Nədən “qoyun dərisinə” bürünərək “Azərbaycanlı” adı altında milləti içindən yeyən ikiüzlü, riyakar yadqanlı “canavarlar” özlərinin meşşan həyatı üçün iqtidar mənsublarına yaltaqlanaraq yüksək mənsəb sahibi olmuş, xalqın bədbəxtliyi üzərində öz xoşbəxtliklərini qurmağa çalışırlar?
--- Nədən yüksək dövlət postlarında oturub millətin və dövlətin gələcəyini düşünməyən bir qrup saxta diplomlu çinovniklər yerlibazlıq, tayfabazlıq, qohumbazlıq, dostbazlıqla məşğul olur, xalqın istedadlı balalarının millət, dövlət və vətən sevgisini zədələməyə çalışırlar? --- Nədən xalqın qanını gənə kimi soran, cəzasız qalacaqlarından arxayın olaraq millətin və dövlətin paralarını xarici banklarda yatıran, haram və rüşvətlə yaşayan vicdanı güvələşmişlər xalqı gündəlik çörəyə möhtac qoyurlar? --- Nədən siyasi mövqe və iqtisadi mənfəət üçün iqtidar mənsubları qarşısında ikiqat əyilənlər, buqələmun kimi rəngdən-rəngə, şəkildən-şəklə düşənlər xalqın yoxsulluğundan, yorğunluğundan, onun uşaq səmimiyyətindən istifadə edərək ona yuxarıdan aşağı baxırlar?
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?