Novruz Bayramı münasibəti ilə Masallı rayonu Ərkivan qəsəbəsində “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin təşkilatçılığı, Ərkivan Qəsəbə Ərazi Nümayəndəliyinin və Ərkivan Qəsəbə Bələdiyyəsinin dəstəyi ilə 21 şəhid və 9 qazi ailəsi ziyarət edilib.
Gundemxeber.az xəbər verir ki, Masallı rayonu Ərkivan qəsəbəsi Qarabağ Müharibəsində 21 şəhid vermişdir ki, onların da 4-ü keçən il Vətən Müharibəsində şəhidlik məqamına yüksəliblər.
Şəhid və qaziləri ailələrini “Ərkivan Xeyriyyə Cəmiyəti”-nin sədri Cəfər Cəfərov, Ərkivan Qəsəbə Ərazi Nümayəndəsi Sabiq Cahangirov, Ərkivan Qəsəbə Bələdiyyəsinin sədri Əmrah Mazanov, Masallı Rayon İcra hakimiyyətinin nümayəndəsi Abbas Mikayılov, sahibkar Elşən Həsənov və “TAPAT” şirkətinin işçisi, Ərkivan Bələdiyyəsinin üzvü və ən əsası Vətən Müharibəsi qazisi Sinan Abbaslı ziyarət edib.
Ziyarətçilər şəhid ailələrinin qayğıları, sosial durumları ilə maraqlanıblar. Onlar bildiriblər ki, biz sizinlə bir ailəyik. Xoş günlərinizdə, pis günlərinizdə hər zaman sizin yanınızda olacağıq.
Görüşdə “TAPAT”, “Qala-95” firmalarının, Sahibkarlar - Sucayət Qasımov, Abdulla Abdullayev, Firdovsi Nəsirov, Qismət Mirzəyev, və Elşən Həsənovun bayram sovqatı şəhid və qazi ailələrinə təqdim edilib.
Sorğu
Yeni dizaynımız necədir?