Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin 4-cü övladı dünyaya gəlib.
Gundemxeber.az xəbər verir ki, şəhidin yeni doğulan qızı bu gün xəstəxanadan evə yola salınacaq.
Xatırladaq ki, mərhumun iki oğlu, bir qızı vardı.
Qeyd edək ki, bu gün şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin doğum günüdür. O, 1977-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Nərimanov rayonunda 84 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. 2020-ci noyabrın 3-də Zəngilan istiqamətində xidməti avtomobilində düşmənə əsir düşməmək üçün silahı ilə özünə başından açdığı atəş nəticəsində şəhid olub.
Şəhidin nəşini yalnız 32 gündən sonra döyüş meydanından götürmək mümkün olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?