"İstirahət günlərində müəyyən problemlər ortaya çıxacaq. Bu, xüsusilə iaşə obyektlərinin işləməsi ilə bağlıdır".
Bunu açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla deyib. Onun sözlərinə görə, Ramazan ayının olmasına baxmayaraq hər adam qaydalara riayət etmir: "Yəni hamı oruc tutmur və restoran və kafelərin işləməsi, insanların istirahət etməsi üçün gediş-gəliş etməsi daha çox narahatlıq doğurur. Bu gün ən çox təmaslardan biri ictimai iaşə müəssisələrində qeydə alınır. Restoran, kafe və çay evlərində insanlar saatlarla maskasız orada oturur və əylənirlər. Ona görə ilk növbədə bu məsələyə nəzarət artırılmalıdır. Bu səbəbdən müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. Bundan əlavə rayonlara gediş-gəliş də kontrol altına alınmalıdır. Əslində indiki epidemioloji vəziyyətdə gərək rayonlara gediş-gəliş bağlanardı. Bu, rayonlara infeksiyanın aparılmasının, eyni zamanda həmin ərazilərdən Abşeron yarımadasına gətirilməsinin qarşısını müəyyən qədər ala bilər". Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik və qurumdan bildirildi ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən hər hansı qərar yoxdur. Hazırda rayonlara gediş-gəlişlə bağlı heç bir post qurulmayıb.
Sorğu
Yeni dizaynımız necədir?