Azərbaycanın 16 ali təhsil müəsissəsinin 31 ölkəni təmsil edən 40 əcnəbi tələbəsinin və nümayəndə heyətinin işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri başlayıb.
Səfər "Azərbaycan gəncliyi 2017 - 2021-ci illərdə" Dövlət Proqramının gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsinin genişləndirilməsi bəndinin icrası ilə əlaqədar həyata keçirilir. İcraçı qismində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil və Müdafiə Nazirlikləri çıxış edir.
Ümumilikdə 65 nəfərdən ibarət səfər iştirakçıları işğaldan azad olunmuş ərazilərdə şərti mina partlayışını izləyəcək, Füzulidə qədim məscid, qəzet redaksiyası, hərbi hissə, köhnə qəbiristanlıq və şəhər dağıntılarını ziyarət edəcək.
Cəbrayılda isə Xudafərin körpüsü, su elektrik stansiyası, "Dostluq bulağı", "Qədim çinar" yay kinoteatrı, şəhər qəbiristanlığı və şəhər dağıntılarına baş çəkiləcək.
Eyni zamanda, xarici tələbələrin ifasında milli folklor nümunələri sərgilənəcək. Böyük milli bayrağın açılması və dövlət himninin canlı oxunması fleşmobu da səfər proqramına daxildir./report/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?