Bu gün Baş Sumqayıt stansiyasının yaxınlığında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub. Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib. Hadisənin başvermə səbəbi aidiyyəti üzrə araşdırılır. "Azərbaycan Dəmir Yolları" QSC adından Murtuz Abdullayevə Allahdən rəhmət, ailəsinə səbr diləyirik!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?