Ötən həftə ərzində dünyada koronavirusa 5,7 milyondan artıq yoluxma, 93 mindən artıq isə ölüm halı qeydə alınıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir. Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı təxminən eynidir, ölüm hallarının sayı isə 6 faiz artıb. "Aprelin 26-dan mayın 2-dək koronavirusa 5 705 981 nəfər yoluxub, 93 523 nəfər isə koronavirusdan ölüb. Mayın 2-si üçün dünyada koronavirusa yoluxma hallarının sayı 151 812 556, koronavirusdan ölüm hallarının sayı isə 3 186 817 nəfər təşkil edib". Bundan əlavə bildirilir ki, ilk dəfə Böyük Britaniyada aşkarlanan VOC 202012/01 ştammı aprelin 27-dən bu yana daha 3 ölkədə qeydə alınıb. Bu ştammın aşkarlandığı ölkələrin ümumi sayı 142-yə çatıb. Cənubi Afrikada aşkarlanan 501Y.V2 ştammı ümumilikdə 97 ölkədə, Braziliya və Yaponiyada aşkarlanan P.1 ştammı isə 56 ölkədə qeydə alınıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?