saylı Yİİ- nin rəisi büdcənin "altından girib üstündən çıxıb" - ŞOK İDDİA

Tarix: 23-02-2021, 21:12 Bölmə :Cəmiyyət Baxış: 349
17 saylı Yİİ- nin rəisi büdcənin "altından girib üstündən çıxıb" - ŞOK İDDİA


Hər kəsə bəllidir ki, 2018-ci ilin iyunun 2-də uzunluğu 76 metr olan Göyçay körpüsünün 20 metrlik hissəsi çay daşqını nəticəsində uçdu və bir neçə günə həmin hissə bərpa olunsa da, iyunun 30-da yenidən körpüdə çökmə prosesi baş verdi. Xatırladaq ki, Göyçay çayı üzərində avtomobil körpüsünün uçması səbəbindən, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə cinayət işi qaldırılmışdı. Cinayət işinin başlanmasına əsas səbəb, Göyçay rayon İcra Hakimiyyəti başçısının 14 may 2014-cü il tarixli, 38 saylı sərəncamı ilə “Göyçay” qum-çınqıl yatağında fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə torpaq sahələrinin ayrılması barədə sərəncamlar və müvafiq torpaq icarə müqavilələrinin ləğv edilməsinə baxmayaraq, müqavilələri ləğv edilmiş karxanaların gizli yolla çay məcrasından material götürüb qeyri-qanuni fəaliyyət göstərmələri, o cümlədən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində çayın üzərində yerləşən körpü keçidinin dayaq və bünövrə konstruksiyalarına, çayın şimal hissəsində əkin sahələrinin suvarma suya ilə təmin etmək məqsədilə inşa edilmiş baş su götürücü və onun müdafiəsini təmin edən qurğularının dayanıqlığına ziyan vurmaları barədə materiallar olub. Aparılan araşdırmalar zamanı müəyyən olunur ki, “Göyçay” qum-çınqıl yatağında istismar dövründə qanunsuz istifadə etməklə qum-çınqıl qarışığına görə əvvəllər fəaliyyət göstərmiş bir çox MMC-lər, o cümlədən “ATF” MMC də 316 800 manat məbləğində təbiətə ziyan vurur. Bu MMC Göyçay çayının məcrasını 30 metr dərinliyində dərinləşdirir və həmin yerdə kortəbii şəkildə çınqıl-beton zavodları inşa etdirir ki, bu da körpünün uçmasına əsas səbəb olur. Belə bir səbəb üzündən də, dövlətə təqribən 3 milyon manat ziyan dəyir. Qeyd edək ki, “ATF” firmasının direktoru Azad Muradov adlı şəxsdir və o, Göyçay rayonu ərazisində daha çox Ramiz Mehdiyevin və Ziya Məmmədovun adamı kimi tanınır. Belə ki, qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərinə görə “ATF” MMC-nin təsisçisi və rəhbəri Fəxrəddin Muradov, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olunur. Belə olan halda bu şəxsi MMC-nin rəhbərliyində qardaşı əvəz edir. Məsələnin maraqlı tərəfi o olur ki, “ATF” MMC-nin təsisçisi və rəhbəri Fəxrəddin Muradov həbs olunsa da, o, müəyyən vaxtdan sonra azadlığa qovuşa bilir.

Başqa bir məqamı da qeyd edək ki, Saleh Məmmədov Avtomobil Yolları Dövlət Agentliyinin sədri vəzifəsini icra etdiyi vaxtdan indiyə kimi, ölkəmizin yol infrastrukturu sahəsində heç bir ciddi islahat, heç bir müsbət addım atmayıb. Faktdır ki, bu qurumun tabeliyində fəaliyyət göstərən yol istismarı idarələri indiyə kimi üzərinə düşən vəzifələri dolğun şəkildə yerinə yetirməklə məşğul olmayıblar, əksinə onlar ayırılmış büdcə vəsaitlərinin “altına girib üstünə çevirmək”lə məşşğul olublar. Bu sırada Avtomobil Yolları Dövlət Agentliyi, Göycay17 saylı Yol İstismarı İdarəsinin adı birincilər sırasında çəkilir. Məsələn, söylənilənlərə görə bu idarənin cavan və enerjili rəisi “ATF” firmasının direktoru olan Azad Muradovun qardaşı oğlu Tehran Muradovdur və o, təkcə 2018-ci ildə Göyçay şəhərinə asfalt örtük vurulması məqsədilə ayırılmış 645 000 manat pulu elə bir formada “həzmi-rabedən” keçirir ki, həmin pulun nə izi, nə də tozu qalır. Bəzi çevrələrdə belə bir söz-söhbət də dolaşır ki, belə bir məbləğdə pula “əl qoyan” şəxslərdən biri də, məhz Göyçay Maliyyə İdarəsinin rəisi Firdovsi Rəhimov olur. Düşündürücü haldır ki, Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov və Muradov soyadını daşıyan belə bir şəxslər əlbir olduqlarından, bu gün də onlar külli miqdarda mənimsəmələri həyata keçirə bilirlər. Məsələn, hansısa ərazidə yol çəkmək üçün tender elan olunur və tenderdə iştirak edən firmalar öz təkliflərini verirlər. Tutaq ki, ilkin seçimdən 4 şirkət keçir və qaliblər yol çəkilişinə, hansısa işləri görməyə başlayırlar. O halda Göycay17 saylı Yol İstismarı İdarəsinin cavan və enerjili rəisi Tehran Muradovun bəxti “gül açır”. Çünki, bu şəxs daha çox gəlir əldə etmək üçün, məhz idarənin balansında olan texnikaları tenderdə “qalib çıxan” şirkətlərə məxsus işləri görməyə imkan yaradır. Buna da əsas səbəb, gündəlik həmin texnikalar vasitəsilə külli miqdarda gəlirlərin əldə olunmasıdır. Onu da vurğulayaq ki, həmin texnikalarla kənar işlər görülərkən onlardan hansısa biri xarab olarsa, hansısa problem əmələ gələrsə, o halda texnikaların təmiri idarənin büdcəsi hesabına ödənilir. Bu da külli miqdarda büdcə vəsaitlərinin “havaya sovrulması” demək olur.

Bütün bunlar onu göstərir ki, bu gün bir şəbəkə halında birləşmiş Saleh Məmmədov və Muradov soyadını daşıyan şəxslər, dövlətin büdcə vəsaitlərinə elə bir formada qənim kəsiliblər ki, bu haqda məlumatı olanlar “ya kar, ya da ki, kor olurlar”. Məhz, belə bir səbəblər üzündəndir ki, hazırda Göycay17 saylı Yol İstismarı İdarəsinin cavan və enerjili rəisi Tehran Muradov, məhz daşıdığı vəzifəsindən “ikiəlli yapışıb” büdcə vəsaitlərini “tarmar etmək”lə, rəhbərlik etdiyi idarənin texnikalarından təyinatı üzrə deyil, məhz şəxsi məqsədlərinin həlli üçün istifadə edir. Belə bir halların varlığı cinayət əməli yaratsa da, əslində Saleh Məmmədov “dayağı” Tehran Muradovu hər cür təhlükədən sovuşdura bilir. Çünki,...
Bu yöndə araşdırmamız davam edəcək./xeberfakt.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • GENERAL “MƏRİFƏTİ”… – Ərziman Əliyev jurnalisti təhqir edir (AUDİO)

    GENERAL “MƏRİFƏTİ”… – Ərziman Əliyev jurnalisti ...

    11-06-2018, 21:12

  • 
  • İmişlidə insanlar karxanaların fəaliyyətindən narahatdırlar, lakin... - VİDEO

    İmişlidə insanlar karxanaların fəaliyyətindən ...

    7-08-2020, 13:23

  • 
  • Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

    Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı ...

    27-08-2020, 11:43

  • 
  • Həbsdə yatmış məmur vəzifəsinə qaytarıldı - Göyçayda

    Həbsdə yatmış məmur vəzifəsinə qaytarıldı - ...

    2-04-2015, 22:59

  • 
  • Şirkətin pulunu yeyənlər barədə cinayət işi başlanıb

    Şirkətin pulunu yeyənlər barədə cinayət işi ...

    30-01-2014, 15:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu