Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Ramin Fətulayev Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyin alıb. R. Fətulayev bundan əvvəl Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?