Eldar Həsənovun vəkilləri köməklik üçün mətbuat vasitəsi ilə Cənab Prezidentə müraciət edirlər.(məsələnin təcili olması ilə bağlı müraciət məhz mətbuat vasitəsi edilir)
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ Həsənov Eldar Hümbət oğlunun vəkilləri Cəlil Mirzəyev, Valeh Mehraliyev, Adəm Məmmədov, Cavad Cavadov tərəfindən MÜRACİƏT: Möhtərəm cənab Prezident! Mətbuat vasitəsi ilə Sizə müraciətimizin əsas məqsədi hüquqlarını müdafiə etdiyimiz Həsənov Eldar Hümbət oğlunun səhhətinin ciddi formada ağırlaşması və həyati-təhlükə olması ilə bağlı təcili tibbi müdaxilənin aparılması ilə bağlıdır. Ümid edirik ki, vəkillərin bu səsi tərəfinizdən eşidiləcəkdir. Artıq iki aya yaxındır ki, müayinə və tibbi yardım üçün müxtəlif xəstəxanalardan ixtisaslaşmış həkimlərin E.Həsənovun saxlanıldığı istintaq təcridxanasına dəvət olunması barədə verilmiş vəsatətlərə, müraciətlərə Baş Prokurorluğun istintaq qrupu tərəfindən konstitusiyaya, humanizm prinsiplərinə, beynəlxalq hüququn normalarına zidd olaraq icazə verilməmişdir. Həmçinin son 6 ay ərzində dəfələrlə E.Həsənovun həbs qətimkan tədbirinin dəyişməklə Bakı şəhərində ixtisaslaşmış xəstəxanalarada cərrahi əməliyyatlar keçirilməsinə dair verilmis vəsatətlər, şikayətlər heç bir qanuni əsaslar gətirilmədən rədd edilərək icazə verilməmişdir. Son 6 ildə 7 ağır cərrahi əməliyyatlar keçirən, hazırda onurğa problemlərindən iflic ərəfəsində olan, dəhşətli ağrılar keçirən, davamlı ürək ağrıları ilə müşaiyət olunan, şəkərli diabet, xüsusi risk qrupuna aid olan 66 yaşlı Edar Həsənov Prokurorluğun istintaq qrupunun ona qarşı digər qanunsuqlarla yanaşı bu cür qeyri-insani münasibətini onun səhhətinə, sağlamlığına, yaşamaq hüququna yönəlmiş bir qəsd kimi qimətləndirir. Eldar Həsəənovun hal-hazırda gündəlik qəbul etdiyi dərmanlara nəzər yetirilsə onun səhhətinin hansı vəziyyətdə olması əyani olaraq görünəcək. Siyahı hamını dəhşətə gətirir: Şəkərli-diabeti üçün 1. Janumet – 1 t x 2 dənə (səhər, axşam), 2. Jardiance – 1 t x 2 dənə, Ürək üçün 3. Sortes – 2 t x 1 d, 4. Triatek – 2 t x 2 d, 5. Carvaton – 1 t x 2 d, 6. Valokardin – 20 damla x 3 dəfə, 7. Validol – 1 t x 2 d, 8. Aspirin-kardio – 1 t x 2 d, Yaddaş üçün 9. Rezerkane- 1 t x 2, Yuxu üçün 10. Remeron – 1,5 t x 1 d, 11. Dalmadorm – 1- 1,5 t x 1 d, 12. Relaxane – 1 t x 2 d, 13. Mugakalm – 1 t x 2 d, 14. Voltoren- 1-2 tab x 1- 2 d 15. Ketanol (100 mq) 3 – 7 tab – 24 saatərzində (çox təhlükəli doza), 16. Azrozol (ингаляционныйдозированный) – nəfəs almada problemlər yarananda, 17. Movicol – gündə 2-3-4 dəfə), 18. Laxoberon – gündə 2-3-4 dəfə), 19. Nücleoc.m.p. Forte ( sümük ağrıları üçün), 20. Сольбутанол (интели) nəfəs alma problem yarananda, Məlumat üçün onu da bildirək ki, Eldar Həsənov ona elan olunmuş ittihamları həbsinin ilk günündən qətiyyən qəbul etmir, onları əsassız və qərəzli hesab edir. Möhtərəm cənab Prezident! Yuxarıda sadalananları nəzərə alaraq Sizdən xahiş edirik: Həsənov Eldar Hümbət oğlunun səhhətində mövcud real həyati-təhlükəli durumla bağlı təcili tibbi müdaxilə edilməsinə və bu əsaslarla həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün mümkün olan köməklik edəsiniz.
Hörmətlə, Cəlil Mirzəyev Valeh Mehraliyev Adəm Məmmədov Cavad Cavadov
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?