Avtomobilini harada gəldi park edən sürücülər, diqqətli olun! Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları artıq buna qarşı ciddi tədbirlər görürlər. Qaydaları pozan sürücülərə kameralarla da nəzarət edilir və anında cərimə yazılır.
GUNDEMXEBER.AZ xəbər verir ki, dayanma və durmanı qadağan edən nişan olsa da sürücülər avtomobilləri sıra ilə park ediblər.
Bu cür mənzərə demək olar ki, şəhərin istənilən ərazisində var. Xüsusən də mərkəzi hissələrdə daha çoxdur.
Belə olduqda əlacsız qalan avtobus sürücüləri yolun digər hissəsi ilə hərəkət etməli olurlar. Bu da sərnişinlərin mənzil başına gec çatması ilə nəticələnir. Sürücülər isə buna bəhanə kimi ərazidə qanuni dayanma yerinin olmadığını deyirlər.
Paytaxtın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində də günün pik saatlarında xaotik vəziyyət yaranır. Hətta avtomobilini yolun hərəkət hissəsində saxlayıb gedən sürücülər belə var. Yaranmış vəziyyətlə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da əraziyə gələrək dayanma və durma qaydalarını pozan sürücülərə xəbərdarlıq edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, belə halların qarşısını almaq məqsədi ilə yol polisi qabağlayıcı tədbirlər görür.
Xatırladaq ki, dayanma və durmanı pozan sürücülər 20 manat, avtobus dayanacağında və yolun hərəkət hissəsində avtomobilini park edənlər isə inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə 40 manat cərimə olunurlar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?