Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Şəmkir rayon İcra Hakimiyyətinin iki vəzifəli şəxsi sərbəst buraxılıb.
Şəmkir rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elgün Seyidov Unikal.org-a açıqlamasında bildirib ki, təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev ifadəsi alındıqdan sonra azad olunub.
Qeyd edək ki, aprelin 26-sı DTX-nın keçirdiyi əməliyyat zamanı Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, onun sabiq birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılmışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?