GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycan erməni snayper qadını niyə ölkəsinə göndərdi? - “Mənim də bu suala cavaba ehtiyacım var”

Azərbaycan erməni snayper qadını niyə ölkəsinə göndərdi? - “Mənim də bu suala cavaba ehtiyacım var”

Tarix: 13-03-2021, 12:50 Bölmə :Cəmiyyət Baxış: 247
Azərbaycan erməni snayper qadını niyə ölkəsinə göndərdi? - “Mənim də bu suala cavaba ehtiyacım var”


Dağlıq Qarabağda döyüşlərə qatılan erməni əsilli Livan vətəndaşı Maral Nacaryanın əsirlikdən azad edilib, ölkəsinə göndərilməsi Azərbaycanda birmənalı qarşılanmayıb. Buna görə hakimiyyəti tənqid edirlər.

Onun buraxılmasını Rusiyanın və digər dövlətlərin istədiyi deyilir. Bəllidir ki, dövlət bəzən bu cür durumlarda davranışı ilə bağlı cəmiyyətə ətraflı, detallı bilgi verə bilmir. Bunu isə əllərində bayraq edib iqtidarın üzərinə gələnlər var.

Bəs gerçək durum necədir? Maral Nacaryan buraxılmasa, onunla bağlı proseslər necə ola bilərdi?

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu məsələyə bu cür şərh verdi: “Ölkəmizə qarşı terror aktları həyata keçirmək üçün ərazilərimizə daxil olan hər bir şəxs mütləq cəzalandırılmalıdır. Ancaq biz bilirik ki, hər bir yanaşmada müxtəlif mövqelər ola bilər. Azərbaycanda araşdırmalar hərtərəfli gedəndən sonra terrorçulara qarşı müxtəlif cəzalar tətbiq oluna bilər. Amma nəzərə almaq lazımdır ki, hazırda vəziyyət bir qədər fərqlidir. Azərbaycan ərazi bütövlüyünü təmin edib və ərazimizə daxil olan şəxs ikinci ölkə vətəndaşıdır. Ona görə də, burada məsələyə yanaşma beynəlxalq münasibətlər kontekstində olmalıdır. Belə şəraitdə hər hansı bir fərqli qərarın qəbul edilməsi mümkündür.

Biz bilirik ki, beynəlxalq münasibətlərdə humanist dəyərlərə önəm verilir və bu istiqamətdə münasibətlər qurmaq daha asan olur. Azərbaycanın verdiyi hər hansı bir qərar ümumi qərar olur. Burada heç bir təhdiddən və ya hansısa münasibətdən söhbət gedə bilməz. Azərbaycan daim humanist dəyərlərə sadiq qalan bir ölkədir. Onun üçün də bu çərçivədə müəyyən addımlar ata bilər. Düşünürəm ki, baş vermiş hadisəni bu konteksdə qiymətləndirmək lazımdır”.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli: “Elə reallıqlar var ki, dövlət və vətəndaş prizmasından yanaşanda başqa məsələlər ortaya çıxır. Vətəndaş haqlı olaraq cinayət törədən əsiri cinsindən asılı olmayaraq, terrorçu hesab edir və bir terrorçu əsirin ölkəsinə göndərilməsini qəbul etmir. Azərbaycan ərazisində erməninin nə işi var? Gəlibsə, demək terrorçudur. Ancaq dövlətin yanaşması və dünyanın reallıqları var. Bəzən elə addımlar atılır ki, sonralar Azərbaycan dövlətinə faydalı olur. Elə məsələlər də olur ki, o informasiyalar cəmiyyətə verilmir. Bir müddətdən sonra vətəndaş həmin addımın ölkə üçün faydasını görür. Narazı olanlar iki qrupa bölünür. Bir qrup doğrudan da narahat olub, dövlətini, vətənini düşünür, xalqını sevir və bundan dolayı narahatlığını ifadə edir.

Amma digər qrup bu məsələdən istifadə edib, öz məqsədlərini güdür və hakimiyyətin üzərinə gəlirlər. Bu da heç bir halda doğru bir yanaşma kimi qəbul oluna bilməz. Həssas olmaq lazımdır. Xüsusilə, siyasətçilər bu məsələləri daha anlayışla qəbul etməlidirlər. Bilinməlidir ki, ortada Azərbaycan dövləti üçün maraqlar var ki, bu məsələ belə həll olundu. Ümumiyyətlə, son illərdə görürük ki, sonucda Azərbaycan dövlətinin maraqlarına uyğun addımlar atılır.

Xatırlayırsınızsa, ötən il may ayında Şuşada andiçmə olanda bir qrup insanımız haqlı narahat idi ki, Paşinyan kimdir ki, gəlib Şuşada andiçmə təşkil edir. Bir qrup isə hay-həşir salırdı ki, ora niyə raketlə vurulmur, diversiya qrupu göndərilmir, hanı xüsusi təyinatlılarımız, ordumuz? Amma sonradan hər kəs gördü ki, dövlətimizin səbri əsassız deyilmiş. İndi baxın, may ayında Şuşaya raket atmağımız yaxşı idi, yoxsa noyabr ayında oranı bütünlüklə azad etməyimiz? Yaxud Ramil Səfərovun məsələsini xatırlayaq. Çoxları deyirdi ki, dövlət heç bir iş aparmır. Amma nəticədə sonuc başqa cür oldu. Belə misalları xeyli çəkmək olar. Zaman-zaman Azərbaycan dövlətinin, xalqının maraqlarına uyğun addımların atıldığını görürük. Reallıqlar var ki, biz onu nəzərə almaq zorundayıq. Onu da bilmək lazımdır ki, bu cür qərarlar hərtərəfli təhlil olunduqdan sonra verilir. Hər kəsdən informasiyalı dövlətdir, onun üçün də qərarlar ölçülüb-biçilir. Belə nümunələr dünyada az olmayıb. Qardaş Türkiyəni misal çəkə bilərik. İsrail-Fələstin arasında münaqişədə belə hallar olub. Amerikanın İraqdakı əməliyyatları zamanı da biz belə halların şahidi olmuşuq. Əksər müharibələrdə belə faktlar baş verib. Türkiyədə PKK-nın törətdiyi terror aktları, cinayətləri məlumdur. Orada bəzən dövlət oturub onlarla danışıqlar aparır. Dövlətin maraqları olur ki, güclənməsi üçün bəzi addımlar atsın".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu istiqamətdə yaranan sualların cavabsız qaldığını söylədi: “Jurnalist dostlarım livanlı snayper qadının niyə azad edilməsi barədə mənə suallar verirlər. Mənim də bu suala cavaba ehtiyacım var. Rəsmi açıqlama yoxdur. Əlbəttə, dövlətlərarası münasibətlər naminə Livan rəhbərliyinin və Rusiya Federasiya Şurasının xanım sədrinin xahişinın nəzərə alındığı güman etmək olar. Belə hallar başqa dövlətlərin nümunəsində də olur. Ancaq nədənsə həmin Federasiya Şurasının xanım sədri Ermənistanın illərdir ki, Şuşa türməsində girov saxladığı iki vətəndaşımıza görə İrəvana minnətçi düşmədi, halbuki soydaşımızın biri həm də Rusiya vətəndaşı idi”./“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda Şaxta babalar da “Maral” oxuyur (VİDEO)

    Azərbaycanda Şaxta babalar da “Maral” oxuyur ...

    28-12-2013, 03:22

  • 
  • Erməni könüllüləri döyüşməkdən imtina etdi

    Erməni könüllüləri döyüşməkdən imtina etdi ...

    2-10-2020, 10:55

  • 
  • Ukraynada erməni əsilli məmur istefa verdi

    Ukraynada erməni əsilli məmur istefa verdi ...

    21-10-2019, 10:32

  • 
  • Müğənni Maral Tahirqızı məhkəmə zalında həbs edilib

    Müğənni Maral Tahirqızı məhkəmə zalında həbs ...

    21-05-2015, 23:39

  • 
  • Dağlıq Qarabağda erməni əsgər məhv edildi

    Dağlıq Qarabağda erməni əsgər məhv edildi ...

    10-07-2017, 22:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu