GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Beş bacı qardaşlarının günahsız həbsinə görə fəryad edirlər - PREZİDENTƏ MÜRACİƏT

Beş bacı qardaşlarının günahsız həbsinə görə fəryad edirlər - PREZİDENTƏ MÜRACİƏT

Tarix: 12-04-2021, 23:44 Bölmə :Cəmiyyət Baxış: 382
Beş bacı qardaşlarının günahsız həbsinə görə fəryad edirlər - PREZİDENTƏ MÜRACİƏT


Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə
Azərbaycanın Birinci Vitse Prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevaya


Qazax rayon sakinləri Əzimova Rəna Yusif qızı, Əzimova Nərgiz Yusif qızı, Əzimova Mehriban Yusif qızı, Əzimova Nərminə Yusif qızı, Əzimova Xuraman Yuzif qızı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya birgə müraciət ediblər. Müraciətdə deyilir:
"Hörmətli cənab Prezident!
Hörmətli Mehriban Xanım!
30 il davam edən Dağlıq Qarabağ uğrunda gedən haqq savaşımız Sizin məqsədyönlü siyasətiniz nəticəsində bizim qələbəmizlə, tarixi zəfərimizlə başa çatdı. Siz Azərbaycan tarixini yazdınız və tarix Sizin adınızı qızıl həriflərlə öz səhifəsinə yazdı. Siz dünya azərbaycanlılarının Milli Qəhrəmanısınız. Görkəmli siyası və dövlət xadimi, ulu öndər Heydər Əliyevin vəsiyyətini həyata keçirən qəhrəman oğulsunuz.
Sizin sayənizdə azad olunmuş torpaqlarımızda hal-hazırda tikinti və quruculuq işləri aparılır. Mənfur düşmən tərəfindən dağıdılmış, viran olmuş şəhər və rayonlarımızın cənnətə çevrilməsi üçün layihələr hazırlanır. Biz ağır bir müharibədən çıxmış qalib dövlətik. Bəli dövlətimizin problemləri, qayğıları həddindən çoxdur. Danılmaz faktdır ki, Siz daim gərgin iş rejimində çalışırsınız. Belə bir məqamda Sizi narahat etdiyimiz üçün Sizdən əvvəlcədən üzr istəyirik.
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban Xanım!
Sizə müraciət edərək bildirmək istəyirik ki, biz və ailə üzvlərimiz daim dövlətimizi və dövlətçiliyimizi dəstəkləyir, Sizin məqsədyönlü siyasətinizi hər birimiz çalışdığımız sahələrdə həyata keçirməyə çalışırıq. Ali təhsilliyik. İxtisasımız üzrə dövlət müəssisələrində müxtəlif fəsifələrdə çalışırıq. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının üzvü və fəallarıyıq. Rayonda keçirilən seçkilərdə və içtimai işlərdə yaxından iştirak edirik. Bütün bunları hər bir vicdanlı Azərbaycan vətəndaşı kimi özümüzə borc bilirik. Onu da yaxşı bilirik ki, Siz həmişə sadə vətəndaşın yanındasınız. Siz hər bir azərbaycanlının Prezidentisiniz.
Cənab Prezident!
Siz daim öz çıxışlarınızda vəzifəli şəxslərə, məmurlara bildirirsiniz ki, sahibkarlara, icarədarlara kömək edin. Vətəndaşları incitməyin. Dövlət tərəfindən sahibkarlara daim vəsait ayrılır, maddı köməklik göstərilir. Bizim qardaşımız Əzimov Eldəniz Yusif oğlu da neçə illərdir ki, Qazax rayonunda İsrafil Ağa Hamamının icarədarıdır.
1993 cü ildə dahi Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdanda atamız Əzimov Yusif " Azərbaycanın Sahibi gəldi “ deyərək bundan böyük ruh yüksəkliyi aldı. Və rayonda xeyirxah və savab iş görmək məqsədilə baxımsız və bərbad vəziyyətə düşmüş tarixi abidə olan İsrafil Ağa Hamamını öz şəxsi vəsaiti ilə təmir və bərpa etdirib işlək vəziyyətə salmaq üçün Heydər Əliyevə müraciət etdi. Ulu Öndər dərhal atamızın müraciətini qəbul etdi və o zaman Qazax rayonuna rəhbərlik edən Əsəd Orucova tapşırıq verdi ki, İsrafil Ağa Hamamını onun istifadəsinə versin. Atamız böyük həvəslə qısa müddət ərsində öz şəxsi vəsaiti ilə buranı təmir və bərpa etdirdi. Bilirsiniz ki, həmin illər rayonlarda qaz yox idi. Elektrik enerjisi fasilələrlə verilirdi. Rayon əhalısının buna çox ehtiyacı vardı. Şəhər hamamı o çümlədən müntəzəm olaraq hərbiçilərə xidmət göstərirdi. Atam 1997 ci ildə rəhmətə gedəndən sonra həmin obyekt qardaşımız Əzimov Eldəniz Yusif oğlunun istifadəsinə verildi.
Qardaşımız Əzimov Eldəniz Yusif oğlu dövlətimizi və dövlətçiliyimizi dəstəkləyən bir qazaxlıdır. 20 ildir YAP ın fəal üzvüdür. Ali təhsilli mühasibdir. Sərbəst güləş üzrə İdman ustası, qaydasız döyüş üzrə 2 dəfə qalib yerlərin mükafatçısıdır, 2003 cü ildə Dinamonun İdmançı klubunda məşq edib. Həqiqi hərbi xidmət borcunu Bakı şəhər “Xüsusi təyinatlı” hərbi hissədə yerinə yetirən müddətdə davamlı olaraq ünvanımıza hərbi hissə komandiri tərəfindən təşəkkürnamələr daxil olurdu . Qazax balaca rayondur. Burada hamı bir –birini yaxşı tanıyır. Onun rayon əhalisi arasında özünə məxsus hörməti var. Erkən yaşda, yeniyetməlik dövründən valideynlərini itirən qardaşımız həyatın bütün çətinliklərindən heç kimin köməyi olmadan keçib.
Cənab Prezident!
Hal-hazırda bizim qardaşımız Qazax rayon polis rəisi Ədalət Əliyevin haqsızlığı üzündən 10 günlük müddətinə həbs edilib. Belə ki, Ədalət Əliyev əməkdaşlarını, rəis müavini Şakir Rüstəmov dəfələrlə onun işlətdiyi İsrafil Ağa Hamamına və evinə göndərərək narahatçılıq yaradıb. Polis rəisinin qoyduğu “qanunlara” tabe olmaq bizim qardaşımızın qarşısına tələb kimi qoyulub. Polis əməkdaşları isə bildiriblər ki, sən rəisi tanımayınca səni rahat buraxmayacayıq. Qardaşımız Əzimov Eldəniz yalnız Azərbaycan Prezidentinin, dövlətin və dövlətçiliyin qanunlarını tanıdığını, bu qanunlara tabe olduğunu Ədalət Əliyevin heç bir “qanun və tələbinə” əməl etməyəcəyini bildirib. Əzimov Eldənizin bu cür yanaşması rəisin qəzəbinə gəlib.
Ədalət Əliyevin əməkdaşları 8 aprel 2021 ci il tarıxdə onun tapşırığına əsasən qardaşımızın iş yerinə gələrək zorla polis şöbəsinə aparmağa çalışıblar. Polis əməkdaşları onun əynindəki paltarı cıraraq başından zərbələr endirib. Bu vəziyyətdə o, huşunu itirib və onu təcili yardım stansiyasına aparıblar. Sonra yenidən əlini və ayaqlarını qandallayaraq polis şöbəsinə gətiriblər. Biz etiraz səsimizi qaldıraraq polis rəisinə xəbər göndərdik ki, onun bu haqsızlığı qarşısında susmayacayıq. Özünü təmizə çıxarmaq məqsədilə Ədalət Əliyev televiziya kanallarında şəhər hamamının gizli fəaliyyəti aşkar olunduğu və sahibinin 10 gün müddətinə həbs edildiyi xəbərini yayımlatdı. Onu da qeyd edək ki, bəli ciddi karantin rejimində bütün obyekt və müəssisələrin fəaliyyəti dayandırılanda şəhər hamamı da öz fəaliyyətini dayandırdı. Lakin sərt karantin rejim ləğv olduqdan sonra karantin qaydalarına əməl edərək yenidən fəaliyyətə başladı. Qazax balaca rayondur. "İsrafil Ağa Hamamı" isə şəhərin mərkəzində yerləşir. Ədalət Əliyev bütün obyektləri yaxşı tanıdığı üçün çox gözəl bilirdi ki, şəhər hamamı işləyir. Obyekt şəhərdən kənarda yerləşmirdi ki, gözdən uzaq ola. Əgər şəhər hamamı gizli fəaliyyət göstərirdisə bəs yerləşdiyi ərazinin sahə polisi hara baxırdı? Hər gün obyektin qapısını döyüb haqq istəyən rəis müavini Şakir Rüstəmov nə yaxşı buna göz yumurdu? Obyekt necə gizli fəaliyyət göstərirdi ki, işlədiyi müddət üzrə dövlət vergisini və icarə haqqını ödəyirdi?
Hörmətli cənab Prezident!
"İsrafil Ağa Hamamı" çox geniş ərazisi olan bir obyekt olsa da burada 3 ayrı-ayrı duş kabinələri və kiçik camaşırxana fəaliyyət göstərir. Hər zaman karantin, təmizlik və gigiyena qaydalarına əməl olunur. Müntəzəm olaraq dizinfeksiya edilir. Burada qardaşımızla bir yerdə 5 nəfər işçi evinə çörək pulu aparır, ailəsini saxlayır.
Qazax rayon İcra Hakimiyyəti Başçısı cənab Rəcəb Babaşov kiçik sahibkar kimi qardaşımız Əzimov Eldənizə həmişə diqqət və qayğı ilə yanaşır. Sahibkarlara dəstək məqsədilə rayon rəhbəri onun işlətdiyi hamamın kanalızasıya sisteminin yenilənməsini təmin edib, o cümlədən təmir və bərpa işlərində daim yardımçı olur. İsrafil Ağa Hamamının icarə haqqının ödənilməsində müəyyən güzəştlər olunması üçün müvafiq idarə və müəssisələrə tapşırıqlar verib.
Azərbaycan Respublikası Prezidentinin fərman və tapşırıqları rayon rəhbəri Rəcəb Babaşov tərəfindən uğurla həyata keçirilir. Rayonda iş yerləri açılır, əhalinin rifah halını yaxşılaşdırılması, işsizliyin, yoxsulluğun aradan qaldırılması sahəsində məqsədyönlü işlər aparılır, sahibkarlara, icarədarlara köməklik edilir, Ədalət Əliyev isə qapı bağlayıb, çörək vaisi olur.
Cənab Prezident!
Qardaşımız Əzimov Eldənizin bir Azərbaycan vətəndaşı və kiçik sahibkar kimi hüquqlarının qorunmasını Sizdən xahiş edirik.
Sizə əvvəlcədən öz minnətdarlığımızı bildiririk.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya Prezidenti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Rusiya Prezidenti Azərbaycanın Birinci ...

    7-03-2017, 19:56

  • 
  • Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Vladimir Putin Azərbaycanın Birinci ...

    7-03-2019, 14:28

  • 
  • Putin və Medvedyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Putin və Medvedyev Azərbaycanın Birinci ...

    7-03-2019, 14:22

  • 
  • Qızı xərçəng xəstəsi olan baş redaktordan Mehriban Əliyevaya MÜRACİƏT

    Qızı xərçəng xəstəsi olan baş redaktordan ...

    15-01-2021, 07:30

  • 
  • İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

    İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider ...

    12-12-2020, 11:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu