Bakı, Sumqayıt və Abşeronda nəzərdə tutulub ki, mənzil növbəsində olan bütün şəxslər cari ilin sonuna qədər mənzillə təmin olunsun.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov “Sosial saat” layihəsində çıxışı zamanı deyib.
O bildirib ki, 2014-cü il yanvar ayının 1-dən bu günə qədər mənzil qeydiyyatında olan şəxslər, eləcə də Vətən müharibəsində şəhid olan şəxslərin mənzil növbəsinə dayanan ailə üzvləri cari il ərzində mənzillərlə təmin olunacaq:
“Şəhid ailələrinin və şəhid olmuş Milli Qəhrəmanların ailə üzvlərinin böyük bir hissəsi mənzillərlə təmin olunub”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?