Fevral ayının 23-ü koronavirus əleyhinə peyvənd olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn koronavirusa yoluxub.
Gundemxeber,az bildirir ki, bu barədə danışan partiya sədri COVID-19 əleyhinə peyvəndləmədə iştirak etsə də, yoluxduğunu bildirib: “Bəli, yayılan xəbərlər doğrudur. Koronavirusa yoluxmuşam. Hal-hazırda müalicə alıram, yazılanlar həqiqətə uyğundur. Bu barədə başqa bir şey danışmaq istəmirəm”. Qeyd edək ki, P.Hüseyn bir müddət əvvəl vətəndaşlara peyvəndləmə ilə bağlı çağırış etmişdi: “Vaksinasiya prosesinin təşkilatçılarına, həkimlərə təşəkkür edirəm. Hamımız peyvənd olunaraq, xəstəliyə qalib gəlməliyik, inşallah, düşərli olar".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?