GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ABŞ baş diplomatının İlham Əliyevə zəngi: Vaşinqtonun postmüharibə dövrü üçün niyyətləri – TƏHLİL

ABŞ baş diplomatının İlham Əliyevə zəngi: Vaşinqtonun postmüharibə dövrü üçün niyyətləri – TƏHLİL

Tarix: 29-04-2021, 14:51 Bölmə :Cəmiyyət Baxış: 437
ABŞ baş diplomatının İlham Əliyevə zəngi: Vaşinqtonun postmüharibə dövrü üçün niyyətləri – TƏHLİL


Amerika Birləşmiş Ştatları Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən sonra yaranan yeni geosiyasi reallıqda rəqibi Rusiyanı Cənubi Qafqazda neytrallaşdırmaq üçün təşəbbüsü ələ almaq istəyir.

Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında ABŞ xarici siyasət idarəsinin rəhbərinin dilindən səslənən bəyanat belə deməyə əsas verir.

İlham Əliyevlə Entoni Blinkenin telefon danışığını hər iki tərəfdən yayımlanan rəsmi məlumat əsasında tutuşdurub təhlil edək.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatında qeyd olunur ki, İlham Əliyev, regionda kommunikasiyaların açılmasının önəmini vurğulayıb və uzunmüddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb.

İlham Əliyev və ABŞ dövlət katibinin ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi apardığı da bildirilib.

ABŞ Dövlət Departamentinin açıqlamasında isə qeyd olunub ki, Entoni Blinken regionda bütün millətlərə fayda verəcək davamlı sülhə nail olunması məsələsinə toxunub. Buna görə həmsədrlər tərəfindən danışıqlar aparılması üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görünən budur ki, Bayden administrasiyası Cənubi Qafqaza ABŞ xarici siyasətində layiq olduğu əhəmiyyəti vermək üçün rıçaqları işə salır.

ABŞ Prezidenti Co Bayden administrasiyasının Cənubi Qafqazla bağlı siyasi kursunu Moskva ilə Vaşinqton arasında gərginləşən münasibətlər kontektstində nəzərdən keçirəndə Vaşinqtonun strateji niyyətlərini başa düşmək olar.

Ağ Evin perspektiv siyasi hədəflərində Cənubi Qafqaza coğrafi bağları təmin etmək dayanır. Bunun üçün müxtəlif versiyalar nəzərdən keçirilə bilər, məsələn NATO qüvvələrinin Cənubi Qafqazda bərqərar olması və bununla da ABŞ-ın hərbi iştirakının gücləndirilməsi hər zaman Vaşinqtonun strategiyasında xüsusi yer tutub.

Ancaq Rusiyanın bölgəyə coğrafi yaxınlığı Moskvaya proseslərdə birbaşa iştirak etmək kimi strateji üstünlük verir. İndi “Vaşinqtonda Rusiyanın bütün regionda, o cümlədən Cənubi Qafqazda təsir dairəsini daraltmaq planları masa üzərindədir” deyə bilərik.

Hələlik, NATO üzvü Türkiyə Qarabağdakı postmüharibə dövründəki proseslərdə birbaşa iştirak edir, bu, detalları çıxmaq şərtilə bütövlükdə Amerikanın və NATO-nun maraqlarına zidd deyil.

ABŞ Minsk Qrupunun həmsədri kimi postmüharibə dövrü üçün təşəbbüsü ələ almaq istəməsinin kökündə həm də geosiyasi üfüqlərdə açılan yeni iqtisadi imkanlardan faydalanmaq dayanır.

ABŞ istəyir ki, regionda kommunikasiyaların açılmasından yararlansın. Necə? Hələlik bu barədə dəqiq mühakimə yürütmək çətindir. Lakin görünən budur ki, ABŞ Zəngəzur dəhlizini Orta Asiyayaya açılan iqtisadi panorama kimi dəyərləndirir.

Vaşinqton Cənubi Qafqazı ABŞ-ın maraqlarının təmin olunması üçün vacib region kimi qiymətləndirir və münaqişədən sonrakı dövrdə maraqlarını mütləq Azərbaycanın siyasi xətti ilə uzlaşdırmalıdır.

Vaşinqton, həmçinin uzunmüddətli sülhdən ötrü danışıqlar prosesinə başlamaq üçün bütün mübahisəli məsələlərin həlli üzrə (əslində ABŞ üçün mübahisəli) Bakının zəmanətini almalıdır. Bura münaqişədən sonra sərhədlərin delimitasiya və demarkasiyası, məcburi köçkünlərin böyük qayıdışı, Ermənistandakı revanşist cəhdlərin boğulmasına dəstək məsələləri daxildir.

İlham Əliyevin Entoni Blinkinə uzunmüddətli sülh üçün Azərbaycanın mövqeyini diqqətə çatdırıb.

Azərbaycanın isə mövqeyi bəllidir: Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə qalan erməni hərbi qüvvələri ya oradan çıxacaq, ya da yenidən “Dəmir yumruq” gündəmə gələcək. Vaşinqton ikinci variant praktiki gündəliyə gəlsə belə, Azərbaycanı dəstəkləməlidir, çünki yalnız erməni separatçıların bölgədən çıxarılması regiona davamlı sülh gətirə bilər.

Uzunmüddətli sülh həm də Ermənistan hakimiyyətinin tutduğu mövqedən və yürütdüyü siyasətdən asılıdır. Vaşinqton bunun üçün Ermənistana da təzyiqlər edə bilər, çünki regiondakı iqtisadi açılımlar ABŞ-a yeni faydalar gətirir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev və Con Kerri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

    Prezident İlham Əliyev və Con Kerri Dağlıq ...

    1-07-2016, 14:35

  • 
  • Putinlə İlham Əliyev arasında telefon danışığı

    Putinlə İlham Əliyev arasında telefon danışığı ...

    4-11-2015, 15:44

  • 
  • İlham Əliyevlə Sarkisyan sabah görüşəcək- Vyanada

    İlham Əliyevlə Sarkisyan sabah görüşəcək- Vyanada ...

    18-11-2013, 14:59

  • 
  • BMT-nin Baş katibi İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək xüsusi sessiyadan danışdı

    BMT-nin Baş katibi İlham Əliyevin təşəbbüsü ilə ...

    8-07-2020, 11:03

  • 
  • Həmsədrlər İlham Əliyevlə görüşməyə gəldi

    Həmsədrlər İlham Əliyevlə görüşməyə gəldi ...

    15-12-2013, 12:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (7)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu