GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Həbsdəki Rasim Məmmədovla bağlı bütün məlumatlar şirkətin saytından çıxarıldı

Həbsdəki Rasim Məmmədovla bağlı bütün məlumatlar şirkətin saytından çıxarıldı

Tarix: 5-03-2021, 10:20 Bölmə :Cəmiyyət Baxış: 473
Həbsdəki Rasim Məmmədovla bağlı bütün məlumatlar şirkətin saytından çıxarıldı


Tanınmış iş adamı DTX-da onun əməlləri ilə bağlı 3 saat ifadə verdi

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX)"Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sabiq sədri Rasim Məmmədovun cinayət işi üzrə istintaq davam edir.

Bu arada Rasim Məmmədovla bağlı bütün məlumatlar, fotolar, videolar “Baku Steel Company”nin saytından çıxarılıb. Artıq saytdakı “Biz kimik” bölümündə sabiq sədr haqda hər hansı məlumat yoxdur. Rasim Məmmədov illərlə özünü cəmiyyətə iş adamı, BSC-nin sahibi kimi sırımağa çalışsa da, buna nail ola bilmədi. Adi bir reyder, metallurgiya sahəsinin qənimi olduğu enində-sonunda tam çılpaqlığı ilə üzə çıxdı.

Ötən illər ərzində onun törətdiyi cinayətə bərabər qanunsuzluqlar barəsindəki cinayət işində də yer alıb. Müşahidə Şurasının sədri olduğu günlərdə Rasim Məmmədov ölkənin metallurgiya sahəsində çalışan irili-xırdalı iş adamlarına qarşı total hücumlara başçılıq edib. Onun etdiyi qanunsuzluqlara isə Azərbaycan məhkəmələri “qanuni don” geyindirib, Lerik dağlarında yaşayan çoban Gəray Məmmədovu reyder hücumlarla ələ keçirilən Zülfüqarlı qardaşlarına məxsus zavodun sahibinə çevirmişdilər. Bundan başqa, Rasim Məmmədovun cinayətləri ilə üz-üzə qalan iş adamları həm də məhkəmələr vasitəsilə cərimə olunub, üzərlərinə təkzibvermə öhdəliyi qoyulub. Halbuki hakimlər Rasim Məmmədovun iş adamlarına qarşı iddiasının əsassız və qanundankənar olduğunu dəqiq şəkildə biliblər. Əslində bu cür susdurulma əməliyyatları Rasim Məmmədovun hamisi Ramiz Mehdiyevin dəsti-xəttidir. Belə ki, Ramiz Mehdiyevin ətrafında olan, ona mədhiyyə oxumaqdan yorulmayan Elmira Axundovanın cinayətə bərabər əməlləri haqda danışan zərərçəkənlərə də eyni üsulla hucumlar olub. Külli miqdarda pulları əllərindən gedib, üstəlik, özlərinin də dövlət qurumlarına, mətbuata üz tutduqlarına görə məhkəmə qaydasında üzərlərinə böyük cərimələr qoyulub.

Ramiz Mehdiyev “Baku Steel Company”nin qeyri-rəsmi sahibi olduğu günlərdə Rasim Məmmədovun məhkəmələr üzərində cəzalandırmağa çalışdığı tanınmış iş adamlarından biri də Nazim Bəydəmirli idi. Onun mətbuata, “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamalara görə, Rasim Məmmədov məhkəmələrə iddialar vermişdi. Nazim Bəydəmirli ilə yanaşı qəzetimizə qarşı da saysız iddialarla çıxış etmişdi. Rasim Məmmədov isə iş adamlarını göndərmək istədiyi yerdə - həbsdədir.


O tutulandan sonra “Baku Steel Company”də rəhbərlik dəyişib. Fevralın 20-də Kamal İbrahimov “Baku Steel Company” şirkətinin direktoru təyin olunub. Vaxtilə Rasim Məmmədovun məhkəməyə çəkdiyi Nazim Bəydəmirli artıq Kamal İbrahimovla görüşüb. Tanınmış iş adamı bu görüşlə bağlı sosial mediada fikirlərini paylaşıb.

Sitat: “İnandım ki, müasir biznes etikası olan, çox uyğun menecer kimi Kamal müəllimə etibar etməkdə zavod sahibləri yanılmayıblar. Qərara aldıq ki, təmaslarımızı davam etdirək və əməkdaşlıq üçün ortaq nöqtələri taparaq, qarşılıqlı fayda verəcək fəaliyyətlərimizi gücləndirək”.


Bundan başqa, Nazim Bəydəmirli Rasim Məmmədovun cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ifadə verib. 3 saat ərzində üzləşdiyi qanunsuzluqlarla bağlı qurumun vəzifəli şəxslərinə məlumat verib: “DTX-da mənə göstərilən diqqətdən bir vətəndaş kimi çox razı qaldım. Hesab edirəm ki, bütün hüquq-mühafizə orqanlarında sahibkarlarla, vətəndaşlarla belə rəftar edilməli, onların problemlərinə həssaslıqla yanaşılmalıdır”.

İş adamı 2012-ci ildə Rasim Məmmədov tərəfindən sahibi olduğu “Atahan Dəmir Sənaye” müəssisəsinin fəaliyyətinin dayandırıldığını və nəticədə 5 milyon manatdan artıq ziyana düşdüyünü bildirib. “Qoçu dəstəsi ilə hücum çəkib əmlakımızı dağıdıblar, kameraları sındırıblar və mənin telefonumu əlimdən alıblar. Bütün bunlar yerli mətbuatın gözü qarşısında baş verib” - deyə, iş adamı vurğulayıb.

Nazim Bəydəmirli DTX-ya müraciət edərək, cinayət işi üzrə zərərçəkmiş qismində ifadə vermək istədiyini bildirib. O, mətbuata açıqlamasında deyib ki, uzun müddətdir onun şikayətləri araşdırılmayıb: “Çünki o törətdiyi qanunsuzluqları yüksək vəzifələrdə çalışan məmurların adı ilə edirdi. Mən o zaman Rasim Məmmədova dedim ki, Afrikaya köçsə də, əlimdən alınan əmlakımın və pulumun arxasından gedəcəyəm. Çünki mən onu halal yolla qazanmışam. Ölkə rəhbərliyi də məni halal, dürüst iş adamı kimi tanıyır”.

Xatırladaq ki, Rasim Məmmədov fevralın 3-də DTX tərəfindən həbs edilib. Qurumun yaydığı məlumatda qeyd olunur ki, Rasim Məmmədovun satış üzrə “Baku Steel Company” MMC-yə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub. Rasim Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib

    "Baku Steel Company” şirkətinin rəhbəri ...

    1-02-2021, 11:17

  • 
  • DTX Rasim Məmmədovun həbsi ilə bağlı məlumat yaydı: Milyonlarla manat pul mənimsəyib

    DTX Rasim Məmmədovun həbsi ilə bağlı məlumat ...

    3-02-2021, 09:30

  • 
  • Rasim Məmmədov həbs edildi

    Rasim Məmmədov həbs edildi ...

    28-01-2021, 19:48

  • 
  • Rasim Məmmədovun həbsi ilə bağlı İLGİNC İDDİA - Son anda Ramiz Mehdiyev...

    Rasim Məmmədovun həbsi ilə bağlı İLGİNC İDDİA - ...

    2-02-2021, 11:52

  • 
  • Qandallanan Rasim Məmmədovu kitabında kimlər və niyə tərifləyib - ilginc məqamlar

    Qandallanan Rasim Məmmədovu kitabında kimlər və ...

    23-02-2021, 11:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu