GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » COVID pasportu: Narahatedici suallar və səlahiyyətlilərin “cavabları” - GƏLİŞMƏ

COVID pasportu: Narahatedici suallar və səlahiyyətlilərin “cavabları” - GƏLİŞMƏ

Tarix: 3-06-2021, 15:57 Bölmə :Cəmiyyət Baxış: 439
COVID pasportu: Narahatedici suallar və səlahiyyətlilərin “cavabları” - GƏLİŞMƏ


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli qərarına görə, iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur. Bu tələbin konkret olaraq hansı xidmət sahələri və iş yerlərinə aid edilməsi hələlik dəqiq məlum olmasa da, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı yaxın günlərdə açıqlama veriləcək.

Operativ Qərargahın budəfəki brifinqində yumşalma ilə bağlı qərarlar insanları sevindirsə də, COVID-19 pasportu, immun sertifikatı ilə bağlı düşündürən, cavabını tapmayan suallar ictimaiyyəti narahat eməkdədir. Biz də həmin sualların bir qismini səlahiyyətli şəxslərə ünvanlayıb cavab tapmağa çalışdıq.

- COVID-19 pasportu və immun sertifikatını elektron qaydada əldə edə bilməyən şəxslər hansı formada əldə edə bilərlər?

- Yoluxduqdan sonra qeydiyyata düşmədən evdə müalicə alanlar olub. Onlar yoluxub sağaldıqlarını necə sübut edəcəklər?

- Özəl klinikalarda test verib nəticəsi pozitiv çıxan, amma sistemə daxil olmayanlar var. Onlar yoluxub sağaldıqlarını təsdiqlədə biləcəklərmi?

- Peyvənd olunduqdan sonra COVID-19 pasportu və ya immun sertifikatı almış şəxs təkrar yoluxsa, həmin şəxsə nəzarət hansı formada həyata keçiriləcək?

- İki doza peyvənd olunmuş şəxsin də təkrar yoluxma ehtimalı varsa, COVID-19 pasportunun tələb edilməsinin mahiyyəti nədir?

- Peyvənd könüllüdürsə, niyə COVID-19 pasportunun bir sıra xidmət və iş sahələrində tələb edilməsi nəzərdə tutulur?

İlk sorğumuzu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladıq. Agentliyin mətbuat xidmətindən bildirdilər ki, COVID-19 pasportunu və immun sertifikatını yalnız onlayn qaydada – ya “E-TƏBİB” mobil tətbiqindəndən, ya da “its.gov.az” saytından əldə etmək mümkündür.

Burada haqlı olaraq sual yaranır ki, bəs sadə telefon işlədənlər, sayta daxil olub müvafiq proseduru həyata keçirməkdə çətinlik çəkənlər, ümumiyyətlə, bu cür vasitələrdən istifadə təcrübəsi olmayan şəxslər necə etsinlər?

Yuxarıda sadalanan suallarımıza səlahiyyətlilərdən aldığımız cavablar belə oldu:

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov: “Bu sualların bir çoxu mənim səlahiyyətimə aid deyil. Aydınlıq gəlməsi üçün xahiş edirəm Səhiyyə Nazirliyinin mətbuat xidmətinə yönləndirəsiniz. Bu məsələlər cəmiyyət üçün cox mühümdür. Bunlar Operativ Qərərgahın səlahiyyətidir. Məndə olan məlumata görə, yaxın vaxtlarda rəsmi açıqlamalar olacaq”.

Səhiyyə Nazirliyinin mətbuat xidməti: “Bu sualları ancaq Operativ Qərargah cavablandıra bilər”.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Operativ Qərargahın üzvü Rəşad Mahmudov: “Bu suallara daha aydın və ətraflı cavabı TƏBİB-dən ala bilərsiniz”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və nəzarəti departamentinin müdiri Yaqut Qarayeva: “Telefonla sualları cavablandırmırıq. Sorğu göndərin, aidiyyəti üzrə yönləndirək, cavablandırılsın”.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Baxış: “TƏBİB-in işi müalicədir. Qərarlar Operativ Qərargah çərçivəsində verilir”.

Qeyd edək ki, yuxarıda qeyd edilmiş bir sıra sualları daha əvvəl Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədova ünvanlasaq da, cənab İbrahimov bildirmişdi ki, o, yalnız verilmiş qərarları şərh etməkdən məsuldur.

Göründüyü kimi, yenə qərar verildikdən sonra suallar yaranıb, amma ictimaiyyəti narahat edən bu suallara aydınlıq gətirən kimsə yoxdur./dia.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Toylarda iştirak etmək istəyənlərin nəzərinə: COVID pasportu tətbiq olunacaq - RƏSMİ

    Toylarda iştirak etmək istəyənlərin nəzərinə: ...

    25-05-2021, 14:41

  • 
  • Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı - Avqustun 1-ə qədər...

    Azərbaycanda xüsusi karantin rejiminin müddəti ...

    26-05-2021, 21:35

  • 
  • COVID-19 pasportunun əldə edilməsi ilə bağlı qaydalar AÇIQLANDI

    COVID-19 pasportunun əldə edilməsi ilə bağlı ...

    25-05-2021, 17:39

  • 
  • Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş şəxslərə pasport veriləcək

    Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş ...

    18-01-2021, 10:56

  • 
  • Peyvənd sertifikatı ətrafında “qaranlıq halqa” və SUALLAR - AKTUAL

    Peyvənd sertifikatı ətrafında “qaranlıq halqa” və ...

    27-05-2021, 16:17


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu