Xəbər verdiyimiz kimi, bu gün “Kapital Bank”ın filial müdiri Mahir Sultanov intihar edib. Mərhum 1 il öncə 11 yaşlı övladını xərçəngdən itirib. Belə ki, Mahir Sultanov övladının sağlamlığı üçün bütün əmlakını satsa da, onu xilas edə bilməyib. Azyaşlı oğlunun ölümü ilə o, tamamilə sarsılıb və sonda intihar edərək həyatına son qoyub. Gülayə Mecid
***14:51 Paytaxtın Binəqədi rayon sakini Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub. Zəruri prosessual hərəkətlər həyata keçirilib. Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir. *** 13:57 “Kapital Bank”ın filial müdiri intihar edib. Bankın Xəzər rayon filialının müdiri Mahir Sultanov özünü öldürüb. O, Şüvəlan qəsəbəsində yerləşən filiala rəhbərlik edirmiş. İntiharın səbəbi hələ ki, bəlli deyil. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?