Əvvəlcə texniki heyətin, sonra isə digər sahədə çalışan işçilərin ixtisarı gözlənilir.
Bildirilir ki, texniki heyətə daxil olan işçilərin bir qisminə ərizə yazdırılıb. Mətn belədir: “Yazıb bildirirəm ki, 01.06.2021-ci il tarixdən mənimlə bağlanmış müddətsiz əmək müqaviləsinin müddətli müqavilə ilə əvəzlənməsinə etiraz etmirəm, razıyam”.
Göründüyü kimi, ərizə müddətsiz müqavilənin müddətli müqavilə ilə əvəzlənməsi ilə əlaqədardır. Qeyd olunan müddət də 3 ayı əhatə edir. Ehtimal edilir ki, 3 aydan sonra həmin işçilər azad ediləcək. İxtisar prosesinin tam olaraq yeni mövsümdə həyata keçirilməsi nəzərdə tutulur. Yeni işçilərin götürülüb-götürülməyəcəyi məlum deyil./Pravda.az/
Sorğu
Yeni dizaynımız necədir?