Salyan rayon Məhkləməsi mayın 22-də dini mövzuda satirik şerinə görə fiziki ttəzyiqə məruz qoyulmuş şair İbrahim Xudaynin şikayəti əsasında Turqut Cəbrayılovu 30 sutka inzibati həbsə məhkum edib.
Bu barədə satirik şair facebook səhifəsində yazıb.
“30 sutka azadlıqdan məhrum olundu.Yaxınları da məndən razı qaldı və mən əlimdən gəldiyi qədər köməyə hazıram dedim. Polis heyətinə gəldikdə isə sadəcə alqış düşür. Qonşu qadınlar da məni dəstəkləmək üçün oradaydılar,” Xudayi qeyd edib.
Mayın 20-də bir neçə şəxs Salyan rayonunda (Bakıdan 129 kilometr cənub) yaşayan satirik şair İbrahim Xudayiyə hücum edib. Buna onun Facebook səhifəsində dini məzmunlu satirik şerini oxuması səbəb olub.
İbrahim Xudayi Amerikanın Səsinə müsahibəsində bildirib ki, hücum edənlər dini mövzuda yazdığı şeri Facebook profilindən silməsini və üzr istəməsini tələb ediblər.
“Onlardan əsasən biri, Turqut Cəbrayılov mənə zərbələr endirdi. Bu gün polisə şikayət etdim. İndi polis Turqut Cəbrayılovu saxlayıb. Amma, mən qorxuram. Yenə axşam gələ bilərlər. Dünən axşam da gəlib başıma və ayaqlarıma döydülər. Əllərindən güclə qaçdım,” o qeyd edib.
Öz növbəsində, Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, polis İbrahim Xudayinin təhlükəsizliyi ilə bağlı müvafiq tədbirlər həyata keçirir.
“İbrahim Xudayinin döyülmə şikayəti əsasında, əvvəllər məhkum edilmiş Turqut Cəbrayılov Salyan rayon Polis Şöbəsinə dəvət olunub. Təhqiqat araşadırması və təyin edilmiş ekspertizanın nəticələrindən asılı olaraq Cəbrayılovun əməlinə hüquqi qiymət veriləcək,” o qeyd edib.
Xatırladaq ki, Azərbaycanda 2011-ci ilin noyabrında publisist Rafiq Tağı dini mövzuda yazdığı tənqidi məqaləsindən sonra bıçaqalanıb və xəstəxanada vəfat edib. Rafiq Tağının ölümü ilə bağlı qaldırılmış cinayət işi üzrə hələ heç kim təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?