Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri bütün qabaqlayıcı tədbirlər həyata keçirirlər.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin PPX bölüyünün əməkdaşları xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.
Bundan əlavə, sürücülərlə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparan polislər, onlara yollarda olan vəziyyət haqqında məlumatlar verirlər. Həmçinin RPŞ-nin Dövlət Yol Polisi bölməsinin inspektorlar tərəfindən rayon ərazisində nəqliyyatın hərəkəti tənzimlənir, qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?