Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 403 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 236 768 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 718 nəfər müalicə olunaraq sağalıb, 3 809 nəfər vəfat edib, aktiv xəstə sayı 3809 nəfərdir. Ölkədə son sutka ərzində 8169, hazırkı dövrədək isə 2 653 375 test aparılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?