"Bir neçə gündür sosial şəbəkələrdə, mətbuatda Qax rayonunun Acınohur ərazisində ərəb turistlər tərəfindən qanunsuz ov hallarına yol verilməsi, heyvanlarla rəhimsiz rəftarla bağlı məlumatlar yayılıb. Bununla bağlı ilk olaraq bildirmək istəyirəm ki, ölkəyə turistlərin gəlməsi, onların hərəkəti, buna icazələrin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir".
Bunu açıqlamasında Dövlət EkolojiTəhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Hikmət Əlizadə bildirib ki, digər xarici ölkə vətəndaşları kimi, Ərəb ölkələrindən insanlar Azərbaycan gələ və istirahətini təşkil edə bilər. Amma o başqa məsələdir ki, istirahətin təşkili zamanı ölkə qanunvericiliyinin pozulması baş verərsə, bu zaman müvafiq orqanlar öz səlahiyyəti daxilində hərəkət etməlidir və bunun qaşısını almalıdır:
"Bu məlumatlar da bizə daxil olanda araşdırma apardıq və məlum oldu ki, Acınohur yasaqlığı ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib, həmin vətəndaş da müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur.
Araşdırmanın gedişatında bir neçə gün əvvəl ərəb turistlərin həmin ərazisində heyvanlarla rəhimsiz rəftarla bağlı məlumat daxil oldu və buna görə cərimə edildilər. Dünən mətbuatda məlumatlar yayıldı ki, həmin ərazidə hətta ov aparıblar. Fakt qismən müəyyən edildi. Onu da qeyd edim ki, sosial şəbəkələrdə bir sıra köhnə dövrlərə məxsus olan, hətta ərazisi belə müəyyən edilməyən foto və videolar yayılıb. İddia olunur ki, bunlar həmin ərazisinə lentə alınıb. Bir faktı deyim ki, hazırda quşların miqrasiya dövrü bitib və buna görə onların sayı ölkədə azdır. Amma bəzi faktlar öz təsdiqini tapdı və iki ərəb turist 4 min manat civarında cərimələndilər. Hazırda bizim tərəfimizdən, onların yasaqlıq ərazisində hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbirlər görülüb. Ərazidə müxtəlif yerlərdə tərəfimizdən postlar qurulub ki, onlar orada hərəkət etməsinlər. Bu barədə araşdırmalarımız davam etdiriləcək. Fürsətdən istifadə edib bu məlumatları ötürən şəxslərə öz təşəkkürümü bildirirəm".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?