Sosial şəbəkələrdə səs-küyə səbəb olan görüntülər yayılıb. Həkimindən narazılıq edən xəstənin onu kameraya çəkməsindən hiddətlənən həkim-kosmetoloq hərəkətləri ilə görənləri şoka salıb.
Avtosfer.az bildirir ki, zərərçəkən xanım bir müddət öncə göz gərmə əməliyyatı üçün həkim Rühəngiz Hacıyevaya müraciət edib. Lakin əməliyyat uğursuz olub, bunu həkimin çalışdığı xəstəxananın baş həkimi də təsdiq edib. Pasient məsələ ilə bağlı həkimə şikayət etsə də, "Bakıda deyiləm rayondayam", "Get kimə şikayət edirsən et", "Pulum da var, arxamda duran da var" deyərək onu 4 aydır ki, yubadır. Bundan təngə gələn pasiyent məsələyə aydınlıq gətirməsi üçün növbəti dəfə həkimin yanına gedir, həkim isə maşında oturaraq pəncərələri açmır. Pasiyent nə qədər təkid etsə də həkim uğursuz əməliyyatına görə cavab verə bilmir və sonda hiddətlənərək şüşəni qaldırıb maşını sürməyə başlayır. Nəticədə əlini içəri salmaq istəyən xanım maşınla bərabər yerdə sürüklənib. Xanım pasiyent ciddi yaralar alıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?