Nazirlər Kabineti xüsusi karantin rejiminin uzadılması və aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib.
Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərarı imzalanıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.
Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:
2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək; 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək; 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək; 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək; 1 may saat 00:00-dan 3 may saat 06:00-dək; 8 may saat 00:00-dan 10 may saat 06:00-dək; 15 may saat 00:00-dan 17 may saat 06:00-dək; 22 may saat 00:00-dan 24 may saat 06:00-dək; 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Sorğu
Yeni dizaynımız necədir?