GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Adam açıq-aşkar boşluqdan əziyyət çəkir, “şan-şöhrət” axtarır - Baxın general oğluna!

Adam açıq-aşkar boşluqdan əziyyət çəkir, “şan-şöhrət” axtarır - Baxın general oğluna!

Tarix: 7-05-2021, 21:06 Bölmə :Cəmiyyət Baxış: 541
Adam açıq-aşkar boşluqdan əziyyət çəkir, “şan-şöhrət” axtarır - Baxın general oğluna!


Bu, artıq böyük bir problemdir. Və burada söhbət şəxslərdən deyil, mövcud trenddən gedir. Baxmayaraq ki, hərəkətləri indi bütün ölkə tərəfindən müzakirə olunan bəzi “qəhrəmanlar” haqqında ayrıca qeyd etmək lazımdır.

Beləliklə, son günlərdə sosial şəbəkələrdə bir oğlan və bir qızın marketə girib malları yararsız hala gətirdiyini əks etdirən bir videogörüntü yayılır. Bu gənc cütlük əlləri ilə cips paketlərini əzişdirib yenidən piştaxtaya qoyur.

Mətbuatda yer alan məlumatlara görə, polis gəncləri müəyyənləşdirə və saxlaya bildi. Onların Bakı sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduğu ortaya çıxdı. Yerli media Rüstəm Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsində işləmiş, işdən azad edilmiş general Novruzəli Orucovun oğlu olduğunu yazır.

Aha, tanış sima! Bəli, bu, eyni zamanda çoxsaylı yol qaydalarını pozduğu üçün avtomobil idarə etmək hüququndan məhrum edilmiş həmin gəncdir. Buna baxmayaraq, qanunsuz olaraq 10-OG-300 dövlət nömrə nişanlı bir BMW sürərkən, yenidən yol qaydalarını pozmuşdu. Avtobus sürücüsünün etirazlarına cavab olaraq, Orucov sərnişinlərin qarşısında ona zərbələr endirmiş və döymüşdü.

2014-cü ildə R.Orucov piyadanı vuraraq cinayət yerindən qaçdı. Daha sonra tutuldu və 4 il həbs cəzasına məhkum edildi. Cəzasının üçdə birini çəkdikdən sonra şərti azadlığa buraxıldı. Amma elə şərti azadlıqdaykən, yenidən cinayət törətdi. 2019-cu ildə o və dostları onların maşınına yol verməyən bir avtobus sürücüsünü döydülər. Yenə məhkəmə, “srok”, azadlıq…

İndi də gördüyümüz kimi, Rüstəm Orucov yenidən özünü qalmaqalın mərkəzində tapdı. Bu dəfə onun “hücumuna” yerli mağazalardakı məhsul və mallar məruz qaldı. Qeyd edək ki, Orucov qonşu ölkələrdən birinə gedərək, mağazaya girib və Ermənistanda istehsal olunan malları korlamayıb. Bu da ağılsızlıq olardı, amma heç olmasa, bir şəkildə bu gənc “özünə haqq qazandırardı”.

Ancaq işin məğzi budur ki, şərti olaraq, məsələn, Moskvada qırılan bir şüşə erməni konyakına görə, necə deyərlər, tam qaydada cavab verməli olacaqdı. Və hələ bu şüşənin ona qarşı necə istifadə ediləcəyi məlum deyil. Əsas məsələ - Bakıda özünü malları korlamaq və özünü “qəhrəman” hiss etməkdir…

Hər halda, bu “qəhrəman” açıq-aşkar boşluqdan əziyyət çəkir, “şan-şöhrət” axtarır. Xeyr, yaşıdları kimi Qarabağda döyüşməyə getməyib. Axı ora həqiqətən təhlükəli idi. Yerli mağazalardakı qidaları korlamaq, hamısını videoya çəkmək və sosial şəbəkələrdə yerləşdirməklə “cəsarət” göstərmək daha asandır. Və faciə odur ki, bu dələduzluğu “bəyənənlər” də oldu!

Bəs, onda eyni R.Orucova səhv etdiyini necə sübut etmək olar? Budur, deyəcək ki, nə qədər “layk” toplamışam.

Və ya başqa bir misal. Bakı Ağır Cinayətlər Məhkəməsində bir insanı qəsdən öldürməyə cəhddə şübhəli bilinən İ.Həsənova (2003-cü il təvəllüdlü) qarşı açılan cinayət işi çərçivəsində məhkəmə prosesi başa çatıb. Məhkəmədə təqsirləndirilən şəxsə səkkiz il müddətinə azadlıqdan məhrum etmə cəzası kəsildi.

Hadisə 4 sentyabr 2020-ci il tarixdə saat 23:30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində baş verib. Yetkinlik yaşına çatmayan qəsəbə sakini İ.Həsənov münaqişə zəminində, 1981-ci il təvəllüdlü Oleq Yaqibekovu bıçaqlayıb. Yaralı xəstəxanaya aparılıb, həyatı xilas edilib və Həsənov həmin gün saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və xuliqanlıq maddələri ilə ittihamlar irəli sürülüb.

Məhkəmə zamanı Həsənov Yaqibekovun hadisə zamanı sərxoş olduğunu və kriminal avtoritetlər haqqında danışmağa başladığını söylədi. Həsənovun sözlərinə görə, zərərçəkmiş azərbaycanlı qanuni oğru Nadir Səlifovu (Lotu Quli) təhqir edib. Buna görə də Həsənov ona qatlanan bıçaqla boğaz və qarın nahiyəsində xəsarət yetirdi. Bunlar gənclərimizin müəyyən bir təbəqəsinin sahib olduğu xeyir və şər “anlayışlarıdır”...

Böyük bir problem ortadadır. Gənclərlə iş baxımından bir uğursuzluq olduğu çox açıq görünür. Və yalnız ailəni günahkar bilmək dügün deyil. Ailə əhəmiyyətlidir, amma eyni zamanda məktəb, institut, televiziya, ümumiyyətlə media və əlaqədar dövlət strukturları da vacibdir. Ölkəmizdə N qədər gənclər təşkilatları var. Kağızda filan qədər. Ancaq praktikada – gördüyümüz kimi.

Nümunə götürməyə şəxsiyyətlər yoxdur? Səhv cavabdır! 44 günlük müharibə zamanı canını verən şəhidlərin hər biri, qəhrəmanlıqlarının nümunəsi ilə bugünkü yeniyetmələri yetişdirmək üçün mümkün və zəruri olan əsl qəhrəmanlardır. Ancaq digər tərəfdən, Milli Məclisin üzvü Fəzail Ağamalı “qanuni oğru” Rövşən Lənkəranskinin Azərbaycan gəncliyi üçün nümunə ola biləcəyini açıq söyləyirsə, nədən danışaq?... //ayna.az//
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda daha bir məmur oğlunun ÖZBAŞINALIĞI

    Bakıda daha bir məmur oğlunun ÖZBAŞINALIĞI ...

    11-07-2017, 18:33

  • 
  • Prezident generalı - xuliqan oğul atasını işdən çıxardı

    Prezident generalı - xuliqan oğul atasını işdən ...

    11-07-2017, 21:14

  • 
  • ​General oğluna HÖKM OXUNUR – Məhkəmə

    ​General oğluna HÖKM OXUNUR – Məhkəmə ...

    17-01-2018, 17:49

  • 
  • General Novruzəli Orucov işdən çıxarıldı - SƏRƏNCAM

    General Novruzəli Orucov işdən çıxarıldı - ...

    11-07-2017, 18:45

  • 
  • Prezidentin işdən çıxardığı general fərari olub?

    Prezidentin işdən çıxardığı general fərari olub? ...

    13-07-2017, 13:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (272)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu