Xidmətdən Qaynarinfo-ya bildirilib ki, bu gün gecə saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası ölüm faktını təsdiq edib.
Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?