Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib.
Gundemxeber.Az xəbər verir ki, nazirin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət axtarış idarəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytanantı Cahid Ələsgərov vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə C.Ələsgərov Tovuz Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin edilib. C.Ələsgərov daha əvvəl də Kürdəmir RPŞ-də müavin olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?