GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda ər xəyanət edən arvadını mağazada yandırdı - TƏFƏRRÜAT (ANBAAN-VİDEO)

Bakıda ər xəyanət edən arvadını mağazada yandırdı - TƏFƏRRÜAT (ANBAAN-VİDEO)

Tarix: 4-06-2021, 11:33 Bölmə :Cəmiyyət Baxış: 557
Bakıda ər xəyanət edən arvadını mağazada yandırdı - TƏFƏRRÜAT (ANBAAN-VİDEO)


2018-ci il mayın 24-də Bakının Nəsimi rayonunda dəhşətli cinayət baş verib.

Gundemxeber.az BAKU.TV-yə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsindən Məsud Müzəffərovun Cavadxan küçəsində yerləşən mağazada satıcı işləyən, keçmiş arvadı Aytəkin Müzəffərovanın üzərinə yandırıcı mayeni tökərək, yandırması faktı barədə məlumat daxil olub.
Faktla bağlı Nəsimi rayonn Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) cinayət işi başlanılıb.
Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, 1993-cü il təvəllüdlü Aytəkin Müzəffərovnın bədən səthində 75-80%-ni əhatə edən ağır dərəcəli yanıq sahələri aşkar olunub. Onun ölümünə - yanıq şoku səbəb olub.
İstintaqla müəyyən edilib ki, Məsud Müzəffərov arvadı Aytəkin Müzəffərovanın, onunla rəsmi nigahda olduğu halda 2017-ci il aprelin 21-də Türkiyə Respublikasına gedib, orada ona xəyanət etməsini düşünərək, qadını qisas niyyəti ilə öldürmək qərarına gəlib.
2018-ci il mayın 24-də yoldaşının işlədiyi Cavadxan küçəsi, ev 40, mənzil 76 ünvanında yerləşən təsərrüfat təyinatlı mallar satılan mağazada işdə olduğunu dəqiqləşdirdikdən sonra, Məsud təxminən 1 litr benzin olan qabı götürüb, saat 16 radələrində ora gedib.
Aytəkinin başına yanacağı töküb, alışqanı yandırıb od vurmaqla, habelə seçdiyi üsulla mağazada olan digər şəxslərin də həyat və sağlamlığı üçün açıq təhlükə törətdiyini dərk edərək, qadını xüsusi amansızlıqla qəsdən öldürüb.



İş üzrə dindirilmiş Məsud Müzəffərov bildirib ki, 2009-cu ildə Aytəkin Cəfərova ilə evlənib. Nigahdan bir övladları olub. 2017-ci il aprelin 20-də arvadını xəstəliyi ilə əlaqədar, sonuncunun istəyi ilə yol maşını ilə Bakıya göndərib.
Lakin 1-2 gündən sonra o, öyrənib ki yoldaşı Türkiyəyə gedib. Onun yoxa çıxması ilə bağlı Nizami RPİ-nə müraciət edib.
Aytəkinin mobil nömrəsinə daxil olan zəngləri çıxardıb və onun Türkiyədə istifadə olunan bir nömrə ilə əlaqədə olduğunu öyrənib.
Həmin nömrənin sahibinin Əhməd adlı şəxs olmasını öyrənib. Mayın 4-də arvadı Bakıya qayıdıb. Onun gəlməsini dəqiqləşdirmək üçün avtovağzala gedib və səhər saat 7 radələrində Aytəkini İstanbul avtobusundan düşən görüb.
Gələndən sonra o "Memar Əcəmi" metrosu yaxınlığında anası və qardaşları ilə birlikdə yaşayıb. Bu hadisədən sonra rayonda qala bilməyib, dost-tanışdan utanıb. Noyabr ayından Nəsimi rayonunda xalasıoğlu ilə birlikdə kirayə evdə yaşayıb.
Aytəkin gələndən sonra, onunla görüşmək və danışmaq imkanı olmayıb. Arvadı boşanmaq üçün Masallı rayon məhkəməsinə ərizə verib və 2018-ci il yanvarın 25-də onlar boşanıblar.
Yoldaşına qarşı qəlbində qəzəb yaranıb. Əvvəl onu bıçaqla vurmaq istəyib. Lakin sonra sifətini yandıraraq, üzündə silinməz ləkələr qalmasına qərar verib. 1 litrə yaxın benzin alıb və qabı torbaya büküb, evdə saxlayıb.
Qeyd edək ki, hadisədən bir ay əvvəl Aytəkin 19-cu polis şöbəsinə şikayət edərək, ərizədə onu döydüyünü göstərsə də, bu öz təsdiqini tapmayıb. Mayın 23-də Cavadxan küçəsi ilə hərəkət edərkən, təsadüfən arvadının mağazalardan birində işlədiyini görüb.
Səhərisi gün saat 14 radələrində mağazaya daxil olub salfet alıb, ora getməyinə səbəb qadını görmək olub, əslində nəsə almaq niyyəti olmayıb.
Onunla 7-8 dəqiqə söhbət edib, uşağı ilə görüşmək imkanı verməsini istəyib. Sonra evə gedib, benzinlə dolu qabı götürən Məsud saat 17 radələrində mağazanın qarşısına gəlib.
Ordan Aytəkinin hərəkətlərini izləyib, sonuncunun yanında olan müştəri uzaqlaşan kimi, gözlənilmədən mağazanın içərisinə iti addımlarla girərək, yanacağı yoldaşının üzərinə, əsasən də başının arxa hissəsinə töküb.
Qadın müqavimət göstərməyə çalışsa da, buna imkan verməyib və ona alışqanla od vurub mağazadan uzaqlaşıb.
Daha sonra o 19-cu şöbəyə gedib və Aytəkini yandırdığınıni bildirib. Məsud Müzəffərov qeyd edib ki, arvadını yandırmasına səbəb ona xəyanət edərək Türkiyəyə getməsi olub, Aytəkini alimenti ödəməmək üçün öldürməyib.
Bu niyyətindən kənar şəxslərin xəbəri olmayıb. Əməlinə görə peşman olub.
Nəsimi RPİ 19-cu PŞ-dən daxil olmuş məktubdan görünüb ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, Məsud və Aytəkin Müzəffərovların arasında qısqanclıq zəmnində mübahisə olub. Ailəli olduqları halda qadın Türkiyəyə gedib, orda türk vətəndaşı ilə tanış olub.
Bir müddətdən sonra Bakı şəhərinə qayıtıb və həmin vaxtdan onlar ayrı yaşayıb. Məsud Müzəffərov bu halı qəbul edə bilmədiyi üçün arvadının üzərinə benzin töküb, yandırıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi Kamran Cəfərzadə qeyd edib ki, bacısı Aytəkin işləmək və Məsudla birlikdə yaşamamaq üçün Türkiyəyə gedib, o yoldaşına xəyanət etməyib və Əhməd adlı şəxsi tanımayib.
Məsud arvadının, ondan ayrılmasını qəbul edə bilməyib. Boşanandan sonra Aytəkin ərindən dəfələrlə, aliment ödəməsini xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Müzəffərov 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəmkirdə kişinin evi yandırması nəticəsində xəsarət alan gənc arvadı ölüb

    Şəmkirdə kişinin evi yandırması nəticəsində ...

    19-08-2019, 10:51

  • 
  • Nazirlik: Şəmkirdə kürəkəni tərəfindən yandırılan qadının vəziyyəti kritikdir

    Nazirlik: Şəmkirdə kürəkəni tərəfindən yandırılan ...

    20-08-2019, 11:02

  • 
  • Abşeronda fəhlənin yanaraq ölməsi ilə bağlı cinayət işi başlanılıb

    Abşeronda fəhlənin yanaraq ölməsi ilə bağlı ...

    27-07-2018, 19:28

  • 
  • Bakıda falçının əl-ayaqlarını bağlayıb vəhşicəsinə öldürdülər – Foto

    Bakıda falçının əl-ayaqlarını bağlayıb ...

    16-04-2019, 17:06

  • 
  • Nazirliyin qadın əməkdaşı həbs olundu

    Nazirliyin qadın əməkdaşı həbs olundu ...

    24-10-2017, 16:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu