GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Şirkət fırıldaqçı çıxdı, MİDA boyun qaçırır – Yüzdən artıq ailə ölkə rəhbərliyindən kömək istəyir

Şirkət fırıldaqçı çıxdı, MİDA boyun qaçırır – Yüzdən artıq ailə ölkə rəhbərliyindən kömək istəyir

Tarix: 27-02-2021, 19:34 Bölmə :Cəmiyyət Baxış: 492
Şirkət fırıldaqçı çıxdı, MİDA boyun qaçırır – Yüzdən artıq ailə ölkə rəhbərliyindən kömək istəyir


Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış kompleksində yerləşən 28 və 29 saylı binalardan mənzil alan sakinlər hələ də evlərinə köçə bilməyiblər.

Bu barədə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən sakinlər ölkə rəhbərliyindən kömək istəyirlər.

Bir nüsxəsi də “AzPolitika.info”-ya göndərilən müraciətdə sakinlər bildirirlər ki, sözügedən binalardan müxtəlif vaxtlarda ev alıblar: “Bizimlə bu ərazidə inşaat işi aparan “KAT Holdinq” şirkəti arasında bağlanmış müqavilyə əsaən, 2018-ci ilin sonunda artıq mənzillərimizdə yaşamalıydıq. Eyni zamanda, bu şirkət MİDA MMC ilə bağladığı müqaviləyə əsasən, 27, 28 və 29 saylı binaları investisiya müqaviləsi əsasında tikib təhvil verməli idi. Lakin bu günə qədər evlərimizə köçə bilməmişik.

Alqı-satqı zamanı hətta ilkin “Çıxarış” alan sakinlər evlərini sığortata etdiriblər. Təsəvvür edin, yaşamadığımız mənzili sığortada etdiriblər. Hazırda bu işə Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində baxılmaqdadır. Lakin 9 ay keçməsinə baxmayaraq, bizə heç bir köməklik edilmir”.

Məktubda daha sonra yazılıb ki, “KAT Holdinq” şirkətinin təsisçilərindən biri həbs olunub: “Digər təsisçi isə Latviya vətəndaşıdır, o da heç bir iş görmür. Buna səbəb kimi “KAT Holdinq” şirkətinin vəsaitinin olmadığı göstərilir. Hazırda sakinlərdən kredit şərtləri ilə ev alanlar var ki, 17 aydır onlardan pul qəbul edilmir. Əgər bu məbləğlər qəbul olunardısa, yığılan vəsait hesabına yarımçıq qalan işləri yekunlaşdırmaq mümkün idi. Eyni zamanda, sayğacların quraşdırılması üçün də sakinlər pul ödəməyə də razıdırlar. Lakin şirkət bundan da imtina edir”.

Xatırladaq ki, MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi çərçivəsində 2017-ci ildə özəl investorların müsabiqə yolu ilə dövlət-özəl tərəfdaşlığına cəlb edilməsi təmin edilib. Müsabiqə nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində 3 ədəd çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə birinci investisiya müsabiqəsinin qalibi “KAT Holding” MMC olub.

Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik 27 saylı bina MİDA-nın sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Digər iki binanın (28 və 29 saylı binaların) mənzilləri investor, yəni “KAT Holdinq” şirkəti tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq.

Bağlanmış müqavilələrdə sözügedən 3 binanın tikintisinin 18 ay ərzində – 2018-ci ilik dekabrında başa çatdırılması planlaşdırılməşdı. Tikintilərə investisiya qoyuluşunun ümumi həcminin isə 10 milyon manatdan artıq təşkil edəcəyi nəzərdə tutulmuşdu.

Ancaq şirkət müqaviləyə əməl etməyib. Bundan sonra sakinlərə yalan vədlər verilməyə başlanıb.

Əvvəlcə, şirkətin direktoru Mail İbadov mənzillərin tam təmirli, yaşayışa yararlı halda 2019-cu ilin mart ayında veriləcəyini bildirib. Ancaq bu vədləri də yalan çıxıb.
Sakinlər yazırlar ki, həmin tarixdə müraciət etdikdə əvvəlcə tikintinin iyun ayında, daha sonra sentyabrda bitəcəyi barədə yalan vədlər verilib. Sentyabr ayında hələ də tikintinin aparılmadığını görən, ev sahibləri “KAT Holdinq”-ə gedərək onun sahibi Elçin Ələkbərov və şirkətin işçiləri ilə görüşüblər. Görüşdə verilən vədlər yenə də yerinə yetirilməyib.
Onlar 2020-ci il yanvar ayında MİDA-ya üz tutublar. Agentliyin direktoru Fərhad Təhməzov və şirkətin təsisçisi Elçin Ələkbərovun iştirakı ilə baş tutan görüşdə mənzillərdə təmir işlərinin 2020-ci ilin Novruz bayramınadək təhvil veriləcəyi vəıd olunub.

Hətta işin MİDA-nin ciddi nəzarəti altında bitiriləcəyini bildirsə də, heç bir təmir işinə başlamayıb.

“Ötən ilin mart ayının 18-i yenidən MİDA-nə görüşə toplaşdıq. Bu dəfə görüşdə “KAT Holdinq”-ə zamin duran şəxs kimi Müasir İncəsənət Müzeyinin rəhbəri Xəyyam Abdinov da iştirak edirdi. Xəyyam Abdinov mart ayının 29-dan maliyyənin ayrılacağını və mayın sonlarında binanın təhvil veriləcəyini əminliklə vəd etdi.
Amma təəssüf ki, bu da yalan vədlərdən biri oldu. Binanalarda təmir-tikinti işləri tam olaraq dayanıb. Ötən ilin iyun ayının 9-u yenidən bir qrup ev sahibləri ilə MİDA-ya toplaşdıq. Orada bizi Fərhad Təhməzov və Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə heyətinin sədri Sadiq Sadıqov qəbul edərək ,tikintiyə heç bir məsuliyyət daşımadıqlarını bildirdilər,” – deyə sakinlərin müraciətində qeyd olunur.

Sakinlər daha sonra bildirirlər ki, bundan başqa “KAT Holdinq” MMC-yə 2020-ci ilin mart ayında yeni təyin olunmuş direktor Xəlilov Aydın Fikrət oğlu və şirkətin ikinci təsisçisi olan Latviyai vətəndaşı Povilas Pociusa işlərin davam etməsinə maneələr törədiblər: “Ev sahiblərinə yalan məlumatlar verərək, narazılıq yaradırlar və öhdəliklərinə düşən təzminatları ödəməkdən boyun qaçırırlar. Sakinlərin halal pullarnı ödəyərək aldığı, dövlət sənədləri olan mənzillərinin Povilas Pociusa məxsus olduğunu və evlərin qeyri- qanuni əldə oldunduğunu iddia edirlər.

Məlum olduğu kimi “KAT Holdinq” MMC-nin birinci təsisçisi Elçin Ələkbərov artıq 6 aydır ki, prokurorluq tərəfindən saxlanılıb. Amma evlərinin dəyərini ödəyən yüzlərlə sakin 3 ilə yaxındır ki, mənzillərinə qovuşa bilmir. Buna səbəb isə səlahiyyətli şəxslərin yuxarıda qeyd olunan özbaşınalığıdır. Əksərriyətimiz hal-hazırda kirayədə qalırıq”.

Sakinlər ölkə rəhbərliyindən “KAT Holdinq” MMC-nin özbaşınalığına son qoyulmasını, MİDA rəhbərliyinin məsuliyyəti boynundan atmasının qarşısının alınmasını, sahib olduqları mənzillərin müqavilədə göstərildiyi kimi tam təmirli halda onlara təhvil verilməsi barədə göstəriş verilməsini xahiş edirlər.

Sakinlərin şikayəti ilə bağlı MİDA-nın və “KAT Holdinq” MMC-nin də mövqeyini öyrənməyə çalışacağıq.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev MİDA-nın Hövsan yaşayış kompleksində ilk binanın təməlqoyma mərasimində iştirak edib

    Prezident İlham Əliyev MİDA-nın Hövsan yaşayış ...

    24-12-2017, 13:57

  • 
  • Sakinlər "AAAF Park"dan aldıqları mənzilə köçə bilmirlər - KÜTLƏVİ NARAZILIQ

    Sakinlər "AAAF Park"dan aldıqları ...

    19-09-2019, 13:14

  • 
  • “Güzəştli mənzil”lərin satışı növbəti dəfə baş tutmadı - Sistem ÇÖKDÜ

    “Güzəştli mənzil”lərin satışı növbəti dəfə baş ...

    5-09-2018, 12:09

  • 
  • Güzəştli mənzil satışının yeni tarixi açıqlandı

    Güzəştli mənzil satışının yeni tarixi açıqlandı ...

    10-06-2019, 16:48

  • 
  • 'Güzəştli mənzil' sistemində yenə problem yarandı

    'Güzəştli mənzil' sistemində yenə problem yarandı ...

    6-09-2018, 12:23


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu