Daxili İşlər Nazirliyi (DİN) müğənni Aslan Hüseynovun öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, mayın 4-də saat 5 radələrində Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhər sakini Aslan Hüseynov (müğənni) idarə etdiyi BMW markalı avtomobili qarşıda gedən paytaxt sakini G.Bəşirovun idarə etdiyi "KamAZ” markalı yük avtomobilinə vurub. Nəticədə A.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?