Bu gün Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasovla bağlı məhkəmə iclası keçiriləcək. İclas Bakı Ağır Cinayətlər məhkəməsində keçiriləcək.
Gundemxeber.Az xəbər verir ki, işə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılacaq. Bildirək ki, M. Abbasov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.3, 32.4 və 312.2 ci maddələri ilə ittiham olunur.
Xatırladaq ki, M. Abbasov öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurma, təkrar dələduzluq, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə, birbaşa yolla özü vasitəsi ilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik etməkdə ittiham olunur.
İttiham aktına görə, o, 12 iyun 2014 tarixindən 11 sentyabr 2017-ci il tarixinə kimi Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməkdə ittiham olunur. Bildirilir ki, CM-nin 179.3.2maddəsi ilə ibtidai istintaqını apardığı cinayət işi üzrə Əsədov Vüqar Şükür oğlu barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçildikdən sonra onun azad olunmasına köməklik göstərəcəyini bildirib. Bu məqsədlə ona müraciət edən V. Əsədovun bacısı Natəvan Əsədova və həyat yoldaşı Elnarə Əsədova ilə görüşüb. O həmin şəxslərə V. Əsədovu həbsdən azad edəcəyi vədini verib və sonradan - iyul ayının sonlarında "Sahil Bağı”nda N. Əsədovadan 3 500 ABŞ dolları, avqust ayında 2 600 ABŞ dolları, sentyabr ayında isə ümumilikdə 17 min 716 manat pulu rüşvət olaraq alıb.
Lakin oktyabr ayında V. Əsədovun dələduzluqla bağlı digər bir cinayət işinin də hazırda apardığı cinayət işinə birləşdirilidiyini deyərək onun azad olunmasının çətinləşdiyini bildirib.
Buna görə də o daha çox vəsait – 40 min manatın lazım olduğunu qeyd edib. Həmin ilin oktyabr-dekabr aylarında Atatürk prospektində yerləşən Karvan restoranında N. Əsədovanın dayısı İmamverdi Hüseynovun iştirakı ilə 20 min manat pul alıb. M. Abbasovun N. Əsədovadan aldığı pulların ümumi məbləği 39 716 manat olub.
Bundan başqa o 11 sentyabr 2017-ci ildə baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric olunandan sonra bu kimi əməlləri davam etdirib. Belə ki, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə qeyri-rəsmi formada hüquqi yardım göstərdiyi cinayətdən xəbərsiz Sadıqov İlyas Usub oğlunun vasitəsi ilə tanış olduğu və sahibkarlıq fəaliyyəti ilə Əlaqədar Rəhimov Elşın Mirzə oğluna satdığı materialın əvəzində ödənilməli olan 840 000 ABŞ dolları məbləğində pul vəsaitini ala bilməyən Dadaşov Mahir Əkbər oğlu ilə görüşür.
Əvvəlllər prokurorluq orqanlarında işlədiyini bildirərk əlaqələrindən istifadə etməklə Elşən Rəhimov haqda cinayət işi açdıra biləcəyini və bu vasitə ilə ödəməli olduğu pul vəsaitini ödətdirəcəyini vəd verib. Bunun üçün o Mahir Dadaşovu aldatma yolu ilə onun 20 min ABŞ dollarını ələ keçirib.
İttiham aktında qeyd olunur ki, bununla da M. Abbasov təkrarən dələduzluq etmiş, M. Dadşova 20 min dollar (34 min manat) ziyan vurub.
Dələduzluqda ittiham olunan keçmiş prokurorluq əməkdaşının hansısa qüvvələr tərəfindən himayə edildiyi haqda xəbərlər var. Bu baxımdan indi hakim Mahmud Ağalarovun M. Abbasovla bağlı hansı qərarı verəcəyi suallar doğurur?
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?