GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda inanılmaz olay: Baş redaktor arvadının cinsi əlaqədə olduğu kişilərlə...

Azərbaycanda inanılmaz olay: Baş redaktor arvadının cinsi əlaqədə olduğu kişilərlə...

Tarix: 22-04-2021, 11:00 Bölmə :Cəmiyyət Baxış: 556
Azərbaycanda inanılmaz olay: Baş redaktor arvadının cinsi əlaqədə olduğu kişilərlə...


"Qanun Naminə" ictimai-siyasi hüquq qəzetinin
baş redaktoru vəzifəsində işləmiş, 1970-ci il təvəllüdlü Mehbalı Abdülrəhimov arvadı Məlahəti (ad şərti verilib - red.) öldürməyə cəhd edib.

GundemXeber.Az teleqraf.com-a istinadən bildirir ki,  Mehbalı 1994-cü ildə ailə quraraq birgə yaşadığı arvadı Məlahətlə Yasamal rayon Məhkəməsinin 2004-cü il tarixli qərarına görə boşanıb.

2005-ci ildə onunla barışmaqla 2020-ci ilin avqustunadən kirayədə birgə yaşayaraq faktiki ər-arvad münasibətlərində qalmaqda davam edib. Lakin sonra Məlahət birgə yaşamaqdan imtina etdikdə, onun başqa şəxslərlə görüşməsindən şübhələnib və onu öldürmək qərarına gəlib.

Mehbalı Məlahətin xadimə işlədiyi "Azza" şirniyyat mağazasının qarşısına gələrək onun işdən çıxmasını gözləyib. Az sonra Məlahət işdən çıxdıqdan sonra ona yaxınlaşaraq söhbət etmək adı ilə təkidlə yaxınlıqda olan parklardan birinə getmələrini tələb edib.

Məlahət qətiyyətlə imtina etdikdə bıçqla ona çoxsaylı zərbələr vurub. Qadın vaxtında xəstəxanaya çatdırılığından xilas edilib.

"Ailəmlə nəşriyyatda yaşamışıq"

İstintaq orqanı tərəfindən Mehbalı Abdülrəhimovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehbalı Abdülrəhimov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 1994-cü ildə özündən 8 yaş böyük olan Məlahətlə evlənib: "Birgə nikahdan 1995-ci ildə Nadir, 1998-ci ildə Validə adlı övladlarımız olub. Məlahətin qohumlarımdan xoşu gəlmədiyi üçün aramızda söz-söhbət olduğundan 2004-cü ildə boşandıq. 2005-ci ildən uşaqlara görə bir evdə yaşamağa davam etdik.

2017-ci ildən 2020-ci ilə kimi 1-ci Alatavada, həmin ildən isə hadisə baş verən günə kimi baş redaktoru olduğum "Qanun Naminə" ictimai-siyasi hüquq qəzetinin "Azərbaycan" nəşriyyatında yerləşən ofisində yaşamışıq".

"Arvadımı qara siyahıya saldım"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Məlahət 2019-cu ilin noyabrından Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən "Azza" şirniyyat evində işləyib:

"Məlahət 2017-ci ilin iyulunda mənim "Facebook" sosial şəbəkəmdəki paylaşımıma komment-rəy yazmışdı. Məlahətin "Facebook" sosial şəbəkəsində 1962-ci il təvəllüdlü olduğu qeyd edildiyindən səhifəmdə olan tanışlarımın onun profilinə girərək məndən 8 yaş böyük olduğunu öyrənmələrini istəmədiyi üçün onu sosial şəbəkədə qara siyahıya saldım".

"Kişi özünü itirdi"

Mehbalı Abdulrəhimovun ifadəsinə görə, 2020-ci ildə axşam saatlarında işdə olarkən Məlahəti blokdan çıxarıb və onun "Facebook" sosial şəbəkəsində dostluğunda çoxlu sayda tanımadığı kişilərin olduğunu, Məlahətin müxtəlif səhifələrdə müxtəlif rəylər yazdığını görüb:

"Səhifələrin birində Məlahətin rəyini görərək evə gəldikdə həmin rəyi ona göstərdim və belə rəylərə ehtiyac olmadığını deyərək "Facebook" sosial şəbəkəsindən çıxmasını xahiş etdim. Məlahət də razılaşdı. Lakin Məlahət sosial şəbəkəni mobil telefonundan özü silə bilmədiyi üçün ertəsi gün onun razılığı ilə istifadəsində olan "Samsung" markalı mobil telefonunu və telefonun giriş kodunu götürdüm, işdə oradakı cavanlardan birinə sildirəcəyimi bildirdim.

İş otağına daxil olarkən Məlahətin mobil telefonuna zəng gəldi. Zəngə cavab verdikdə tanımadığım kişi zəngə Məlahətin cavab vermədiyini görərərək özünü itirdi və "İlqarı olar?" deyə soruşdu.

Həmin şəxsə səhv düşdüyünü dedikdə, üzr istəyərək sağollaşdı. İş otağımda Məlahətin telefonundan "Facebook" proqramını silməyə çalışsam da, silə bilmədim. Həmin vaxt bunu edə biləcək iş yoldaşım yox idi".

"Qonşu ilə cinsi münasibətdə olmadığını dedi"

Mehbalı Abdulrəhimov qeyd edib ki, həmin gün axşam saatlarında işdən çıxarkən səhər zəng edən nömrədən "WhatsApp" vasitəsilə Məlahətin telefonuna "salam, cana, necəsən, deyəsən, günorta zəng etdikdə telefonu yoldaşın götürdü" məzmunlu mesaj gəlib: "Həmin mesaja cavab olaraq guya Məlahət yazırmış kimi "ay vicdansız, ömründə bir dəfə ərim götürdü telefonu, onda da sən mərdimazar zəng etdin" mesajını göndərdim.

Həmin şəxs isə cavabında "ay qız, afiristlik etmə, sən yoldaşından qorxansan? Qız nömrəsi söz vermişdin, təcili o nömrəni ver" yazdı. Həmin axşam əsəb dərmanı alaraq iş yerimə qayıtdım. Bu zaman müxtəlif kişilərin "Messencer" və "WhatsApp" vasitəsilə Məlahətə səmimi mesajlar yazmağa başladıqlarını gördüm. Bundan dərin sarsıntı keçirdim və mobil telefonları söndürdüm. Evə getmədim və Məlahətlə danışmadım. Səhərisi gün evə gedərək divanda yatdım.

Həmin gün Məlahəti işə getməyə qoymadım. Bacısı və əmisi qızını evə çağıraraq onlara Məlahətin başqa kişilərlə yazışdığını, mənə xəyanət etdiyini, qızımız Validənin xatirinə bu sirrin aramızda qalacağını, Məlahətlə birlikdə yaşamağa davam edərək Validə ailə qurduqdan sonra ayrılacağımı bildirdim. Onlar bununla razılaşaraq getdilər.

Təklikdə qaldıqda Məlahətdən qonşu və ya tanış-bilişlə münasibətinin olub-olmamasını soruşdum. Əgər olubsa, başqa yerə köçməyimizi dedim. Məlahət isə heç bir qonşuyla, tanışla və ya qeyrisi ilə cinsi münasibətdə olmadığını dedi".

"Bir çox kişi ilə səmimi yazışmalarını aşkar etdim"

Mehbalı Abdulrəhimov bildirib ki, Məlahətin mobil telefonu da söndürülmüş halda onda olub: "Məlahət işdən zəng edərək nə etdiyimi soruşdu və bacısının mobil GSM nömrəsini bağlatdırdığını bildirdi. Bundan bərk şübhələnərək işə getdim və Məlahətin "Facebook", "İnstagram" sosial şəbəkələrinin kodunu dəyişərək yazışmalarını ətraflı oxudum.

Bu zaman arvadımın sosial şəbəkələrdə tanımadığım bir çox kişi ilə səmimi yazışmalarını aşkar etdim. Hətta şəxslərdən biri ilə yazışmalarında Məlahətin onunla 2018-ci ildə cinsi əlaqədə olması öz əksini tapdı. Nə həmin gün, nə də ertəsi gün evə getmədim.

Avqustun 25-də evə gedərək Məlahətdən niyə digər kişilərlə yazışdığını soruşdum. Elşən adlı şəxslə cinsi münasibətdə olmasını təsdiqləyən yazışmaları göstərdikdə Məlahət səhvini etiraf edərək üzr istədi".

"Arvadımın lüt şəkilini göndərdi"

Təqsirləndirilən şəxs bildirib ki, bundan təxminən 10-15 dəqiqə sonra Elşən Zeynallı adlı şəxs Məlahətin "Facebook" səhifəsinə "Topçubaşov xəstəxanasına xəstə gətirmişəm, evdə təksənsə gəlim" yazıb: "Həmin yazını Məlahətə göstərdikdə, o, səhv elədiyini deyərək bu barədə heç kimə deməməyimi xahiş etdi.

Məlahətin "Facebook" səhifəsi ilə Elşən Zeynallıya "səni evdə gözləyirəm" yazdım. Məlahətə Elşənin bizə gəldiyini deyərək həm onu, həm də Elşəni mətbəxdə olan dəhrə, ət doğrayan kəsici alətlə doğrayacağımı bildirdim. Lakin Məlahət evin digər otağında Validənin mobil telefonu ilə Elşənə zəng etdi, bu səbəbdən onu gözləsəm də, gəlmədi.

Bir neçə gün sonra Elşən Zeynallıya zəng edərək onu görüşə çağırdım. O, görüşə gəlməsə də, Məlahətlə evimdə görüşdüyünü etiraf etdi. Sonradan Məlahətin "Facebook", "İnstaqram" və "WhatsApp" sosial şəbəkələrinə Zabir Eminov, Devid Əzimzadə, H.Nurlan və Üzeyir Məhərrəmov adlı şəxslər yazmağa başladım. Zabit Eminovun əvvəllər Məlahətlə Avropa-Azərbaycan litseyində bir yerdə işlədiyini, iş yoldaşı olduqlarını bildim və onunla görüşdüm. Zabit Məlahətlə sadəcə yazışdığını, aralarında heç bir münasibət olmadığını bildirdi.

Devid Əzimzadə adlı şəxs Məlahətin "Facebook" səhifəsinə özünün çəkdiyi lüt şəkillərdən göndərdi. Məlahətin adı ilə yazışdıqda Devid Əzimzadə təzə şəkillər istədi. Devidə zəng etdikdə Ağcabədidə yaşadığını dedi.

H.Nurlan adlı şəxslə danışdıqda Məlahətin ona lüt şəkillər atdığını, bəzi hallarda boş vaxtını keçirmək üçün Məlahətlə görüntülü danışdığını bildirdi. Üzeyir Məhərrəmov adlı şəxs isə Məlahətlə iki dəfə cinsi əlaqədə olduğunu etiraf etdi".

"İntim münasibətdə olduğunu etiraf etdi"

Mehbalı Abdülrəhimovun sözlərinə görə, birgə yaşadıqları mənzildə Məlahətin mobil telefonunu sındırıb, əlində xatırlamadığı alətlə onun arxasınca düşərək öldürəcəyi ilə hədələyib: "Lakin qızım Validə araya girdiyi üçün sakitləşdim. Həmin vaxt evin qapılarını bağlasam da, Məlahət evdən qaça bildi. Məlahət evi tərk edərkən mobil telefonunu sındırmış olsam da, sonuncunun GSM nömrələrindən birini öz mobil telefonuma əlavə etdim. Bundan sonra Məlahətlə hər hansı bir əlaqəm olmadı, onu axtarmadım.

Bir neçə gün sonra axşam saatlarında Məlahəti iş yerinə çağıraraq təklikdə ona Zabit, Nurlan, Üzeyir və Devid barədə danışdım və lüt şəkillərinə görə izahat verməsini tələb etdim.

Həmin vaxt Məlahət adı çəkilən şəxslərlə görüşdüyünü və bəziləri ilə intim münasibətdə olduğunu etiraf etdi. Məlahəti çağırmaqda məqsədim qızım Validəni özüm ev tutana kimi ondan ayırmaq oldu. Lakin Məlahət Validənin mənimlə qalmaq istəmədiyini bildirdi".

"Devidin atdığı lüt şəkilləri göstərdim"

Mehbalı Abdülrəhimov qeyd edib ki, üzərində bıçaq olmadan Məlahətin işlədiyi "Azza" şirniyyat mağazasının qarşısına gedib: "Saat 15.00-da işdən çıxdıqda Məlahətə onunla danışmaq istədiyimi desəm də, tələsdiyini, axşam saatlarında özünün zəng edəcəyini, alınmazsa səhəri gün, saat 15 radələrində görüşməyin mümkün olduğunu bildirdi. Lakin Məlahət axşam zəng etmədi. Gecə saat 01.00-da Devid adlı şəxs yenə Məlahətin "Facebook" səhifəsinə lüt şəkillərini ataraq yeni şəkil atmasa köhnə lüt şəkillərini qohumlarına, qızı Validəyə və ərinə atacağı ilə hədələdi.

Məlahətlə görüşməyə gedərkən iş otağında olan kiçik açılıb-qatlanan bıçağı da özümlə götürdüm və saat 14.30-da Məlahətin işlədiyi "Azza" mağazasının qarşısındakı kafenin çölündə oturaraq onun işdən çıxmasını gözlədim. Bıçağı götürməkdə məqsədim Məlahətlə sosial şəbəkələrdə yazışan şəxslərin məni izləməsindən qorxduğum üçün özümü müdafiə etmək olub.

Məlahətə gəlməyimi xəbər vermək üçün dəfələrlə "Azza" mağazasına və işçilərin şəxsi nömrələrinə zəng etdim. Lakin onlar cavab vermədilər. Az sonra Məlahətin iş yoldaşı olan İntiqam və bir neçə başqa şəxs məni kənara çağıraraq niyə onlara yazdığımı soruşdu, onları narahat etdiyimi bildirdilər.

Devidin atdığı Məlahətə məxsus lüt şəkilləri İntiqama göstərərək, Məlahətlə söhbət etmək istədiyimi bildirdim".

"Kişisən vur, nə kişisən sən? Kimsən sən?"

Mehbalı Abdülrəhimovun sözlərinə görə, həmin vaxt, yəni saat 15 radələrində bir qədər uzaq məsafədən Məlahətin işdən çıxdığını görüb: "Tələsik ona çatdım, parkların birində söhbət etməyi təklif etdim. Məlahət isə qışqıraraq məni söyməyə başladı. Ona qışqırmamağı, bunun ayıb olduğunu, ətrafdakıların bizi gördüyünü, biabır olduğumuzu desəm də, buna məhəl qoymadı və təhqiramiz ifadələr işlətməyə davam etdi.

Məlahətin sakitləşmədiyini gördüm və sol arxa cibindən açılıb-qatlanan bıçağı çıxardım. Bıçağa qatlanmış vəziyyətdə sağ əlimin ovcunda tutub. Məlahətə göstərərək dedim ki, gəl, daşı tök ətəyindən, məni o həddə çatdırma ki, səni də öldürüm, özümü də. Məlahət isə qorxmadan rədd olmağımı təkrarladı. Bıçağı açaraq Məlahətə "tərslik etmə, gedək danışaq, məni o həddə çatdırma" deyərək qışqırdım.

Məlahət isə "kişisən vur, nə kişisən sən? Kimsən sən?" deyərək məni özümdən çıxartdı. Onun məni saymadığını, istehza ilə yanaşdığını görəndə əsəblərimi cilovlaya bilmədim və onu qorxutmaq üçün gözümü yumaraq əlimdəki bıçaqla Məlahətin çiyin nahiyəsinə zərbə vurdum.

Lakin Məlahət hərəkət etdiyi üçün bıçaq onun sol boyun nahiyəsinə batdı. Niyə belə inadkar olduğunu soruşdum, yenidən bıçaqla sol çiyin nahiyəsinə vuraraq dayandım.

Məlaət yanımdan ötüb keçmək istədikdə səkidən yola yıxıldı. Əlimdə bıçaq Məlahətə yaxınlaşdıqda tanımadığım bir neçə şəxs bıçaq olan əlimə təpiklə vurdu, bıçaq əlimdən çıxaraq Məlahətin üzərinə düşdü. Həmin şəxslər məni yerə yıxdılar və "adam da qadına əl qaldırar?" deyərək təpiklə vurmağa başladılar.

Daha sonra həmin şəxslər yerdə uzanan Məlahətin ətrafına toplaşdı. Mən isə səkidə olan pilləkənlərdə oturdum".

"Peşman olmuşam"

Mehbalı Abdülrəhimovun ifadəsinə görə, tanımadığı yaşlı bir şəxs hadisənin namus üstündə olub-olmadığını soruşub: "Mən də namus məsələsi olduğunu təsdiqlədim. Ətrafdakılara qışqıraraq polisə və təcili yardıma zəng etmələrini bildirdim.

Həmin vaxt Məlahət qızım Validənin adını sayıqladı. Məlahəti vurmaqda məqsədim ondan qisas almaq və namusumu təmizləmək olub. Lakin Məlahəti öldürmək niyyətində olmamışam. Sadəcə onu qorxutmaq istəmişəm. Törətdiyim əməldən peşmanam".

"Ailəni saxlamaq üçün öz cehiz əşyalarımı satmışam"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məlahət bildirib ki, evli olduqları müddətdə Mehbalı çox vaxt evə içkili gəlib, kiçik şeyləri bəhanə edərək dəfələrlə onu və uşaqları döyüb:

"Mehbalı evin kirayə pulunu ödəsə də, evə ərzaq alsa da, qazancının çox hissəsini içkiyə, digər qadınlara və özünə xərcləyib. Buna görə ailəni saxlamaq üçün öz cehiz əşyalarımı satmışam.

Bacım Hicran və kənddə yaşayan qohumlarım həmişə kömək ediblər, ərzaq və pul göndəriblər. 2004-cü ildə Mehbalı ilə boşandıq və boşandıqdan sonra uşaqlarımla bacım Gülxarın evində yaşamağa başladıq. Lakin Mehbalı barışmağımız üçün çox təkid etdiyindən onunla barışdım.

Bundan sonra münasibətlərimiz bir il yaxşı oldu. Lakin sonra yenidən korlandı. Mehbalı yenə içki içməyə, qazancını içkiyə, qadınlara və siqaretə xərcləməyə başladı. Bir evdə yaşasaq da, ər-arvad kimi yaxın münasibətlərimiz olmayıb. Mehbalı özü üçün yaşayıb. Mən isə onun paltarını yumuşam, yeməyini hazırlayaraq ona qulluq etmişəm.

Mehbalının məqsədi bir evdə yaşamaq və məişət problemlərindən, xərclərdən azad olmaq olub. Bacılarımın və qohumlarımın normal imkanları və işləri olduğu üçün Mehbalının onlara paxıllığı tutub. Məndən qohumlarım ilə danışmamağı və onlara gedib-gəlməməyi tələb edib. Halbuki onların yardımları hesabına yaşamışıq".

"Məni öldürməklə hədələyib"

Məlahətin sözlərinə görə, 2020-ci ilin avqustun ortalarında Mehbalı onun mobil telefonla "Facebook"a girdiyini bilib və mobil telefonunu özü ilə işə aparıb: "O, "Facebook", "İnstagram", "WhatsApp" sosial şəbəkə hesablarımı qarışdıraraq mənim adımdan orada olan şəxslərə mesajlar yazıb.

Mehbalı 2020-ci ilin avqust ayının son 10 günündə dəfələrlə bacım Gülxarı və dayım qızı Yeganəni evə çağıraraq mənim başqa kişilərlə yazışdığımı deyib. Gülxar və Yeganə Mehbalıya əgər həqiqətən arvadı ona xəyanət edirsə, ayrı yaşamağımızı təklif etdi. Lakin Mehbalı bununla razılaşmadı. Mehbalı dəfələrlə məni döyərək sosial şəbəkələrdə olan şəxslərlə yatdığımı etiraf etməyimi tələb etdi.

Həmin şəxslərin bəziləri ilə sadəcə sosial şəbəkə vasitəsi ilə yazışdığımı desəm də, Mehbalı bununla razılaşmadı. Son vaxtlar Mehbalı dəfələrlə məni öldürəcəyini, namus üstündə həbsxanaya düşəcəyini, həbsxanada buna yaxşı baxıldığını deyərək, məni hədələyib".

"Qızım aramıza girdiyi üçün məni öldürə bilmədi"

Gülşən qeyd edib ki, Mehbalı əlində mətbəx bıçağı ilə üzərinə gələrək onu öldürmək istəyib: "Qışqırığıma qızım Validə yuxudan oyandı, bizim aramza girdiyi üçün məni öldürə bilmədi.

Bundan sonra evdən heç nə götürmədən bacım Hicranın evinə getdim. Axşam saatlarında Mehbalı Hicranın evinə gələrək dəfələrlə qapını döydü. Lakin bacım qapını açmadığı üçün geri qayıtdı. Hətta Hicranın evində yaşadığım vaxt Mehbalı bir dəfə gələrək qapının kilidini sındırdı.

Buna görə məcbur qalaraq Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət etdik. Mehbalı dəfələrlə mənim iş yerimə, yəni "Azza" şirniyyat evinə gəlib, oranın işçilərinin şəxsi nömrələrinə zəng edərək mənim orada olub-olmadığımı soruşub".

"Məcbur qalaraq razılaşdım"

Məlahətin ifadəsinə görə, Mehbalı iş yerinin nömrəsinə zəng edərək onunla danışıb və görüşərək söhbət etmək istədiyini bildirib: "Məcbur qalaraq razılaşdım. Mehbalının iş yeri olan "Azərbaycan" nəşriyyatı binasının 9 və ya 10-cu mərtəbəsində yerləşən iş otağına getdim. Həmin vaxt Mehbalı açılıb-qatlanan bıçağı mənə göstərərək bütün qohumlarımdan imtina etməyimi və onunla barışmağımı tələb etdi. Mən isə razılaşmadım.

Belə olan halda Mehbalı mənə ya barışmalı olduğumu, ya da axırımın ölüm olacağını söylədi. Mən də ona bildirdim ki, öldür, canım qurtarsın".

Məlahət daha sonra keçmiş əri ilə arasında baş verən son hadisədən danışıb. O, qeyd edib ki, əri tərəfindən bıçaqlandığı üçün xəstəxanada tibbi yardım alıb.

Məlahət ifadəsində keçmiş əri tərəfindən başqa kişilərlə əlaqəsinin olması haqda deyilənlərə belə aydınlıq gətirib: "Son bir neçə ildə bəzi insanlarla şəxsi münasibətim olsa da, bunların Mehbalıya aidiyyəti yoxdur. Həmin münasibətlərim barədə danışmaq istəmirəm".

Məlahət ifadəsinin sonunda Mehbalı ilə barışmadığını, onu bağışlamadığını deyib: "İllərdir məni daim öldürməklə hədələyən, hər addımda qorxu altında saxlayan Mehbalıya qanunla nəzərdə tutulmuş qaydada layiq olduğu cəzanın verilməsini istəyirəm".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Mehbalı Abdülrəhimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıtda 13 yaşlı qızı zorlayan CƏZALANDI

    Sumqayıtda 13 yaşlı qızı zorlayan CƏZALANDI ...

    13-12-2016, 23:39

  • 
  • Bakıda arvadı ilə birgə dələduzluq edən jurnalist axtarışa verildi

    Bakıda arvadı ilə birgə dələduzluq edən jurnalist ...

    10-01-2014, 17:47

  • 
  • Gülər Əhmədovanı Məlahət İbrahimqızı əvəzlədi

    Gülər Əhmədovanı Məlahət İbrahimqızı əvəzlədi ...

    3-02-2013, 11:50

  • 
  • Arvadını zorladı, aldadaraq otağa saldı, sonra başqa kişilərlə... - Azərbaycanda İYRƏNC OLAY

    Arvadını zorladı, aldadaraq otağa saldı, sonra ...

    27-03-2019, 16:18

  • 
  • Arvadı ilə cinsi əlaqədə olan bank müdirini kəlbətinlə zorladı - VİDEOya çəkdi - FOTO

    Arvadı ilə cinsi əlaqədə olan bank müdirini ...

    4-10-2018, 14:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu