GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qazax sakini Prezidentdən ölkəni tərk etməyi xahiş etdi - "SKOÇ ƏDALƏT" KİMDİR?

Qazax sakini Prezidentdən ölkəni tərk etməyi xahiş etdi - "SKOÇ ƏDALƏT" KİMDİR?

Tarix: 12-04-2021, 23:56 Bölmə :Cəmiyyət Baxış: 837
Qazax sakini Prezidentdən ölkəni tərk etməyi xahiş etdi - "SKOÇ ƏDALƏT" KİMDİR?


Qazax rayon sakini Əzimova Kəmalə Mayıl qızı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətin bir surətini də GundemXeber.Az-ın redaksiyasına göndərib. Kəmalə xanım həyat yoldaşına olan haqsızlıqlarla bağlı etdiyi müraciətin ictimailəşdirilməsini xahiş edir. Biz də xanımın həyacanlı müraciətini nəzərə alaraq, etdiyi müraciəti olduğu kimi oxucularımıza təqdim edirik:



"Hörmətli cənab Prezident!
Hörmətli Mehriban Xanım!
Bir Azərbaycan qadını, gənc bir ana kimi Sizə üz tuturam.
Siz hər bir Azərbaycan qadınına bacınız, qızınız kimi yanaşırsınız, diqqət və qayğı göstərirsiniz. Mən də Sizə bir bacınız, qızınız kimi müraciət edirəm. Sizdən xahiş edirəm ki, məni ailəmlə birlikdə, həyat yoldaşım Əzimov Eldəniz Yusif oğlu, azyaşlı övladlarım Əzimzadə Zəkiyyə Eldəniz qızı, Əzimzadə Yusif Eldəniz oğluyla qardaş Turkiyə və yaxud göndərə bilmək imkanınız olan digər xarici dövlətlərin birindən sığınacaq almağa və orada yaşamağımıza köməklik edəsiniz.
Çünki, Qazax rayon polis rəisi Ədalət Əliyev bizim dolanışığımıza, həyat yoldaşımın sakit və rahat şəraitdə işləməsinə imkan vermir.
Hal- hazırda həyat yoldaşım Qazax rayon polis rəisi Ədalət Əliyevin haqsızlığı üzündən 10 günlük müddətinə həbs edilib. Mən azyaşlı uşaqlarımla evdə tək qalmışam.
Neçə gün idi ki, Ədalət Əliyevin işçiləri, o cümlədən rəis müavini Şakir Rüstəmov dəfələrlə evimizə və həyat yoldaşımın işlətdiyi İsrafil Ağa Hamamına gələrək narahatçılıq yaradırdı. Yoldaşıma bildirirdi ki, bütün sahibkar və icarədarlar rəisi tanıdığı kimi sən də tanımalısan. Polis rəisinin qoyduğu “qanunlara” tabe olmalısan. Yoldaşım hər zaman onlara bildirirdi ki, mən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevdən və onun imzaladığı dövlət qanunlarından başqa qanun tanımıram və tanımaq da isdəmirəm.
Ədalət Əliyevin əməkdaşları 8 aprel 2021 ci il tarıxdə onun tapşırığına əsasən yenə yoldaşımın iş yerinə gələrək zorla polis şöbəsinə aparmağa çalışıblar. Polis əməkdaşları onun əynindəki paltarı cıraraq başından zərbələr endirib. Bu vəziyyətdə o, huşunu itirib və onu təcili yardım stansiyasına aparıblar. Sonra yenidən əlini və ayaqlarını qandallayaraq polis şöbəsinə gətiriblər. Bu hadisənin şahidi olanlar bu barədə prezidentə müraciət edəcəklərini bildiriblər. Özünü təmizə çıxarmaq məqsədilə Ədalət Əliyev dərhal televiziya kanallarında səhər hamamının gizli fəaliyyəti aşkar olunduğu və sahibinin 10 gün müddətinə həbs edildiyi xəbərini yayımlatdı. Onu da qeyd edim ki, ciddi karantin rejimində bütün obyekt və müəssisələrin fəaliyyəti dayandırılanda şəhər hamamı da fəaliyyətini dayandırmışdı. Lakin sərt rejim ləğv olduqdan sonra karantin qaydalarına əməl edərək yenidən fəaliyyətə başladı. Şəhərin mərkəzində yerləşən İsrafil Aga Hamamın işlədiyini Ədalət Əliyev və onun əməkdaşları yaxşı bilirdi. Əgər şəhər hamamı gizli fəaliyyət göstərirdisə bəs yerləşdiyi ərazının sahə polisi hara baxırdı? Hər gün Ədalət Əliyevdən ismarıc gətirən rəis müavini Şakir Rüstəmov nə yaxşı buna göz yumurdu? Hər gün yoldaşımın arxasınca gəlib iş yerində narahat edən o deyildimi? Obyekt necə gizli fəaliyyət göztərirdi ki, yoldaşım hər ay dövlətə icarə və verdi ödəyib? Göründüyü kimi Ədalət Əliyev yoldaşım Eldəniz Əzimova şər və böhtan atır.
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban Xanım!
Yoldaşım işlətdiyi obyektdən onunla bir yerdə 5 nəfər işçi evinə çorək aparır, ailəsini saxlayır. O çümlədən bu işçilər dövlətə vergi ödəyirlər. Bu insanların işsiz, çörəksiz qalması vicdansızlıq deyilmi? Axı hamı ailəsinə uşaqlarına çörək aparmalıdır. Niyə iş yerləri olduğu halda bu insanlar iş üçün, dolanışıq üçün Prezidenti və icra başçısını narahat etməlidir.
Qazax rayon İcra Hakimiyyəti Başçısı cənab Rəcəb Babaşovdan mənim heç bir narazılığım yoxdur. O, Qazax rayonunda hamını evbəev tanıyır. Hamının problemləri ilə maraqlanır. Bizim qonşuluqda Şəhid hərbi həkim Adil Əfəndiyevin ailəsi yaşayır. Rəcəb Babaşovun şəhid ailəsinə tez –tez baş çəkdiyinin, necə qayğı göstərdiyinin şahidiyəm. Rəcəb Babaşov insani keyfiyyətləri ilə rayon əhalisinin hörmət və sevgisini qazanıb. Kiçik sahibkar kimi yoldaşım Əzimov Eldənizə həmişə diqqət və qayğı göstərir. Onun işlətdiyi hamamın kanalızasıya sistemi bərbad vəziyyətdə idi oranın yenilənməsini təmin etdi, o cümlədən obyektin təmir işlərində də əlindən gələn köməkliyi göstərir.
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban Xanım!
Mənim nə atam, nə qardaşım var. Vəzifədə çalışan, imkanlı qohumlarım heç bir dayağım yoxdur ki, Ədalət Əliyevin haqq yoluna çağırsınlar. Mən yoldaşımın vəziyyətindən olduqca narahatam. “Skoç Ədalət “ ləqəbindən zövq alan polis rəisi rayon əhalisi arasında danışılır ki, polisdə saxlanılan vətəndaşların əlinin, qolunu, ağzını skoçladaraq işgəncələr verir. Xahiş edirəm onun təhlükəsizliyi və sağlamlığının qorunması üçün aidiyyatı qrumlara tapşırıq verəsiniz. Mənim azyaşlı övladlarım hal- hazırda atalarının həbsdə olması ilə əlaqədar qorxu və stress keçirirlər.
Sizdən artıq dərəcədə xahiş edirəm mənim və ailəmin ölkədən çıxaraq xarici dövlətlərin birində yaşamağımız üçün köməklik göstərəsiniz.
Sizə əvvəlcədən öz təşəkkürümü bildirəm."


GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ukrayna kökənli Azərbaycan vətəndaşı Prezidentdən KÖMƏK İSTƏDİ - Müraciət

    Ukrayna kökənli Azərbaycan vətəndaşı Prezidentdən ...

    2-10-2020, 16:31

  • 
  • Putin və Medvedyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Putin və Medvedyev Azərbaycanın Birinci ...

    7-03-2019, 14:22

  • 
  • Şəhid Anası Mehriban Əliyevaya müraciət etdi - DOLANA BILMIRIK

    Şəhid Anası Mehriban Əliyevaya müraciət etdi - ...

    23-04-2020, 12:25

  • 
  • Qızı xərçəng xəstəsi olan baş redaktordan Mehriban Əliyevaya MÜRACİƏT

    Qızı xərçəng xəstəsi olan baş redaktordan ...

    15-01-2021, 07:30

  • 
  • Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Vladimir Putin Azərbaycanın Birinci ...

    7-03-2019, 14:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu