GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Lider TV fəaliyyətini dayandırıb

Lider TV fəaliyyətini dayandırıb

Tarix: 1-06-2021, 14:37 Bölmə :Cəmiyyət Baxış: 263

Bu gündən Lider TV öz fəaliyyətini dayandırır.

Milli Televiziya və Radio Şurası (MTRŞ) "Lider TV və Radio-Azərbaycan" MMC-nin lisenziyasına xitam verib.

MTRŞ-in yaydığı məlumatda deyilir ki, lisenziyanın geri alınmasına səbəb qurumun müflisləşməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ötən il Lider TV-ni borca görə məhkəməyə vermiş və teleşirkətin müflis elan olunmasını istəmişdi.

MRTŞ-dan Lider Tv-yə 500 min manatlıq yardım

Ötən ilin iyununda MTRŞ birinci instansiya məhkəməsinin müflis elan etdiyi Lider TV-yə 500 min manat maliyyə yardımı ayırmışdı.

Qurum, eyni zamanda daha 5 özəl ümumrespublika teleradio yayımçılarının hər birinə 500 min manat ayırmışdı.

Milli Televiziya və Radio Şurası (MTRŞ) bildirib ki, bu maliyyə yardımı Prezidentin Ehtiyat Fondundan ayrılmış 3 milyon manat vəsait çərçivəsində qurumlar arasında bərabər bölüşdürülüb.

Amma MTRŞ onu da əlavə edib ki, Lider TV üçün ayrılan məbləğin 400 min manatı teleşirkətin müflis elan olunması ilə bağlı məhkəmə prosesi davam etdiyi üçün "Azərkosmos" ASC və "Radio-televiziya yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi"nə ödəniləcək.

Ötən il nə baş vermişdi?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi Lider TV-ni borca görə məhkəməyə vermiş, tələb etmişdi ki, qurum müflis elan edilsin.

Birinci məhkəmə instansiyası bu iddianı təmin etmiş, Lider TV isə qərardan apellyasiya vermişdi.

Lider TV-nin "Azərkosmos" ASC və "Radio-televiziya yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi"nə borcunun məbləği açıqlanmır. MTRŞ da bu məbləğin ödənilməsindən sonra Lider TV-nin quruma borcunun qalıb-qalmayacağı barədə əlavə məlumat verməyib.

Məhkəmə prosesi davam edərəkən MTRŞ Lider TV-yə 500 min manat yardım vermiş, bunun 400 mininin borca yönəldiləcəyini açıqlamışdı.

Qurum onu da bildirmişdi ki, yerdə qalan 100 min manat "Lider TV və Radio Azərbaycan" MMC-nin texniki imkanlarının artırılması məqsədi ilə teleşirkətə veriləcək.

Lider TV iyun ayında müflis elan edilmişdi

Lider TV-nin müflis elan edilməsi ilə bağlı məhkəmə hökmü qüvvəyə minəndən sonra onun lisenziyasına xitam veriləcəkdi.

Ancaq Milli Televiziya və Radio Şurasının rəsmisi Fazil Novruzov BBC News Azərbaycancaya demişdi ki, buna qədər hüquqi prosedurlar var: "Məhkəmə hökmü qüvvəyə mindikdən sonra qərar bizə də gələcək və müvafiq qanunla bu halda lisenziyaya xitam verilməlidir".

İyunun 16-da Bakı Kommersiya Məhkəməsi Lider televiziyasının müflis elan edilməsi ilə bağlı iddianı təmin etmişdi.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin məhkəməyə təqdim etdiyi iddia Lider TV-nin ona borclu olması ilə əsaslandırılmışdı.

Milli Televiziya və Radio Şurasının rəsmisi Fazil Novruzov deyir ki, Lider TV-nin müflis elan edilməsi ilə bağlı verilən məhkəmə hökmü hələ qüvvəyə minməyib. Qarşı tərəf apellyasiya verərsə, bu proses müxtəlif məhkəmə instansiyalarında baxılmalıdır.

Lider televiziyasının Prezidenti Ədalət Əliyev BBC News Azərbaycancanın suallarına cavab verməyib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi Lider TV-nin quruma nə qədər borcu olduğu açıqlanmır.

Yerli mətbuatda hələ 2017-ci ildən Lider TV-də maliyyə çətinliklərinin yaşandığı, sonrakı üç ildə bu vəziyyətin davam etdiyi, bəzi əməkdaşlara maaşlarının bir qisminin verildiyi, bəzilərinin ümümiyyətlə əmək haqqı almadığı xəbərləri yayılıb.

"Borcları vermək üçün əmlakı satışa çıxarılmalıdır"

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli BBC News Azərbaycancaya deyib ki, "indi məhkəmə qərarı tam qüvvəyə minməlidir."

"Appelyasiya ehtimalı var. Məhkəmə qərarı tam qüvvəyə minən zaman Milli Teleradio Şurası lisenziyanı dayandırmalıdır. Teleradio haqqında qanuna görə, televiziyanın - lisenziya alan tərəfin maddi və texniki imkanları tam təchiz olunmalıdır. Müflis olmuş birinin maddi imkanı yox deməkdir, bu isə artıq lisenziyanın davam etmək şərtini aradan qaldırır. Teleradio şurası onun lisenziyasını geri alır və fəaliyyətini dayandırır".

Ələsgər Məmmədli deyir ki, müflis elan olunduqdan sonra şirkətin öhdəliklərinin qarşılanması üçün onun əmlakı satışa çıxarılır və Lider TV ilə bağlı məhkəmə qərarı qüvvəyə minəndən sonra hüquqi prosedur belə davam etməlidir.

"Güman ki, "Lider"ə maliyyə dəstəyi kəsilib"

"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev ehtimal edir ki, Lider TV-yə maliyyə dəstəyi kəsilib: "Ola bilsin ki, verilişlər zəifdir, baxış azalıb və buna görə də reklam az gəlir və ya qeyri-leqal pulu verən hakimiyyət televiziyanın vəziyyətinə baxıb hesab edir ki, effektiv xərclənməyib və indiki vəziyyətdə [bu telekanal] lazım deyil".

Mehman Əliyevin daha bir ehtimalına görə, vaxtilə ayrılmış vəsaitlər təyinatı üzrə xərclənməyib və hakimiyyət də bunu bilir və bundan narazıdır: "Müxtəlif səbəblər ola bilər, amma bu faktdır ki, onların vəziyyəti uzun müddətdir ki, yaxşı deyi. Bu özünü 2015-ci ildən, maliyyə böhranı başlayanda biruzə verib".

"Mənəvi cəhətdən iflasa uğramış televiziya idi"

Media eksperti, teletənqidçi Qulu Məhərrəmli deyir ki, "Lider"in müflis elan olunması əslində iqtisadi proses kimi təqdim olunsa da, bunun arxasındakı kod işarəsi ondan ibarətdir ki, Lider televiziyası bundan sonra fəaliyyət göstərməyəcək, çünki onun fəaliyyət göstərməsi "məqsədəuyğun sayılmır".

Qulu Məhərrəmli hesab edir ki, müstəqil televiziyanın "bir parçası olan bu televiziya" yeni fəaliyyətə başlayanda "pis başlamayıb, ilk dövrlərdə cəmiyyətdə rəğbət doğurub və tamaşaçılar bu televiziyanın efirində çoxlu maraqlı sənədli filmlər izləyiblər".

Cənab Məhərrəmli təəssüflənir ki, "sonralar Lider televiziyası hakimiyyətin əlində özünün siyasi opponentlərini divara sıxışdırmaq, onları ifşa etmək, haqlarında xoşagəlməyən, etikaya sığmayan materiallar verməyə başlayıb.

Onun fikrincə, Lider TV "mənəvi cəhətdən iflasa uğrayıb". Telekanal rəhbərliyinin bu iddialara reaksiyasını öyrənmək mümkün olmayıb.

Qulu Məhərrəmli hesab edir ki, vaxtilə Lider TV-də peşəkar mühit olub və hətta bir çox beynəlxalq layihələri ölkəyə ilk dəfə "Lider" gətirib.

"Amma bütövlükdə o lazım olan xətti, yolu gedə bilmədi və bugünki müflisləşməsi, iflası və fəaliyyətini dayandırmasını mən qanunauyğun hesab edirəm".

Qulu Məhərrəmliyə görə, hələ ki, televiziya sahəsində qeyri-müəyyənlik var:

"Bu qeyri -müəyyənlik də ondan ibarətdir ki, bu televiziyalar hansı yolu gedəcək, hansı dəsti-xətti aparacaq? Bunlar doğrudanmı cəmiyyətin tələbatına cavab verəcək, doğrudanmı informasiya kanalı kimi, ya hansısa kommersiya qurumu və ya bədii televiziya kimi fəaliyyət göstərəcək? Bir çox tv-lərin fəaliyyəti biri-digərinin fəaliyyətini təkrar edir. Biz ya yaxşı ictimai maraqlara cavab verən televiziyalara sahib olaq, ya da bu cür tökülüb-itən, ictimai mesaj verə bilməyən və heç bir KİV dəyəri olmayan televiziyalarla üzülüşməliyik, İndi bu xətt necə aparılır? Hansı münasibətlər rol oynayır? Niyə məhz Lider TV? Digər televiziyalar ondan yaxşıdırmı? - bax, bu sualların cavabı verilməlidir."

Media yenidənqurulma mərhələsində?

Televiziyalarla bağlı ictimai rəyi öyrənmək üçün vaxtaşırı sorğu keçirdiklərini deyən Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc əlavə edir ki, bu sorğular televiziyaların cəmiyyəti "əldə saxlamaq, onların maraq və mənafəelərini tamamilə düzğün əks etdirməkdə" problemləri olduğunu üzə çıxarıb.

Zahid Orucun fikrincə, bu vəziyyət, ictimai-siaysi durumda müəyyən qədər eyniyyət, rəqabət qabiliyyətinin bir qədər zəifləməsi, siyasi jurnalistikanı, iqtisadi jurnalistikanı zəiflətdi və bu, özünü televiziyaların durumunda hiss elətdirdi. "Sonunda vətəndaş ordan qopdu, özünə alternativ ünvanlar axtardı və tapdı,"- o, əlavə edir.

Zahid Oruc hesab edir ki, televiziyaların azad iqtisadiyyatın bir parçasına çevrilməsinə ehtiyac var və bu gün Azərbaycanda media yenidən qurulma mərhələsindədir: "Necə deyərlər, bu dalğa artıq gəlib onlara da çatıb. Arzulayaq ki, bu dalğa bank sektorundakı kimi kimlərinsə ləğvi ilə sonuclanmasın".

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu telekanal iyunun 1-dən bağlanır - RƏSMİ

    Bu telekanal iyunun 1-dən bağlanır - RƏSMİ ...

    24-05-2021, 16:11

  • 
  • “Lider TV” müflis elan edilir

    “Lider TV” müflis elan edilir ...

    1-06-2020, 10:35

  • 
  • "Lider" TV-nin yayımının dayandırılması ilə bağlı rəsmi açıqlama

    "Lider" TV-nin yayımının dayandırılması ...

    11-03-2020, 10:50

  • 
  • MTRŞ-dən ATV açıqlaması

    MTRŞ-dən ATV açıqlaması ...

    26-09-2017, 18:40

  • 
  • MTRŞ-dən televiziyalara xəbərdarlıq:“İctimaiyyət bu verilişlərdən çox narazıdır”

    MTRŞ-dən televiziyalara xəbərdarlıq:“İctimaiyyət ...

    19-11-2018, 21:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu