Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin martın 12-si səhər saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub.
Şimal-qərb küləyinin sürəti Neftçalada 32, Naftalanda 28, Tərtərdə 27, Hacıqabulda 24, Qobustanda 22, Şəmkirdə 21, Gəncə, Altıağac, Bərdədə 20, Şamaxıda 19, Salyan, Biləsuvar, Ağdamda 18, Sabirabadda 17, Abşeron yarımadasında 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.3 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, aran rayonlarında 0-2 dərəcə, dağlıq rayonlarda 4-6 dərəcə, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?